Tofiq Rəşid oğlu Yaqublu (6 fevral1961, İncəoğlu, Bolnisi rayonu) — azərbaycanlı siyasətçi, publisist; Müsavat Partiyasının və Milli Şuranın üzvü; Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü (2016—), Müsavat Partiyasının başqan müavini (2010—2018), Müsavat Divanının üzvü (2010—2019); Azərbaycan müxalifətinin liderlərindən biri və İlham Əliyevin sərt tənqidçisi.[1] Siyasi fəaliyyətinə və tənqidlərinə görə o, və ailə üzvləri dəfələrlə təqiblərlə, təyziqlərlə və işgəncələrlə üzləşib.[1] Tofiq Yaqublu 1998, 2013, 2020 və 2023-cü illərdə olmaqla dörd dəfə cinayət məsuliyyətinə cəlb edilib, 2011, 2019 və 2022-ci illərdə isə inzibati qayda da həbs edilib.[1] Həbsləri beynəlxalq ictimaiyyət tərəfindən siyasi motivli hesab olunub, özü isə siyasi məhbus olaraq tanınıb.[1] Ümumi olaraq fasilələrlə dörd ildən çox həbsxanada siyasi məhbus həyatı yaşayıb.[1]
Tofiq Yaqublu birinci dəfə 1998-ci il prezident seçimlərindən əvvəl, 12 sentyabr 1998-ci ildə Fəvvavələr meydanında baş tutan müxalifətin mitinqində həbs edilib.[1] İstintaq müddətində həbsdə saxlanılan Yaqublu sonda Nizami Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası almışdı.[1] Yaqublu bu ittihamın saxta olduğunu, siyasi sifarişlə həbs olunduğunu bildirmişdi.
Daha sonra o, 2013-cü ilin fevralında İsmayıllı hadisələrinə görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrilə həbs edilib.[1] Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il tarixli qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.[1] Beynəlxalq ictimaiyyət, ABŞ və Avropa İttifaqı tərəfindən həbsi sərt tənqid edilib.[1] Həbsdə olduğu müddətdə qızı Nərgiz Yaqublu vəfat edib.[1] 2016-cı ilin martından əfv sərəncamı ilə azadlığa buraxılıb.
2020-ci ilin martından isə bu səfər Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə həbs edilib.[1] Hüquq müdafiəçinin əsassız və qurama adlandırdığı cinayət işinin istintaqının sonunda Tofiq Yaqublu Nizami Rayon Məhkəməsinin qərarı ilə 4 il, 3 ay müddətinə azadlıqdan məhrum edilib.[1] Sentyabrın 2-dən etibarən ölüm aclığına başlayan Tofiq Yaqublu qərarın elan edilməsindən 16 gün sonra, sentyabrın 18-də ev dustaqlığına buraxılıb.
Son olaraq vətəndaş cəmiyyətinə qarşı aparılan həbslər dalğası zamanı, 2023-cü il dekabrın 14-də həbs edilib.[1] Bu səfər onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açılıb.[1] Bu həbsi də beynəlxalq ictimaiyyət tərəfindən siyasi motivli hesab olunub.
Hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır.[1]
Tofiq Yaqublu ictimai-siyasi proseslərə 27 yaşında, 1988-ci ildə Azərbaycanın dövlət müstəqilliyi uğrunda başlanan Milli Azadlıq Hərəkatının fəalı olması ilə qoşulub.[4][3] 1989-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin üzvü olub.[4] Könüllü olaraq 1992-ci ildə Birinci Qarabağ müharibəsinə yollanıb.[4][3] Rota Komandiri vəzifəsində cəbhənin Ağdərə istiqamətində gedən hərbi əməliyyatlarda fərqlənib.
1992-1993-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.[5][3] 1992-ci ildən Müsavat Partiyasının üzvüdür.[4] Müsavat Partiyası Binəqədi Rayon Şöbəsinin sədri, Müsavat Məclisinin üzvü, Müsavat Məclisinin Katibi, Müsavat Divanının üzvü[6] olub.[3]
2010-2019-cu illərdə Müsavat Divanının üzvü olub.[7] 16 yanvar 2010-cu ildə Müsavat Partiyası sədrinin müavini vəzifəsinə seçilib.[4] 14 fevral 2018-ci ildə bu vəzifədən istefa verib.
7 noyabr 2010-cu il parlament seçimlərində 26 saylı Sabunçu birinci seçki dairəsindən AXCP-Müsavat blokunun vahid namizədi olaraq deputatlığa namizəd olub[10][11], 1680 səs səs toplayaraq seçimləri üçüncü sırada bitirib.[2]Avropa Parlamenti, ATƏT və Avropa Şurasının müşahidəçiləri və müxalifət qrupları həmin səsverməni ədalətsiz olaraq qiymətləndirib, seçimlərin “media azadlığı və sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması” şəraitində baş tutduğunu bildirib, seçimləri “qeyri-bərabər oyun meydanı” adlandırıb.
Tofiq Yaqublu parlament seçimlərindən sonra qurulan İctimai Palatının fəalı olub. Yaqublu İctimai Palatanın 2011-ci il aprelin 2-də Fəvvarələr meydanında baş tutan mitinqi zamanı polislər tərəfindən saxlanılıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həmin dövrdə qüvvədə olmuş İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə onun barəsində 8 gün müddətinə inzibati həbs cəzası seçilib.
İctimai Palatanının 2012-ci il mayın 24-də baş tutan mitinqi zamanı isə Tofiq Yaqublu qızları Nərgiz və Nigarla birgə polislər tərəfindən saxlanılıb.[12]
2013-cü ilin fevralında İsmayıllı hadisələrinə görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrilə həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il tarixli qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq ictimaiyyət, ABŞ və Avropa İttifaqı tərəfindən həbsi sərt tənqid edilib. Həbsdə olduğu müddətdə qızı Nərgiz Yaqublu vəfat edib. 2016-cı ilin martından əfv sərəncamı ilə azadlığa buraxılıb.
