1896 Yay Olimpiya Oyunları və ya rəsmi adı ilə I Yay Olimpiya Oyunları, 6-15 aprel 1896 tarixləri arasında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan çox idman növlü yarış. Tarixin birinci müasir Olimpiya Oyunlarının Afina şəhərində baş tutması Qədim Olimpiya Oyunlarının məhz elə Yunanıstanda yaradığı üçündür. 1894-cü ilin 23 aprel tarixində Paris şəhərində fransız pedaqoq Pyer de Kuberten tərəfində baş tutan konqres zamanı yarışların Afina şəhəri keçirilməsi qərara alınmışdı.
I Yay Olimpiya Oyunları | |
---|---|
Şəhər/Ölkə | Afina, Yunanıstan |
Ölkə sayı | 14 ölкə |
İdmançı sayı | 241 idmançı |
Açılış mərasimi | 6 aprel |
Bağlanış mərasimi | 15 aprel |
Tarix | 1896 |
Rəsmi açılış edilib | 6 aprel 1896[1] |
Rəsmi bağlanış edilib | 15 aprel 1896[2] |
Sayt | olympics.com/en/olympic-… |
Vikianbarda əlaqəli mediafayllar |