Əttar: Bir qatilin tarixçəsi (film, 2006)

Ətriyyatçı: Bir qatilin tarixçəsi (ing. Perfume: The Story of a Murderer) — rejissorluğu Tom Tikver tərəfindən edilən, əsas rollarda Ben Vişou, Alan Rikman, Reyçel Herd-Vud və Dastin Hoffmanın yer aldığı 2006-cı il istehsalı olan psixoloji-dram filmi. Patrik Züskindin eyniadlı romanı əsasında çəkilmişdir. Ssenari müəllifləri Endrü Birkin, Bernd Ayhinqer və Tom Tikverdir. Film 18-ci əsrdə Fransada cərəyan edir, mükəmməl qoxubilmə hissinə malik olan Jan-Baptistin hekayəsindən bəhs edir.

Ətriyyatçı: Bir qatilin tarixçəsi
ing. Perfume: The Story of a Murderer
Janr fentezi filmi[d][2], triller filmi[3][4][…], Psixoloji triller, qorxu filmi, dram filmi, roman ekranlaşdırması[d]
Əsas mövzu qoxu orqanı[5], Qoxu[5], seriyalı qatil[5], ölüm cəzası[5]
Rejissor
Prodüserlər
  • Bernd Ayhinqer[d]
  • Endrü Birkin[d]
Ssenari müəllifləri
Baş rollarda
Bəstəkarlar
İstehsalçılar Constantin Film[d][10][11]
Distribütor DreamWorks, Disney+
İlk baxış tarixi 7 sentyabr 2006, 14 sentyabr 2006[12]
Müddət 147 dəq.[1]
Büdcə $60 milyon
Gəlir $135 milyon
Ölkələr
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri Paris, Barselona, Almaniya Federativ Respublikası, Cirona[13]
IMDb ID0396171
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Film məşhur qatil olan Jan-Batist Qrenuyun cəzalandırılması səhnəsi ilə başlayır. Edam üçün aparılmasından əvvəl fransız balıq bazarında doğulan kimi tərk edilməsiylə başlanan həyat hekayəsinə geridönüş edilir. Yetimxanada böyüyən Qrenuy hamıkından daha güclü iybilmə qabiliyyətinə sahib, qəribə və hamıdan uzaq gəzən bir uşaq olaraq yetişir. Daha sonralar dabbaq birinə satılır və uzun illər dabbaq köməkçisi olur. Günlərin bir günü yeni qoxular ilə tanış olduğu Parisə ilk təslimatı edəndə hər şey dəyişir. Sarı ərik satan qızıl saçlı qızı izləməyə, onu iyləməyə çalışır. Bundan narahat olan qız qaçsa da, Qrenuy onu tapır və qışqırmaması üçün ağız-burnunu bağlayır. İstəmədən qızı boğmuş olur. Qızın öldüyünü biləndən sonra onu soyundurub hər tərəfini iyləyir. Qoxu itəndə isə peşman olur. Daha sonra Qrenuy qoxunu saxlaya bilmək fikrində ilişib qalır.

Ətir mağazasına təslimat etdikdən sonra Qrenuy oranın italyan sahibi Baldinini qoxuları tanıma və yenilərini yaratma bacarığı ilə təəccübləndirir. Beləliklə Baldini Qrenuyu pulla satın alır. Qrenuy əttarın biznesini yenidən canlandırarkən ondan sadəcə tələb edir ki, qoxuları necə qalıcı olaraq saxlamağı ona öyrətsin. Baldini bütün ətirlərin 12 ayrı qoxunun uyumu olduğunu və teorik olaraq 13-cü qoxunun ola biləcəyini açıqlayır. Qrenuy uzun müddət Baldini üçün çalışır, amma ondan distillə üsulu ilə hər şeyin qoxusunu saxlaya bilməyəcəyini öyrənəndə çox məyus olur. Sonrasında isə xəstələnir. Qrenuy başqa bir üsulu öyrətmək üçün Qrasa getməli olduğunu öyrənəndə qarşılıq kimi Baldiniyə 100 ətir resepti verir. Qrenuy Baldini ilə sağollaşıb getdikdən sonra Baldini çökən evinin altında qalaraq ölür. Qras yolunda Qrenuy bir mağaraya sığınaraq özünü cəmiyyətdən təcrid edir. Burada özünün xüsusi qoxusu olmadığının fərqinə varır və elə buna görə də başqaları tərəfindən qəribə və narahatedici olaraq qəbul olunduğuna inanır. Missiyasına davam etməyə qərar verərək mağaranı tərk edir və yoluna davam edir.