2019-cu ilin sentyabrında Tofiq Yaqublu Müsavat Partiyasının başqanlığına namizədliyini irəli sürdü.[27] Təbliğat müddəti zamanı Yaqublu Qəbələ rayonunda müsavatçılarla görüşə gedən zaman polislər tərəfindən saxlanıldı. Qəbələ Rayon Polis İdarəsinin rəis müavini və cinayət axtarış şöbəsinin rəisi onu və başqanlığa digər namizəd Yadigar Sadıqlını polis idarəsinə apardı, bir neçə saat idarədə söhbət apardıqdan sonra Yaqublu və Sadıqlını rayon ərazisindən uzaqlaşdıraraq sərbəst buraxdı.[28][29] Oktyabrın 13-də baş tutan və 265 nümayəndənin qatıldığı Müsavat Partiyasının IX qurultayında çıxışı zamanı Tofiq Yaqublu partiyanın 1992-ci ildən İsa Qəmbər, ardınca Arif Hacılı tərəfindən idarə edildyini, yəni eyni komanda olduğunu vurğuladı, artıq partiyaya yeni idarəetmə üsulu və nəfəsin gəlmə olduğunu bildirdi. Həmçinin partiyanın başqanı olarsa, müxalifətin real birliyi yaranacağını da vurğuladı.[30] Səsvermə nəticələrinə əsasən Tofiq Yaqublu 51 səs, Yadigar Sadıqlı 20 səs, Arif Hacılı isə 261 səs aldı və nəticədə Hacılı növbəti dəfə partiya sədri seçildi.[31]
Tofiq Yaqublu 2020-ci ilin martından bu səfər Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə həbs edilib. Hüquq müdafiəçinin əsassız və qurama adlandırdığı cinayət işinin istintaqının sonunda Tofiq Yaqublu Nizami Rayon Məhkəməsinin qərarı ilə 4 il, 3 ay müddətinə azadlıqdan məhrum edilib. Sentyabrın 2-dən etibarən ölüm aclığına başlayan Tofiq Yaqublu qərarın elan edilməsindən 16 gün sonra, sentyabrın 18-də ev dustaqlığına buraxılıb.
Tofiq Yaqublu 2023-2024-cü illərdə vətəndaş cəmiyyətinə qarşı aparılan həbslər dalğası zamanı, 2023-cü il dekabrın 14-də həbs edilib. Bu səfər onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açılıb. Bu həbsi də beynəlxalq ictimaiyyət tərəfindən siyasi motivli hesab olunub.
Bu bölmə rahat oxumaq və naviqasiya etmək üçün çox uzundur.
Məzmunu ixtisar etmək və ya altbaşlıqlara bölmək üçün yenidən nəzərdən keçirin. Zəhmət olmasa, bu məsələni müzakirə səhifəsində müzakirə etməyi unutmayın.(noyabr 2024)
1998-ci il prezident seçimlərindən əvvəl, 12 sentyabr 1998-ci ildə müxalifətin mitinqinə qatıldığına görə həbs edilmişdi.[1] İstintaq müddətində həbsdə saxlanılan Yaqublu sonda Nizami Rayon Məhkəməsinin hakimi Ələddin Cəfərovun qərarı ilə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası almışdı.[1] Yaqublu bu ittihamın saxta olduğunu, siyasi sifarişlə həbs olunduğunu bildirmişdi.[1]
Tofiq Yaqublu parlament seçimlərindən sonra təsis edilən İctimai Palatının fəallarından olub. Tofiq Yaqublu İctimai Palatanın 2011-ci il aprelin 2-də Fəvvarələr meydanında baş tutan mitinqi zamanı polislər tərəfindən saxlanılıb.[32] Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həmin dövrdə qüvvədə olmuş İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə onun barəsində 8 gün müddətinə inzibati həbs cəzası seçilib.[32][33] İctimai Palata bəyanatında mitinq zamanı baş verən həbsləri qanunsuz adlandırıb, Azərbaycan iqtidarını həbs edilənləri dərhal sərbəst buraxmağa çağırıb.[34]“Yeni Müsavat” qəzetinin xəbərinə əsasən Tofiq Yaqublunu polislər idarədə xüsusi amansızlıqla döyüblər, qasığına xəsarət yetiriblər.[35] Tofiq Yaqublunun dediyinə görə, onu Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Süleyman Neymətov[35] və Cavid adlı polis serjantı döyüb.[35] Tofiq Yaqublunun vəkili Akif Əlizadə müvəqqəti saxlama təcridxanasının rəhbərliyi qarşısında Tofiq Yaqublu üçün tibbi müayinənin aparılması haqda məsələ qaldırsa da, bu qərar icra olunmayıb.[5] Tofiq Yaqublu azadlıqda buraxıldıqdan sonra həbsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib.[36][37] 2020-ci il yanvarın 30-da AİHM Tofiq Yaqublu və Əhədov Azərbaycana qarşı işi üzrə işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, birləşmək hüquqlarının pozuntusunu tanıyıb.[38] AİHM qərarına əsasən Azərbaycan iqtidarı bu pozuntulara görə, Tofiq Yaqubluya 16900 avro təzminat ödəməli olub.[39]
2013-cü ilin yanvarında İsmayıllı rayonunda baş verən hadisələrlə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu və REAL Hərəkatının həmsədri İlqar Məmmədovun yanvarın 24-də İsmayıllıya gəlib, burada əhalini polisin tələblərinə tabe olmamağa çağıması, nəqliyyat vasitələrinin yolunu bağlamaq və s. ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar etməsi ilə bağlı istintaqın başlandığı bildirildi.[40] Fevralın 4-də Tofiq Yaqublu və İlqar Məmmədov Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dəvət olunub.[41] Nəticədə Yaqublu və Məmmədov barəsində Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrilə ittham elan edilib.[42][43] Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Tofiq Yaqublu barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.[43] Tofiq Yaqublunun həbs müddəti martın 18-də 2 ay[44], avqustun 12-də isə daha 3 ay müddətinə uzadıldı.[45] İstintaq müddəti ərzində müdafiə tərəfinin apellyasiya instansiyasına ev dustaqlığı və s. verilən vəsadətlərinin heç biri təmin olunmadı.[46][47]
İctimai Palatanın Koordinasiya Şurası bəyanatında Tofiq Yaqublunun və İlqar Məmmədovun həbsini vahimələnmiş İlham Əliyev iqtidarının növbəti siyasi repressiya tədbiri olaraq qiymətləndirib, onların dərhal azad olunmasını tələb edib.[48]Müsavat Partiyası, Ümid Partiyası, Azərbaycan Xalq Partiyası, həmçinin Ziyalılar Forumu, Milli Şura və “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı da Yaqublu və Məmmədovun həbsini siyasi sifariş hesab ediblər.[49][50][51][52] Nüfuzlu Amnesty International və Human Rights Watch isə Yaqublu və Məmmədova qarşı ittihamları uydurma hesab edib, Məmmədov və Yaqublunu fərqli düşüncənin boğulmasının qurbanları adlandırıb[53], Azərbaycan iqtidarını dərhal onları azad etməyə çağırıb.[54][55]ABŞ-ın Azərbaycanda səfiriRiçard Morninqstar Azərbaycan iqtidarını İlqar Məmmədov və Tofiq Yaqublu da başda olmaqla siyasi liderlər, gənc və fəallar jurnalistlərlə bağlı aparılan prosesdə şəffaf və ədalətli qərarın çıxarılmasına çağırış edib.[56]Avropa Parlamentinin plenar sessiyasında Tofiq Yaqublu və İlqar Məmmədov başda olmaqla 2013-cü il ərzində həbs edilmiş 14 siyasi məhbusun qeyd-şərtsiz və dərhal azad edilməsi tələb edilib.[57]
İsmayıllı hadisələri ilə bağlı açılmış cinayət işinin 10 ay davam edən istintaqı başa çatdıqdan sonra iş noyabrda Şəki Ağır Cinayət Məhkəməsinə baxılmağa başlandı.[58] Proses zamanı Tofiq Yaqublu özünü təqsirli bilmədi və həbsinin siyasi motivli olduğunu bildirdi.[59] Tofiq Yaqublu çıxışında yanvarın 24-də iğtişaşlar yatırıldıqdan sonra vəziyyətlə tanış olmaq üçün İsmayıllıya getdiyini bildirdi.[60] 14 yanvar 2014-cü ildə baş tutan proses zamanı verilən şahid ifadəsinə əsasən 2013-cü il yanvarın 24-də İlqar Məmmədovu və Tofiq Yaqublunu İsmayıllıda adamların arasında görüblər, amma onlar səssizcə dayanaraq baş verənləri sadəcə müşahidə ediblər.[61] Yanvarın 21-də isə prosesdə iş üzrə dindirilən 20-dən çox şahid Məmmədov və Yaqublunun heç birini hadisələr zamanı görmədiyini bildiriblər.[62] 28 yanvar 2014-cü ildə baş tutan proses zamanı daha 7 şahid ifadə verdi və onlar istintaq zamanı verdiyi ifadələrin təzyiq altında alınmasını əsas gətirib, ifadələrdən imtina etdi.[63] Şahidlər Yaqublu və Məmmədovu iğtişaşlar zamanı görmədiyini bildirdi.[63] Fevralın 24-də dövlət ittihamçısı Fuad Musayev İlqar Məmmədova 8 il, Tofiq Yaqubluya isə 7 il iş verilməsini istəyib.[64] Martın 17-də[65] Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edildi.[66]
2014-cü il sentyabrın 24-də Şəki Apellyasiya Məhkəməsində İsmayıl hadisələrinə görə verilən cəzalara baxılıb.[79] Qərara əsasən Tofiq Yaqublu və İlqar Məmmədovun cəzaları dəyişdirilmədən 5 və 7 il olaraq saxlanıb.[80] Həmin gün həmçinin Avropa Şurası Parlament Assambleyası rəhbəri Ann Brasser Şəkiyə gedib və 2 saat Tofiq Yaqublu və İlqar Məmmədovla söhbət edib.[80][81] Apellyasiya instansiyası qərarı qüvvədə saxladıqdan[82] sonra Tofiq Yaqublu Qaradağ rayonunda Penitensiar Xidmətin 13 saylı CÇM-nə göndərilib.[83][84] 2015-ci ilin mayında Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidis həbsxanada Tofiq Yaqublu ilə görüşüb.[85]
2015-ci il aprelin 23-də Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu vəfat edib.[86][87] Penitensiar Xidmət tərəfindən Tofiq Yaqublu qızının dəfninə qatılmaq üçün 7 gün müddətinə sərbəst buraxılıb.[88] Mayın 1-də həbsxanaya qaytarılıb.[89]
2015-ci ilin sentyabrında Avropa Parlamenti Azərbaycan iqtidarından jurnalist Xədicə İsmayılova, hüquq müdafiəçiləri Leyla Yunus, Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev, jurnalistlər Rauf Mirqədirov və Seymur Həzi, siyasətçilər Tofiq Yaqublu və İlqar Məmmədovu dərhal və qeyd-şərtsiz həbsdən azad etməyə, onlara qarşı ittihamları ləğv etməyə çağıran qətnamə qəbul edib.[90] Bir ay sonra Ali Məhkəmədəİlqar Məmmədov və Tofiq Yaqublunun işi üzrə kasasiya şikayətinə baxıldı.[91] Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun qərarına əsasən Şəki Apellyasiya Məhkəməsinin birinci instansiya qərarını qüvvədə saxlayan 24 sentyabr 2014-cü il qərarını ləğv edildi və cinayət işini yenidən apellyasiya baxışına qaytarıldı.[92] 2015-ci ilin noyabrında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Tofiq Yaqublu ilə bağlı qərarını elan edib.[93] AİHM Tofiq Yaqubluya qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 5.1 maddəsinin - azadlıq hüququnun pozulmasını tanıyıb.[93] AİHM qərarına əsasən Azərbaycan iqtidarı buna görə Yaqubluya 24 000 avro ödəməli olub.[93]
