2013 Futbol üzrə Azərbaycan Superkuboku — Azərbaycan Superkuboku uğrunda baş tutnuş hesab olunan sayca 4-cü turnir. Oyun 23 oktyabr 2013-cü ildə İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionunda keçirilmişdir[1]. Superkubok oyununda Topaz Premyer Liqasının qalibi "Neftçi" və Azərbaycan kubokunun finalçısı "Xəzər-Lənkəran" komandaları üz-üzə gəlmiş və oyun "Xəzər-Lənkəran"ın 2:1 hesablı qələbəsi ilə başa çatmışdır[1].
2013 Futbol üzrə Azərbaycan Superkuboku | |||||||
---|---|---|---|---|---|---|---|
|
|||||||
Tarix | 23 oktyabr 2013 | ||||||
Yer | İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu, Naxçıvan | ||||||
Hakim | Rəhim Həsənov | ||||||
Tamaşaçı | 9800 | ||||||
← 1995 |
Futbol üzrə Azərbaycan Superkuboku bu adla ilk dəfə keçirilsə də, bundan hələ 18 il əvvəl[2] – 1995-ci ildə sonuncu Superkubok matçı "Səhər" qəzetinin təşəbbüsü ilə baş tutmuşdur. 2013-cü ildəki bu oyun Azərbaycan Superkuboku uğrunda baş tutnuş hesab olunan sayca 4-cü turnir olsa da, əslində 1993 "Səhər" qəzetinin Superkuboku və 1995 "Səhər" qəzetinin Superkuboku matçlarından sonra üçüncü oyun idi. Maraqlısı odur ki, baş tutan hər üç matçda da rəqiblərdən biri Bakının "Neftçi" komandası olmuşdur. 1994-cü ildə isə "qızıl dubl" müəllifi olan "Qarabağ" klubu "het-trik"i rəsmiləşdirmişdir[2].
Rəhim Həsənovun baş hakim olduğu oyunun birinci hissəsində "Xəzər-Lənkəran" Etame Mbillanın 28-ci dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə irəli çıxmışdır[1].
Oyunun ikinci hissəsində Sadio Tounkara 64-cü dəqiqədə aldığı ikinci sarı vərəqədən sonra qızmızı kart görmüş və "Xəzər-Lənkəran" oyunu 10 nəfərlə davam etdirmişdir. 4 dəqiqə sonra – 68-ci dəqiqədə "Neftçi" Karlos Kardosonun qolu ilə hesabı bərabərləşdirsə də bir nəfər azlıqda oynayan "Xəzər-Lənkəran" Rasim Ramaldanovun 90-cı dəqiqədə vurduğu qolla matçdan 2:1 hesablı qələbə ilə ayrılaraq ilk dəfə Azərbaycan Superkubokunun sahibi olmuşdur[3].
23 oktyabr 2013 15:00 |
|
İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu Tamaşaçı: 9800 Hakim: Rəhim Həsənov |
|
|
Yaşar Abbasov
|
Oyundan sonra təntənəli mükafatlandırma mərasimi keçirilmişdir[1].
Mükafatları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov təqdim etmişlər[1].
"Neftçi" komandası gümüş medallarla mükafatlandırılmış; "Xəzər-Lənkəran" komandasının üzvlərinə isə qızıl medallar və kubok təqdim olunmuşdur[1].
Oyun "İdman Azərbaycan" kanalı və Naxçıvan Dövlət Televiziyası ilə canlı yayımlanmışdır[1].
Futbol ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |