Əziz Əşrəfov

Əşrəfov Əziz Paşa oğlu (13 oktyabr 1979, Bakı) — azərbaycanlı idmançı.

Əziz Əşrəfov
Şəxsi məlumatlar
Tam adı Əşrəfov Əziz Paşa oğlu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (44 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
İdman növü Kyokuşin Karate
Boyu 1.75 m
Çəkisi 75 kq

Həyatı[redaktə | mənbəni redaktə et]

Əziz Əşrəfov 13 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olub. O doqquz yaşında idmanla məşğul olmağa başlayıb. Böyük qardaşı Ələkbər Əşrəfov sərbəst güləşi sevdiyi üçün Əziz də tezliklə ondan nümunə götürür. Amma tez başa düşür ki, bu idman növü onun ürəyincə deyil. Uşaqlığında Brüs LiVan Dammın video filimlərini maraqla izləyib və onlardan təsirlənmişdir. Qardaşı onu dostu taekvondo məşqçisi Ələkbər İmaməliyevin yanına məşqlərə göndərir. O vaxt karate dərsləri qadağan edilmişdi, lakin, dövlət təhlükəsizlik işçiləri və ayrı-ayrı polis bölmələri üçün bu idman növü üzrə dərslər keçirilirdi.

1993-cü il idi. Respublikamız üçün çox çətin dövr idi. Qarabağ müharibəsi gedirdi. Çoxlu məşqçilər orduya çağırılıb, Dağlıq Qarabağa döyüşlərə getmişdilər. O cümlədən, Ələkbər müəllim də könüllü olaraq müharibəyə yollanır. Ona görə Əziz Əşrəfovun məşqləri yarımçıq qalır. Amma buna baxmayaraq O taekvondo üzrə beynəlxalq turnirin qalibi olmağı bacarır. Bakı həyətlərinin birində döyüş karatesi üzrə məşq gizli şəkildə keçirilirdi. Ağababa Haqverdiyev (Aqaş) ləqəbli bir məllimin zalında məşqlərini davam etdirir. Fiziki hazırlığı yaxşı olduğundan artıq bir neçə turnirin qalibi olmuşdu. O, bu məktəbdə məşqçilərdən biri Sensey Hamlet Əliyevin yanında məşqlərini davam etirir. Daha sonra onun idman karyerası başlayır. Sınaq olaraq yeddi rəqibə qarşı çıxmalı olur, bəziləri hətta ondan da yaşca böyük idilər. Döyüş zamanı Sensey Hamlet Əliyev onun səbrinin, mənəvi gücünün şahidi olur. 

Təlim zamanı Sensein üslubu ilə maraqlanan Əziz Əşrəfov ilk dəfə Kyokuşin stili haqqında öyrənir. Stil haqqında daha çox məlumat əldə etmək üçün videolar, ədəbiyyat əldə edir və karatenin üslub və onun yaradıcısı Masutatsu Oyama haqqında çox şey öyrənir. Oyama Koreya əsilli, ən məşhur və populyar döyüş sənətçilərindən biri idi, amma Yaponiyada yaşayırdı, Yaponiyada Kyokuşın karateni inkişaf etdirdi, bir çox dünya səviyyəli idman yarışlarını təşkil etmişdi.

Karyerası[redaktə | mənbəni redaktə et]

1995-ci ildə Bakıda ilk dəfə karatenin kontakt növü üzrə Baki şəhərinin açıq çempionatı keçirildikdə Əziz Əşrəfov bütün rəqiblərini məglub edərək birinci yeri tutur. 1996-cı ildə Qoju-ryu karate növü ilə tanış olur. O Kyokuşin karate növü ilə eyni vaxtda Qoju-ryu karate növü ilə məşğul olmağa başlayır.

Əlbəyaxa döyüş sənəti ustaları Azərbaycana Baki şəhərinə səfər edərdilər və seminarlar keçirərdilər. Onların arasında İrandan olan 50 yaşlı ustad 9-cu dan Şindokaikan karate növünün yaradicisi Mövsüm Sulatzadə də var idi və Moskvadan Aleksandr Filimonov da səfərdə idi. 11 il ərzində o, usta Aniçi Miyaqinin (10-cu dan) rəhbərliyi altında Okinava Qoju-ryu Bujitsunun təlimlərini dərk edir, onun əlindən ən yüksək — Okinava Qoju-ryu Bujitsu istiqamətinin (üslubunun) 10-cu danını alır.

1997-ci ildə Bakıda Qoju-Ryu karate üzrə Respublika çempionatı keçirildi. Bütün rəqiblərinə qalib gələn Əziz Əşrəfov Qoju-ryu karate üzrə Azərbaycan çempionu adını qazanir, yüksək döyüş ruh göstərdiyinə görə qara kəmər 1-ci dana laiq görülür.

Azərbaycana Qoju-ryu karate növünün sirlərini örgədməyə gələn ustad — Ernie Monix (7-dan) da seminarinda iştirak edərək yüksək naliyətlər əldə edir.

Bakıda Şindokaikan və Kyokuşin karate üzrə Avrasiya çempionatının qalibi olub. Bu zaman onun döyüşləri ilə bağlı bir neçə video var idi və ustalardan biri onun bacarığını görəndə kiminlə məşq etdiyini soruşur, texnikasının yüksək səviyyədə olduğunu qeyd edir. Demək olar ki, zirzəmidə təkbaşına məşq etdiyi cavabını eşitdikdə onu həddindən artıq təəccübləndirir. Məşqçi, Əziz Əşrəfovla tanış olmaq arzusunu bildirir.

Tezliklə, 2007-ci ildə Sankt-Peterburqda 19 ölkədən idmançıların iştirakı ilə seminar təşkil olunur. Əşrəfov da ora gedir. Onları şəxsən 10-cu dan olan 72 yaşlı Grand Master Şigeru Oyama qarşılayır. Onun əlində 800 kq-a bərabər bir qüvvə var idi. O, həm də ona görə unikaldır ki, o, təkcə öz üslubunda deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik idi.

Oyamanın məktəbini və Kyokuşin karate fərdi döyüş növünün Bakıda təmsilçisi olmaq hüququ əldə etmək üçün Əziz Əşrəfov davamlı olaraq 9 saat imtahan verir: fəlsəfə, psixologiyatibb üzrə sonra 50 rəqiblə döyüşməli olur, məşqlər edir, verdikləri bütün tapşırıqları yüksək balla imtahan verərək bütün sınaqlardan uğurla keçir. O YaponiyaAmerikaya honbu dojo da Oyamanın şəxsi zalında məşq etməyə lisenziya qazanır. Sonra Sankt-Peterburqdakı karate məktəbinə kömək etmək üçün ondan dəstək istəyirlər. Orada gənc idmançılar yetişdirməyə başlayır. Bir müddət sonra Əziz Əşrəfovu Böyük ustad Oyama Moskvaya gedib orda bu növün inkşafina dəstəy olmağını təklif edir.

Dünya Oyama Kyokuşin təşkilatinin Ustadları beynəlxalq iclasında səs verməklə onu Dünya Oyama Kyokuşin Təşkilatinin Vitse prezidenti vəzifəsinə təyin edirlər.[1]

Beynəlxalq dərəcəli idman ustası Beynəlxalq dərəcəli Hakim

Beynəlxalq dərəcəli 8-dan qara kəmər ustası, Profesor və Akademik Əlbəyaxa döyüş növləri üzrə.

Dünya Döyüş Sənəti Akademiyasının Magistrlərinin Döyüş Sənəti üzrə Magistr sertifikatına layiq görülüb.

2018-ci ilin oktyabrın 27-sində Kyokuşin karate üzrə Dünya çempionu olub.

2019-cu ilin yanvarın 26-sında Avropa çempionatinda 10 beysbol ağacını bir yerdə ayaqla qıraraq və 10 kərpici əllə qıraraq Dünya rekorduna imza atıb.[2]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Atası Əşərəfov Paşa Ələkbər oğlu 15 yanvar 1935-ci ildə Siyəzən rayonu Qalaaltı–Daşlı Çalğan kəndində, anası Əşrəfova Maral Salam qızı 6 dekabr 1936-cı ildə Göyçay rayonu Seyidər kəndində anadan olublar.

Əziz Əşrəfov ailəlidir. Qızı Əşrəfova Əzizə Əziz qızı 11 noyabr 2002-ci il, qızı Əşrəfova Aysel Əziz qızı 11 aprel 2006-cı il, oğlu Əşrəfov Əli Əziz oğlu 25 avqust 2007-ci il Bakı şəhərində dünyaya göz açmışlar.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-23.
  2. https://ordu.az/az/news/142828/moik-temsilcileri-aciq-avropa-cempionatinin-qalibi-olublar-fotolar-[ölü keçid]