102-ci Rusiya hərbi bazası

102-ci Rusiya hərbi bazası (rus. 102-я российская военная база, erm. Ռուսաստանի 102-րդ ռազմական բազա) — Rusiya Silahlı Qüvvələrinin Ermənistandakı hərbi bazası. Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1 sentyabr 1994-cü il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb. Hazırda şəxsi heyətinin 4000 nəfər olduğu bildirilən hərbi bazanın döyüş heyəti İrəvanGümrü qarnizonundan ibarətdir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. Gümrü qarnizonuna isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı tabedir. Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji mühafizə taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, prokurorluq, televiziya mərkəzi və s. fəaliyyət göstərir.

102-ci Rusiya hərbi bazası
rus. 102-я российская военная база
erm. Ռուսաստանի 102-րդ ռազմական բազա
Loqonun şəkli
Ölkə
Qərargah
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alayların təyinatı və şəxsi heyəti

[redaktə | mənbəni redaktə et]

128-ci motoatıcı alay: Alay 3 motoatıcı tabor (biri BMP-2, biri BTR-80, biri isə avtotexnika), zenit divizionu (silahlanmasına ZSU-23–4 "Şilka", BRDM maşının bazasında "Strela" və ZU-23–2), özüyeriyən artilleriya divizionu ("Qvozdika"), artilleriya divizionu (D-30 haubitsalar), tank bölüyü (T-72 tankları) olmaqla 750 nəfər şəxsi heyətdən ibarətdir.

124-cü motoatıcı alay: üç motoatıcı tabor (biri BMP-1, ikinci BTR-70, üçüncüsü avtotexnika), zenit divizionu (silahlanmasına ZSU-23–4 "Şilka", BRDM maşının bazasında "Strela" və ZU-23–2), artilleriya divizionu (yüngül zirehli MT-LB transportyorunun yedəyində D-30 haubitsaları), tank bölüyü (T-72) olmaqla şəxsi heyəti 470 nəfərdir.

123-cü motoatıcı alay: üç motoatıcı tabor (biri BMP-1, ikinci BTR-70, üçüncüsü avtotexnika), zenit divizionu (silahlanmasında ZSU-23–4 "Şilka", MT-LB maşınlarının bazasında 10 ədəd "Strela" raketi və ZU-23–2 pulemyotları), artilleriya divizionu (D-30), tank bölüyü (T-72), təminat-təchizat qrupu daxil olmaqla şəxsi heyəti 550 nəfər.

988-ci zenit-raket alayı: üç batareya "Kub" zenit-raket kompleksi, tank gövdəsi üzərində iki batareya S-300 raketi (iki buraxıcı qurğuda), olmaqla şəxsi heyəti 300 nəfərdir.

992-ci artilleriya alayı: üç batareya D-30 haubitsaları, 122 mm çaplı BM-21 Qrad sistemlərindən ibarət reaktiv divizion olmaqla şəxsi heyəti 450 nəfərdir.

Tank taboru: T-72 tanklarından ibarət üç bölük olmaqla şəxsi heyəti 250 nəfərdir. Tank əleyhinə divizion: üç batareyadan ibarətdir. Batareyalardan ikisi tank əleyhinə MT-12 (100 mm çaplı) puşkalar, üçüncü isə "Faqot" və "Konkurs" tank əleyhinə raket kompleksi ilə silahlanıb.

3624-cü aviasiya bazası: bu bazaya 18 ədəd MiQ-29 təyyarəsi daxildir. Həmçinin radiolokasiya stansiyalarına malikdir və şəxsi heyət 300 nəfərdir. Bundan başqa, 102-ci hərbi bazanın ştatında 50-dən 150-yə qədər şəxsi heyəti olan xüsusi taborlar və radiasiya, kimyəvi və bakterioloji mühafizə taboru mövcuddur. Ümumilikdə hərbi bazada bu günə 150 ədəd BMP, o qədər BTR, təxminən 100 ədəd T-72 tankı və digər texnikaların olduğu söylənilir. Eyni zamanda 2005–2007-ci illərdə Gürcüstandakı Axalkələk və Batumi hərbi bazalarından çıxarılan silah, texnika, sursat və hərbi avadanlıqların böyük hissəsi bu bazada saxlanılır. Hərbi bazanın 3 təlim mərkəzi (poliqonu) var ki, bunlardan birincisi İrəvanın 25–30 km-də yerləşən "Nubaraşen", ikincisi Gümrünün 15–17 km məsafədə yerləşən "Kamxud", üçüncüsü isə "Alagöz" poliqonudur. "Nubaraşen"də əsasən müxtəlif atıcı silahlardan, o cümlədən tanklardan, BMP, ZSU-23-4 Şilka və minaatanlardan, "Kamxud"da digər silahlardan (nadir hallarda BMP, tank və minaatanlardan), "Alagöz"də isə artilleriya, reaktiv yaylım atəş sistemləri və tanklardan atış təlimləri keçilir.

Rusiyanın 102-ci hərbi bazası Ermənistanın təhlükəsizliyinə cavabdehdir.

Gümrü və ətrafının xəritəsi. Baza çəhrayı rəngdə göstərilmişdir. Gümrü şəhərinin "Vosmoy Gorodok" (8-й городок) deyə tanınan rus əsgərlərininin yaşadığı bölgə hərbi bazanın şimalındadır. (qara rəngdə göstərilmişdir)
Hərbi hissənin əsas qapısı