Qrasa çatanda Qrenuy zəngin Antoni Riçisin gözəl, qızılsaçlı qızı Lauranın qoxusunu alır və onun "13-cü təməl qoxu" olacağına qərar verir. Qrenuy Qrasda xanım Arnalfinin yanında iş tapır və burada qoxuları saxlamaq üçün yəni üsul öyrənir. Bundan sonra gənc lavanda toplayıcısını öldürür, ancaq qoxusunu saxlaya bilmir. Növbəti qurbanı bir fahişə olur və bu dəfə istədiyinə nail ola bilir. Tezliklə qətlləri geniş vüsət alır. Qurbanlarının çılpaq bədənlərini şəhərin müxtəlif yerlərinə buraxması şəhərdəki həyəcanı artırır. On iki qoxu tamamlandıqdan sonra Qrenuy Laura üçün planlar qurmağa başlayır. On iki qurbandan sonra kilsədə Qras yepiskopu qatilin tutulduğunu və cinayətləri etiraf etdiyini elan edir. Amma Riçis bununla qane olmur və qızıyla birlikdə gizlicə şəhərdən qaçır. Amma bununla da Qrenuydan yaxa qurtara bilmir. Qrenuy qoxunu uzaqdakı mehmanxanaya qədər izləyir və gecə otağına gizlicə girərək Lauranı öldürür.

Qrenuy ətiri bitirdikdən sonra əsgərlər onu həbs edir. Edam ediləcəyi gün Qrenuy ətiri üzərinə sürtərək gözətçiləri onu sərbəst buraxmağa məcbur edir. Qrenuy meydana gəldikdə ətirin qoxusunda hamı məst olur. Cəllad və oradakı topluluq qrup seksinə başlamazdan əvvəl onu günahsız elan edirlər. Qrenuyun hələ də qatil olduğuna inanan Riçis qılıncla onu təhdid edir, amma sonra qoxuya qapılır və Qrenuyu oğlu olaraq çağıraraq qucaqlayır.

Qrasdan zədəsiz olaraq ayrılan Qrenuy dünyaya hökm edəcək qədər ətirə sahibdir. Ancaq anlayır ki, bu, onun normal bir insan kimi sevməsinə və ya sevilməsinə icazə verməyəcək. Amansız arayışında xəyal qırıqlığına uğrayan Qrenuy doğulduğu Paris balıq bazarına geri dönür və qalan bütün ətiri başına tökür. Ətirə təslim olan və Qrenuyun mələk olduğuna inanan insanlar onu yeyir. Səhəri gün geridə qalan tək şey paltarlar və içindən son bir damla düşən boş ətir şüşəsi olur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "PERFUME - THE STORY OF A MURDERER (15)". British Board of Film Classification. September 4, 2006. İstifadə tarixi: November 22, 2012.
  2. 1 2 http://www.imdb.com/title/tt0396171/.
  3. 1 2 http://www.metacritic.com/movie/perfume-the-story-of-a-murderer.
  4. 1 2 http://www.filmstarts.de/kritiken/38710-Das-Parfum.html.
  5. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 europeanfilmawards.eu.
  6. 1 2 3 4 https://www.siamzone.com/movie/m/4349.
  7. 1 2 3 4 5 6 7 8 9 http://www.imdb.com/title/tt0396171/fullcredits.
  8. 1 2 3 4 5 6 http://www.ofdb.de/film/106512,Das-Parfum---Die-Geschichte-eines-M%C3%B6rders.
  9. 1 2 3 Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  10. https://web.archive.org/web/20180205073623/https://www.europeanfilmacademy.org/2007.123.0.html.
  11. filmportal.de. 2005.
  12. http://www.kinokalender.com/film157_das-parfum-die-geschichte-eines-moerders.html.
  13. https://www.lavanguardia.com/cultura/20050915/51262814505/el-rodaje-de-el-perfume-convertira-el-barri-vell-de-girona-en-una-villa-francesa-del-siglo-xviii.html.