2016-cı ilin fevralında Şəki Apellyasiya Məhkəməsi İlqar Məmmədov və Tofiq Yaqublunun işinəyenidən baxmağa başladı.[94] Amma fevralın 25-də baş tutan birinci iclasda işə baxılması qeyri-müəyyən müddətə təxirə salındı.[95]ABŞ, Avropa Parlamenti və Avropa Şurasının üç ildən çox davam edən ardcılıq təyziqlərindən sonra Tofiq Yaqublu əfv üçün müraciət etməməsinə baxmayaraq Azərbaycan Prezidentiİlham Əliyevin 17 mart 2016-cı il tarixli sərəncamı ilə əfv edildi.[96]ABŞ Dövlət KatibiCon Kerri Tofiq Yaqublu və digər dörd siyasi məhbusun azadlığa buraxılmasını alqışladığını, Azərbaycan iqtidarının əlavə müsbət addımların atılması üçün çalışacağına ümid etdiyini vurğuladı.[97]Milli Şuranın sədri Cəmil Həsənli isə əfv sərəncamını "yarımçıq" adlandırdı, Tofiq Yaqublu barədə verilən qərarın İlqar Məmmədova da şamil edilməli olduğunu bildirdi.[98]
18 mart 2016-cı ildə saxlandığı Penitensiar Xidmətin 13 saylı CÇM-dən azadlığa buraxıldı.
19 yanvar 2019-cu ildə Məhsul stadionunda baş tutan siyasi məhbuslara azadlıq mitinqindən sonra Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən Milli Şuraya mitinq üçün yer verilmirdi. Bu səbəblə 2019-cu il oktyabrın 8-də BŞİH binasının qarşısında sərbəst toplaşmaq azadlığı hüququnun bərpa edilməsi tələbi ilə piket baş tutdu. Tofiq Yaqublu çıxışı zamanı iqtidarı insanların hüqularını pozmamağa çağırıb.[99] Daha sonra Milli Şura tərəfindən 19 oktyabrda şəhərin mərkəzinə, metronun 28 May stansiyasının qarşısındakı meydana mitinq təyin edilib. BŞHİ tərəfindən həmin mitinqə icazə verilməyib və əlavə olaraq Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) mitinqin təşkilatçılarını, Tofiq Yaqublu, İbrahim İbrahimli, Eldəniz Quliyev və Vahid Məhərrəmlini idarəyə çağırılaraq onlara xəbərdarlıq edilib.[100] Bununla belə oktyabrın 19-da mitinq baş tutdu və geniş miqyaslı həbslərlə başa çatdı. Müşahidəçilərin dediyinə görə, bu, 2003-cü il prezident seçimlərindən sonra müxalifətin polislə qarşıdurma şəraitində baş tutan və çoxsaylı insanların həbs edildiyi ən geniş miqyaslı mitinq olub. Müxalifətin mitinqinin qarşısının alınmasına Çevik Polis Alayının (ÇPA) yüzlərlə polisi cəlb edilib. Mitinq zamanı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Tofiq Yaqublu da daxil olmaqla yüzdən çox insan saxlanıldı.[101][102] Tofiq Yaqublu saxlandıqdan sonra Nəsimi Rayon Polis İdarəsinə aparılıb. Yaqublunun sözlərinə görə burada ona işgəncə verilib - "Nəsimi Rayon Polis İdarəsinə apardılar, öncə bir otaqda saxladılar. Sonra gəlib əllərimi qandalladılar, bir mərtəbə aşağı düşürtdülər. Bir otağa salıb təxminən bir saat döydülər. Mən bu amansız işgəncələr barədə Nəsmi Rayon Məhkəməsində də danışdım. Amma hakim Babək Pənahov bu barədə protokollarda da, qeydlərdə də heç nə göstərmədi".[103] Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Tofiq Yaqublu barəsində İnzibati Xətalar Məcəlləsinin 513-cü (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsilə 30 gün müddətinə inzibati həbs cəzası verilib.[104][105]
Tofiq Yaqublunun inzibati həbs müddəti saxlanıldığı Binəqədi rayonunda, müvəqqəti saxlanma təcridxanasında təzyiqə məruz qaldı. Bu barədə o, qızı Nigar Həziyə noyabrın 11-də telefon dasnışığında xəbər verdi. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bir zabiti onun saxlanıldığım təcridxanaya gəlmiş və Tofiq Yaqublunu üç saatdan çox sorğu-suala tutmuşdu. Yaqubludan Milli Şuradan istefa verməsi və ümumiyyətlə, siyasi fəaliyyətini başa vurması tələb olunmuşdu. Bunu etməyəcəyi təqdirdə onu "Bandotdel"ə (BMCMİ) aparıb orada ağır işgəncələr vercəyini bildirmişdi. Nigar Həzinin yazdıqlarına rəsmi qurumlar tərəfindən münasibət bildirmədi.[106] Noyabrın 18-də azadlığa buraxıldıqdan sonra Tofiq Yaqublu müsahibəsində işgəncələrin detallarını açıqladı: “İdarədə əllərimi arxadan qandalladılar. İşgəncəyə məruz qaldım. Üzü üstə yıxdılar, haraya gəldi vururdular - başıma, belimə, ayaqlarıma, qabırğalarıma vururdular. Sonra qollarımı qanırdılar. Bu bir saat belə davam etdi”.[107][108]
2020-ci il martın 20-də Azərbaycan Prezidentiİlham Əliyev Novruz təbriki zamanı müxalifətə qarşı ağır ittihamlar irəli sürüb.[109] Martın 22-də İlham Əliyevin bu çıxışını The Voice of America-ya şərh edən Tofiq Yaqublu dövlət başçısının müxalifətə əsassız hücum etdiyini və çox ağır ifadələr işlətdiyini bildirib.[109] Tofiq Yaqublu İlham Əliyevinpandemiyadan sevmədiyi müxalifət nümayəndələrindən qurtulmaq üçün istifadə edə biləcəyini də vurğuladı.[110]
Elə həmin gün, martın 22-də saat 15:32-də Tofiq Yaqublu özünün sosial media hesabında Nizami rayonu ərazisində təxribatla üzləşlədiyi barədə paylaşım edib.[111] Ailə üzvlərinin məlumatına görə, Tofiq Yaqublunun avtomobilini dayanıqlı vəziyyətdə başqa bir avtomobil vurub.[111] Bu zaman avtomobili vuran şəxs Tofiq Yaqubluya hücum edib.[111] Tofiq Yaqublu avtomobilinin qapılarını bağlayaraq hücumdan yayına bilib.[111] Yaqublunun avtomobilini vuran şəxs barədə polisə müraciət etsə də, bu zaman polis onu özünü saxlayıb.[111] Nizami Rayon Polis İdarəsinə aparılan Tofiq Yaqublu barəsindən beş saatdan çox onun ailə üzvlərinə məlumat verilmədi. Saat 20:30 radələrində idarədən qızı Nigar Həziyə zəng gəldi və Tofiq Yaqublu barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıldığı bildirildi.[112]Daxili İşlər Nazirlinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov sözlərinə görə, martın 22-də Nizami rayonu ərazisində Tofiq Yaqublunun idarə etdiyi “Toyota Corolla” avtomobil Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” avtomobililə toqquşub.[112] Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edib, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.[112] Tofiq Yaqublu bu ittihamları rədd edib.[112] Nizami Rayon Məhkəməsinin qərarı ilə Tofiq Yaqublu barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.[112] İyunda həbs müddəti daha 2 ay uzadılıb.[113][114] İstintaq müddəti ərzində Şüvəlan qəsəbəsində 3 saylı İstintaq Təcidxanasında saxlanılıb. İstintaq müddəti ərzində müdafiə tərəfinin apellyasiya instansiyasına ev dustaqlığı və s. verilən vəsadətlərinin heç biri təmin olunmadı.[115][116][117]
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Tofiq Yaqublunun həbsini qorxunun və qisasçılığın təntənəsi adlandıb.[112]Müsavat Partiyası Tofiq Yaqubluya qarşı baş verən siyasi təxribat, Milli Şura isə Tofiq Yaqublunun həbsini İlham Əliyevin Novruz hədəsinin nəticəsi hesab edib.[112]Haqq Ədalət Partiyası Tofiq Yaqublunun həbsini rejimə qarşı çıxanların təqibinin başlanğıcı adlandırıb.[118] Professor Qubad İbadoğlu Yaqublunun həbsinin motivinin sifarişli olduğunu hesab edib, bloger Mehman Hüseynov Azərbaycan iqidarının vicdanlı, şərəfli, əqidəli, cəsarətli vətəndaşları hədəf aldığını qeyd edib, ictimai fəal Bəxtiyar Hacıyev isə problemlərin həlli yolunun Tofiq Yaqublunun və müxaliflərin həbsi olmadığını bildirib.[118] Siyasətçi Azər Qasımlı Tofiq Yaqublunun məhz öz tənqidi çıxışlarına görə həbs olunduğunu bildirib.[119]Human Rights Watch bəyanatında Azərbaycan iqtidarını Tofiq Yaqublunu dərhal azad erməyə çağırıb.[120][121] Qurumun Avropa və Orta Asiya üzrə rəybəri Giorgi Qogia müsahibəsində Tofiq Yaqublunun saxta ittihamlarla həbs olduğunu vurğuladı.[122][123] Qurumun Avropa və Orta Asiya bölməsindən Katerin Pilişvili isə Yaqublunun həbsini şərh edən zaman onun həbsində Avropa İnsan Hüquqları Konvensiyasında qeyd edilən bir sıra qanuni hüquqların pozulduğunu, Azərbaycanda tənqidi səslərə qarşı açıq təqiblərin aparıldığını və Yaqublunun həbsinin bunun bir nümunəsi olduğunu bildirdi.[124]Avropa Şurası Parlament Assambleyasının (PACE) həmməruzəçiləri Sunna Evarsdottir, Sör Rocer Geyl və Stefan Şennax Azərbaycan iqtidarının pandemiyadan sui-istifadə etdiyini bildirib.[125] Sunna Evarsdottir müxalifət lideri Tofiq Yaqublunun xuliqanlıq ittihamı ilə həbs olmasının uydurma olduğunu vurğulayıb.[125]Avropa Parlamentində təmsil olunan Avropa uğrunda Liberallar və Demokratlar Alyansı (ALDE) Tofiq Yaqublunun həbsini pisləyən bəyanat yayıb.[126]ABŞ Dövlət Departamenti isə Azərbaycan iqtidarını Tofiq Yaqublunun azad edilməsinə çağırıb.[127]Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) da Tofiq Yaqublunun həbsdən azad etməyə çağırıran bəyanatlar verdi.[128][129]
