19 yanvar mitinqi

19 yanvar mitinqi[4][5] — 2019-cu il yanvarın 19-da Bakının Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi etiraz aksiyası. Mitinqin keçirilmə məqsədi bloqqer Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub.

19 yanvar mitinqi
Yer Bakı, Azərbaycan
Tarix 19 yanvar 2019
Əsas məqsəd Siyasi məhbusların azad edilməsi
Nəticə Mehman Hüseynovun həbsdən azad edilməsi
Təşkilatçılar Milli Şura
İştirakçı sayı 2,800[1] (BŞBPİ-nin məlumatı);
20,000[2][3] (Təşkilatçıların iddiası)

2019-cu il yanvarın 19-da Bakının Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi etiraz aksiyada 20,000 nəfər iştirak edib.[6][7] Mitinqin keçirilmə məqsədi bloqqer Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub.[8]

Polis stadiona girişi mitinqin başlanmasından 15 dəqiqə sonra bağlayıb, stadionun ərazisində isə mobil internet söndürülmüşdü ki, heç kim sosial şəbəkələrdə canlı efirə qoşula bilməsin.[8] Polis girişdə bəzi mitinq iştirakçılarının əlindən onların gətirdiyi siyasi məhbusların portretlərini alıb.[8]

Aksiya iştirakçıları "Siyasi məhbuslara azadlıq", "Mehman Hüseynova azadlıq", "Bu vətən bizimdir", "Biz qalib gələcəyik" və başqa şüarlar səsləndiriblər.[8]

Tribunada müxalif Müsavat, Respublikaçı AlternativAzərbaycan Xalq Cəbhəsi partiyalarının nümayəndələri, həmçinin siyasi fəallar olublar.[2] Mitinqdə Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, ReAL Partiyasının sədri İlqar Məmmədov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli çıxış ediblər.[8] Öz çıxışlarında onlar ölkə hakimiyyətini tənqid edərək, korrupsiyadan, pis iqtisadi vəziyyətdən və insan haqlarının pozulmasından danışıblar.[8] Bundan əlavə, Dağlıq Qarabağ mövzusunda Azərbaycan hökumətinin sülhsüvər mövqeyi onları hiddətləndirən səbəblərdən olub.[8]

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.[8]

İştirakçı sayı

[redaktə | mənbəni redaktə et]
Mitinqdən görüntü.

Təşkilatçıların iddialarına görə mitinqdə təxminən 20,000 nəfər iştirak edib.[2] Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə isə iştirakçı sayı 2,800 nəfər olub.[1]

Etiraz aksiyasının nəticəsində 2019-cu il yanvarın 21-də Azərbaycan Prezidenti məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib.[9] 2019-cu il yanvarın 22-də Azərbaycan Respublikası Baş Prokurorluğu məhbus həyatı yaşayan bloger Mehman Hüseynov barəsində açılan yeni cinayət işinə xitam verildiyi barədə məlumatla çıxış edib.[10]

2019-cu il yanvarın 23-də müxalifətin siyasi məhbuslara dəstək məqsədilə yanvarın 19-da Bakıda keçirdiyi mitinqin iştirakçıları polisin onlarla maraqlanmasından şikayətlənirlər.[11] Onları müxtəlif bəhanələrlə polis şöbələrinə dəvət ediblər.[11] Bəzilərinə isə telefonda bir neçə sual veriblər.[11] Suallar əsasən pasport məlumatları ilə bağlı olub – ad, soyad, ünvan və telefonlar dəqiqləşdirilib.[11] Bəzilərindən məşğuliyyəti və siyasi mənsubiyyəti haqda soruşublar.[11] Hansısa xüsusi şöbədən yox, yaşayış yeri üzrə yerli şöbələrdən zəng vurublar.[11]

  1. 1 2 "BŞBPİ: Milli Şuranın mitinqində 2800 nəfər iştirak edib". www.report.az. www.report.az. İstifadə tarixi: 20 yanvar 2019.
  2. 1 2 3 "Opposition protest in support of political prisoners takes place in Baku". jam-news.net. jam-news.net. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2019.
  3. "Thousands Rally In Baku Calling For Release Of Political Prisoners". www.rferl.org. www.rferl.org. 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  4. "Artıq müxalifətin mitinqinə icazə verilməyəcək?". BBC.com/azeri. 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-08.
  5. "Milli Şura: "Azadlıqların bәrpası üçün xalqla birlikdә müvafiq addımlar atacağıq"". Turan.az. 2019-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-08.
  6. "Protest Mounts in Azerbaijan". iwpr.net. iwpr.net. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2019.
  7. "Protest Rally In Baku Calls For Release Of Political Prisoners". www.rferl.org. www.rferl.org. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2019.
  8. 1 2 3 4 5 6 7 8 "Mehmana Hüseynova azadlıq! mitinqi baş tutdu - (Yenilənir)". www.meydan.tv. www.meydan.tv. 2019-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2019.
  9. "Azərbaycan Prezidenti məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib". report.az. report.az. 2019-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2019.
  10. "Criminal case against Mehman Huseynov terminated". www.azernews.az. www.azernews.az. 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2019.
  11. 1 2 3 4 5 6 "Azərbaycanda mitinq iştirakçılarına polisdən zəng vurub "nömrə və ünvan dəqiqləşdirirlər"". jam-news.net. jam-news.net. 2019-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2019.