Rekord olaraq 199 ölkə stadiona girdi, Beynəlxalq Olimpiya Komitəsinin üzvü olan Əfqanıstan iştirak etmirdi. Ən yadda qalan səhnə, ağ arxa plan üzərində mavi bir Koreya yarımadası xəritəsi olan formada hazırlanmış birlik bayrağı ilə,Şimali Koreya və Cənubi Koreya bir komanda olaraq səhnəyə girmələri idi. Şərqi Timordan 4 atlet ölkələrinin keçid mərasimində yer aldılar. Ölkənin beynəlxalq Olimpiya Komitəsinin olmamağına baxmayaraq, onların da Olimpiya Bayrağı altında yarışmaqlarına icazə verildi. Ümumi qubernator Sir William Dearner oyunların açılışını etdi. Olimpiya bayrağını meydanda səkkiz rəsmi avstraliyalı Olimpiya çempionları tərəfindən daşıdı:Bill Roycroft, Murray Rose, Liane Tooth, Gillian Rolton, Marjorie Jackson, Lorraine Crapp, Michael Wenden və Nick Green Olimpiya Bayrağının daşınması boyunca Olimpiya Marşı səsləndi. Açılış mərasimi Olimpiya Məşəlinin yandırılması ilə qurtardı. Rəsmi Avstraliya Olimpiya Çempionu Herb Elliott Olimpiya məşəlini stadiona gətirdi. Sonra qadınların Olimpiya Oyunlarının işitirakının 100 ilinin tama olması münasibətilə rəsmi avstraliya qadın Olimpiya çempionları: Betty Cuthbert, Raelene Boyle, Dawn Fraser, Shirley Strickland , Shane Gould ve Debbie Flintoff-King məşəli stadiona gətirdi və məşəli yandıracaq Cathy Freemana verdilər, o da məşəli qazanın içindəki alov çəmbərinə tutuşdurdu.