İyulun 2-də Tofiq Yaqublunun işi üzrə ibtidai istintaq başa çatıb və Nizami Rayon Məhkəməsinə göndərilib.[130][131] İyulun 24-də Nəriman Mehdiyevin sədrliyi ilə Tofiq Yaqublunun işi üzrə proses başlanılıb.[132] Tofiq Yaqublu özünü təqsirli bilməyib, siyasi sifarişlə həbs olunduğunu bildirib[133] və məhkəmədən ədalətli qərar gözləmədiyi deyib.[134] Proses zamanı istintaqda Tofiq Yaqublunun telefonundan onun təqsirsizliyinə dair bütün video və foto sübutların silindiyi məlum olub.[135] Yaqublunun qızı Nigar Həzi prosesin "saxta" və "absurd" ittihamlarla müşayiət olunduğunu qeyd edib.[136] Avqustun 19-da baş tutan proses zamanı şahidlərdən biri ifadəsini qarışdırıb, Yaqublunun əlində vintaçan olub-olmadığı barədə dəqiqləşdirici suala cavabda isə söhbətin nədən getdiyini bilmədiyini qeyd edib.[137] Bu zaman Yaqublu bu işi aparan müstəntiqin şahid qismində cəlb edilməsini istəyiblər.[137] Amma vəsatətlərin heç biri təmin edilməyib.[137] Sentyabrın 1-də baş tutan prosesdə dövlət itthamçısı Tofiq Yaqubluya 4 il 6 ay həbs cəzası istəyib.[138] Sentyabrın 2-də Tofiq Yaqublu qanunsuz həbsinə etiraz olaraq ölüm aclığa başladığını[139] və azadlığa buraxılacağı günə qədər aclığı davam edəcəyini bildirib.[140] Sentyabrın 3-də Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyev tərəfindən Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar elan edilib.[141][142]
Sentyabrın 7-də etibarən Tofiq Yaqublunun səhhətində geriləmə başladı.[158][159][160][161] Qızı Nigar Həzinin məlumatına görə sentyabrın 10-da Tofiq Yaqublu ilə görüşdə atası görüşə güclə gəldi, başı gicəllənirdi, görüşə səndəlləyə-səndəlləyə gəldi. Təcridxanada Tofiq Yaqublu ilə görüşən insan hüquqları üzrə ombdusmanSəbinə Əliyeva və müəssisə rəhbərliyi ondan aclığı dayandırmasını xahiş edib. Yaqublu isə həbsinin qanunsuz olduğunu xatırladıb və ya azadlığa buraxılacağını, ya da türmədə öləcəyini bildirib.[162] Sentyabrın 11-də professor Adil Qeybulla 3 saylı İstintaq Təcridxanasının rəhbərliyinin müşahidəsi ilə sanitar hissədə Tofiq Yaqublu ilə görüşüb. Onun sözlərinə görə aclıq zamanı su və duz qəbulu şərtdir. Amma Tofiq Yaqublu uzun müddətdir su və duz qəbul etmir. Bu da onun ürəyinin qəfil dayanmasına səbəb ola bilər.[163] Aclığın 11-ci günündə, sentyabrın 12-də Tofiq Yaqublu Şüvəlan təcridxanasından City Hospital özəl tibb müəssisinə gətirilib.[164] Tofiq Yaqublu reanimasiyada mühafizə altında saxlanılırdı.[165]
Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Tofiq Yaqublunun həbs cəzası ev dustaqlığı ilə əvəz edilib.[166] 17 gün davam edən aclığın sonunda Tofiq Yaqublu saxlandığı City Hospitaldan evə buraxılıb.[167][168] Bakı Apellyasiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarı ilə Tofiq Yaqublunun cəzası 2 il 6 ay şərti cəza ilə əvəz edilib.[169][170]
2021-ci il dekabrın 1-də Fəvvarələr meydanında həbsxanada 26 gündür aclıq edən Gədəbəy rayonun sabiq icra başçısı, beynəlxalq ictimaiyyət tərəfindən siyasi məhbus elan edilən Saleh Rüstəmlinin azadlığa buraxılması tələbi ilə aksiya baş tutub.[171] Həmin aksiya zamanı Tofiq Yaqublu polislər tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyi rəsmi məlumatında saxlanılan şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmaların aparıldığını bildirib.[172] Axşam saatlarında Tofiq Yaqublu sərbəst buraxıldıqdan sonra üz nahiyəsində çoxsaylı qançırlar olan fotoları yayılıb, fotolarda Yaqublunun göz, üz nahiyəsi və göz qapaqlarında zədələrin olduğu görünür. Tofiq Yaqublu döyülməsini belə şərh edib[173]: "Məni tutub, döyə-döyə polis bölməsinə gətirdilər. Orada "Bandotdel"dən (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi nəzərdə tutulur) xüsusi qrup gəldi. Məni ayrı otağa saldılar, əlimi qandalladılar, başıma torba keçirdilər və döyməyə başladılar. Sonra sürüyüb bir avtomobilə atdılar. Yolda yenə də döyməyə davam etdilər. Yolun bir yerində sifətimin şəklini çəkib yuxarı göndərdilər, raport verdilər. Onlar da baxıb, xəsarətlərin ürəklərincə olmadığını, təmiz deyil, testdən keçmədiyini dedilər. Sonra avtomobildən saldılar, yenə döydülər. Başımda torba olduğundan hara olduğunu müəyyən edə bilmirdim. Sonra gətirib bir çöllü-biyabanda atdılar. Nə yol, nə avtomobil, heç yer görünmürdü. Orada üstümə düşdülər ki, söz verim, kameraya danışım ki, bir daha mübarizə aparmayacam. Mən də bunları demədim. Sonra qollarıma vurduqları qandallar açılmırdı. Xeyli vaxt qandalların üzərində çalışdılar. Sonra Mitsubishi avtomobili gəldi. Yenə torba başımda gətirib haradasa avtomobili saxladılar. Yenə tələblər irəli sürdülər. Axırda da gətirib Ələt qəsəbəsində avtomobildən düşürdülər".[174]Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev hadisəni şərh edən zaman, Tofiq Yaqublunun polis bölməsində döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddiaları əsassız adlandırıb, bununla belə qeyd olunan iddiaların müvafiq qaydada araşdırılacağını bildirib.
Tofiq Yaqublunun döyülməsi cəmiyyət tərəfindən sərt tənqidlərlə qarşılanıb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Yaqublunun döyülməsinin “sifarişçisinin birbaşa dövlət başçısı” olduğunu deyib. Müsavat Partiyasının başqanı Arif Hacılı Tofiq Yaqublunu döyənlərin dərhal müəyyən edilməsini tələb edib. Milli Şuranın sədri Cəmil Həsənli Tofiq Yaqublunun döyülməsinin sifariş oldğunu deyib və “Tofiq Yaqublunun bu fotosunun 18 il ərzində İlham Əliyevin Azərbaycanda qurduğu "hüquq sistemi" və "hüquqi dövlətin" əsl sifəti!” olduğunu bildirib. Hüquq müdafiəçisi Anar Məmmədli isə “Bir gün bu rejimin tarixin arxivinə gedəcəyini və lənətlə xatırlanacağını” deyib.[175] Azərbaycan iqtidarına yaxın çevrələrdə baş verənləri tənqid edib. Milli Məclisin deputatı Fazil Mustafa "insana qarşı belə qəddarlığın yolverilməz." olduğunu vurğulayıb.[176] ABŞ səfirliyi Yaqubluya qarşı baş verənlərdən dolayı dərin narahatlıqlarını ifadə edib.[177] Birləşmişq Krallıq səfirliyi isə Azərbaycan iqtidarını Tofiq Yaqublunun ağır rəftara məruz qalmaları barədə xəbərləri araşdırmağa çağırıb.[178]
2022-ci ilin dekabrında ictimai fəal Bəxtiyar Hacıyev həbs edildi.[179] Dekabrın 20-də Tofiq Yaqublu onun həbsini şərh edən zaman "İlham Əliyev cinayətkar tutmaq istəyirsə, özündən başlasın, ətrafından başlasın" deyə demişdi.[180] Üç gün sonra, dekabrın 23-də Fəvvarələr meydanında Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbilə aksiya baş tutdu.[181] Aksiya zamanı Tofiq Yaqublu saxlanıldı və Səbail Rayon Məhkəməsinin hakim iMədinə Bağırovanın qərarı ilə İnzbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni əmrinə qəsdən tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə 30 gün müddətinə inzibati həbs cəzası aldı.[182] 2023-cü il yanvarın 5-də Tofiq Yaqublu Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanlanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və həbs qərarına etiraz olaraq aclıq elan edib.[183] Yanvarın 7-də həyat yoldaşı Maya Yaqublu da Tofiq Yaqublunun etirazına qoşularaq aclıq elan edib.[184][185] Qızı Nigar Həzinin sözlərinə görə aclığın altıncı günündə artıq atasının sağlamlığında olan problemlərin özünü ciddi göstərməyə başladı.[186] Yanvarın 11-də Binəqədi rayonunda 6 saylı xəstəxanaya yerləşdirildi.[187] Professor Adil Qeybullanın məlumatına əsasən Yaqublunun daha əvvəl əməliyyat olunduğu üçün də zəifləyib, təzyiqi düşüb və başgicəllənmələri var, özünü halsız hiss edir. Qızı Nigar Həzi isə atasının xəstəxanaya yerləşdirilməsinə belə şərh edib: Qorxdular ki, ona nəsə ola bilər, ölə bilər, məsuliyyətdən yayınmaq üçün dövlət xəstəxanasına yerləşdiriblər.[188][189] Tofiq Yaqublunun aclığı 17 gün davam etdirib.
Yanvarın 10-da Norveç İnsan Haqları Evi və ABŞ Dövlət Departamentinin sözcüsü Ned Prays Azərbaycan iqtidarını Tofiq Yaqublunu tez bir zamanda azad etməyə çağırırıb.[190][191][192]Avropa İttifaqı və ABŞ səfirliyi isə Tofiq Yaqublunun həbsindən narahatlığını ifadə etdi.[193][194]Human Rights Watch'un Avropa və Asiya üzrə rəhbərinin müavini Giorgi Qogia Azərbaycan iqtidarının Tofiq Yaqublu və Bəxtiyar Hacıyevi dərhal azad etməli olduğunu bildirdi.[195][196]
Yanvarın 22-də həbs müddəti başa çatdıqdan sonra azadlığa buraxılıb.[197]
2023-cü il dekabrın 14-də Tofiq Yaqublunun evində polis axtarışının aparıldığı, özünün isə saxlanıldığı bildirildi.[198] Qızı Nigar Həzinin sözlərinə görə Tofiq Yaqublu səhər tezdən evdən çıxıb və axşam saatlarından onun telefonuna zəng çatmayıb. Nərimanov Rayon Polis İdarəsi tərəfindən isə onların evində axtarış aparılıb və evdən 5000 avro, 2500 manat və miqdarını bilmədiyi qədər dollar çıxdığı iddia olunub.[199] Nigar Həzinin sözlərinə görə, axtarış zamanı evdən tapılan pul ailəyə məxsus deyil və polislər tərəfindən evə qoyulub. Nigar Həzi bu həbsin birbaşa İlham Əliyevin sifarişi olduğunu bildirdi.[200] Nəticədə Tofiq Yaqubluya barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açıldı.[201] Dekabrın 15-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Tofiq Yaqublu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.[202] Tofiq Yaqublu özünü təqsirli bilmədi və siyasi motivlə həbs olunduğunu bildirdi. 2024-cü il aprelin 6-da Nərimanov Rayon Məhkəməsində Yaqublunun həbs qətimkan tədbirinin daha 2 ay müddətinə uzadılması barədə qərar qəbul etdi.[203] İyunun 1-də isə həbs müddəti daha 20 gün uzadıldı.[204] İstintaq müddəti ərzində müdafiə tərəfinin apellyasiya instansiyasına ev dustaqlığı və s. verilən vəsadətlərinin heç biri təmin olunmadı.[205][206]
AXCP sədriƏli Kərimli Tofiq Yaqublunun həbsini şərh edən zaman onun sırf siyasi fəaliyyətinə və tənqidlərinə görə şərləndiyini bildirdi.[207]Milli Şura bəyanatında Tofiq Yaqublunun həbsinin siyasi motivli olduğunu vurğuladı.[208]Azərbaycan Xalq Cəbhəsi Partiyası Tofiq Yaqublunun həbsini pisləyən bəyanat verdi.[209]ABŞ səfirliyi Tofiq Yaqublunu və fundamental azadlıqlardan istifadə etdiklərinə görə həbsdə olanların hamısını azad etməyə çağırırdı. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Tofiq Yaqublunun həbsinin qəbuledilməz olduğunu və biz Azərbaycan iqtidarını insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırdığını, hamının, o cümlədən ifadə azadlığından istifadə edənlərin, haqsız yerə həbsdə olanların hamısını azadlığa buraxmağa çağırdı.[210]Human Rights Watch isə bəyanatında Tofiq Yaqublunun həbsinin Azərbaycanda tənqidi səslərin susdurulması tendensiyasının davamı olduğunu vurğuladı.[211]Amnesty Internationalın 2023-cü ildə insan hüquqlarının vəziyyətinə dair hesabatında Tofiq Yaqublunun "qondarma ittiham"la həbs olunduğunu bildirdi.[212] 2024-cü ilin aprelində Avropa Parlamenti Azərbaycan iqtidarını siyasi məhbusları azad etməyə çağıran qətnamə qəbul edib. Qətnaməyə əsasən Tofiq Yaqublu da daxil olmaqla ona yaxın siyasi məhbusun azad edilməsi üçün Azərbaycan iqtidarına çağırış edildi.[213] İyulda isə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Azərbaycan iqtidarını həbs edilən jurnalist və Tofiq Yaqublu da daxil olmaqla siyasi fəalların işinə yenidən baxmağa, əsassız yerə həbs edilən şəxsləri azad etməyə çağırmışdır.[214]
2024-cü ilin mayında Tofiq Yaqubluya qarşı cinayət işinin istintaqı başa çatdı[215] və iyunun 14-də Bakı Ağır Cinayət Məhkəməsində hakim Eldar Nuriyevin sədrliyi ilə başladı.[216][217]
2024-cü il oktyabrın 24-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib. Parlament qətnaməsind COP29 ərəfəsində Azərbaycanda fəallara, jurnalistlərə, müxalifət liderlərinə qarşı nəzərəçarpacaq dərəcədə güclənən repressiyaları pisləyib. Qətnamədə Tofiq Yaqublunun da qeyd olunub.[218]
2012-ci il sentyabrın 11-də Tofiq Yaqublunun qızı Nigar Yaqublu Abşeron rayonunda baş vermiş avtomobil qəzasından sonra həbs edilib. “Yeni Müsavat” qəzetinin xəbərinə görə Azərbaycanda qəzalara görə cəzalandırılanlar olsa da, bir qayda olaraq sükan arxasında əyləşənlər istintaq dövründə həbsə alınmır. Amma Tofiq Yaqublunun qızı Nigar Yaqublunun işində bu belə olmadı və o, 11 sentyabr 2012-ci ildə saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçildi. “Yeni Müsavat” qəzeti həm də sıradan bir avtomobil qəzasına görə başlanmış cinayət işinin birbaşa baş prokuror birinci müavini Rüstəm Usubov tərəfindən təsdiqləndiyini, normalda isə hər gün baş verən bu tip qəzalarla bağlı başlanmış cinayət işlərini rayon prokurorlarının imzaları ilə təsdiq olunduğunu da vurğuladı.[219]
Maya Yaqublu ilə evlidir, 2 qızı və 1 oğlu var.[220]
Qızı Nigar Yaqublu 1988-ci ildə anadan olub. Xəzər Universitetində təhsil alıb. 2009-cu ildən müsavatçıdır. Müsavat Partiyası Gənclər Komitəsinin sədr müavini, Müsavat Partiyası Məclisinin üzvü olub. 2012-ci ilin sentyabrından Abşeron rayonunda baş vermiş avtomobil qəzasından sonra həbs edilib. 2012-ci ildə Abşeron Rayon Məhkəməsinin qərarı ilə cəzasını məntəqə tipli CÇM-də çəkməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ilin avqustunda o dönəmdə siyasi məhbus həyatını yaşayan jurnalist, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi ilə həbsxanada evlənmişdir.
Qızı Nərgiz Yaqublu 1989-cu ildə anadan olub. Xəzər Universitetində təhsil alıb. 2009-cu ildən müsavatçıdır. 2012-ci ildə müxalif gənclərin parlamentin buraxılmasını tələbilə baş tutan aksiyada polislər tərəfindən saxlanılıb.[221] 2013-cü ildə İsmayıllı hadisələri ilə bağlı "Silahları üzərimizdən çəkin!" şüarı ilə baş tutan aksiyada da polislər tərəfindən saxlanılıb və inzibati qaydada cərimə edilib.[222][223]Avropa İnsan Hüquqları Məhkəməsi (AİMH) 2017-ci ilin iyununda məhrum Nərgiz Yaqublunun Avropa Konvensiyası 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (sərbəst toplaşmaq azadlığı) maddələri ilə təminat altına alınan hüquqlarını pozduğunu hesab edib. Buna görə də Azərbaycan iqtidarını N. Yaqublunun işi üzrə 470 avro cərimə edib.[224] 2013-cü ilin sentyabrından prezident seçimləri ərəfəsində Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Məhsul stadionunda baş tutan mitinqinin sonunda siyasi məhbusların azad olunması tələb edilən qətnamə oxuyub.[225][226] Nərgiz Yaqublu ailə həyatı qurduqdan sonra Rusiyada yaşayıb. 2015-ci il aprelin 23-də xəstəliyi səbəbilə vəfat edib. Bir oğlu var idi.[227]