2019 Xolo kafedralında bomba partlayışı — 27 yanvar 2019-cu ilin səhərində FilippininSulu əyalətinin Xolo şəhərində[2] yerləşən Roman katolik kafedral olan Karmel dağının Müqəddəs Mariya kafedralında baş vermiş bomba partlayışı.[3][4][5]AFP Qərbi Mindanao Komandirliyi (AFP WestMinCom) törədilən terror aktında 15 nəfər sivil əhali və 5 əsgər olmaqla 18 nəfərin həlak olduğunu, 70 nəfər sivil əhali, 2 polis məmuru, 17 əsgər və 2 sahil mühafizəçisi olmaqla 82 nəfərin isə yaralandığını açıqlamışdır.[6][7]Filippin Milli Polisinin (PNP) əvvəlki açıqlamasında 20 ölünün və 111 yaralının olduğunu bildirmişdir.[8]
Partlayışlar Banqsamoro Muxtar Regionunun yaradılması üçün keçirilən referendumdan bir həftə sonra baş vermişdir. Xolonun ən güclü terror təşkilatı olan Əbu Səyyafın da ərazisində olduğu Sulu əyalətində referendumun əleyhinə qarşı 163,526 nəfər (54.3%), lehinə isə 137,630 (45.7%) səs vermişdir.[9][10] Bu qruplaşma İraq Şam İslam Dövləti terror təşkilatının bir qolu hesab olunur. Nəticələrə baxmayaraq, digər əlayətlər lehinə yetərincə səs verdikləri üçün Sulu əyaləti Banqsamoro regionun ərazisinə daxil edilmişdir.[10]
Hücumların həmçinin bölgədə səlahiyyətlərini itirən yerli cinayətkarların, quldurların, Banqsamoro hökumətinin referendum qərarından sonra uzun müddətdir ki, qarşıdurma zonalarında ASG vasitəsilə narkotik vasitələrin satışını həyata keçirənlərin, odlu silahlarla və ya silahlı qüvvəylə xüsusi təyinatlılara qarşı mübarizə aparanların da həyata keçirə biləcəklərinə inanılır.[11][12] Lakin bir çox mənbə hadisənin Əbu Səyyaf tərəfindən reallaşdırıldığını təsdiqləyir. Onlar son vaxtlarda Xolo şəhərində aktivləşmiş, il ərzində partlayışlar, insan qaçırtma başlıqları ilə gündəm olmuşdular. Burada müsəlmanlar əhalinin 10% -ni təşkil edir. Müxtəlif İslam terror təşkilatları Filippinin bir hissəsini cənubda İslam bölgələri adı altında bölüşdürməyə çalışırlar.[13] Bəzi məlumatlara görə, Filippin Silahlı Qüvvələri (AFP) tərəfindən terrorçulara qarşı keçirilən hərbi əməliyyatlar nəticəsində ASG üzvləri məhv edilmişdir.[14]Filippin Nümayəndələr Palatasının spikeri Qloriya Masapaqal Arroyo bildirib ki, Mindanao regionunda uzun müddətdir ki, yoxsulluğun davam etməsi partlayışların baş verməsində köməkçi faktor rolunu oynamışdır.[15]
Ərazinin sözçüsü Gerri Besananın dediyinə görə, ilk bomba 8:28[16] radələrində insanların kafedrala topluluq şəklində gəldiyi zaman partlamışdır.[17] 8:26-da əhali bazar günü dualarını etmək üçün kafedrala gəlmişdir. 8:30-da fərqli bir açıdan insanların kafedrala doğru getdiyi görünür. 8:28-də kafedralın içərisinə atılan ilk əldəqayırma partlayıcı qurğu partlamışdır.[16] 8:30-da isə 35-ci Piyada Batalyonundan gələn qoşunlara cavab olaraq kafedralın park sahəsində ikinci partlayış gerçəkləşmişdir.[18][19][20] Qərbi Mindanao Komandiri partlayışa səbəb olan cihazın bir motosiklet qutusunun içərisinə yerləşdirildiyini söyləmişdir.[21] Bir müddət heç bir qrup partlayışlar üçün məsuliyyəti öz üzərinə götürməmişdir.[22]Filippinin Daxili İşlər Nazirliyi və Yerli Hökumət İdarəsinin (DILG) məlumatına görə, cinayətkarlar birinci partlayışa nisbətdə ikinci partlayışla öz hədəflərinə daha çox ziyan vurmaq üçün 2002 Bali partlayışı zamanı istifadə olunan analoji plandan istifadə etmişlər.[23] Partladıcı qurğular ən azı iki kiloqram ağırlığında olmuşdur. Partlayış sahəsinin yaxınlığında start verici qurğu kimi istifadə olunan şübhəli mobil telefon aşkar edilmişdir. DILG tərəfindən təsdiqlənmiş post-partlayış istintaqına əsasən, bombaların hazırlanmasında tərkibində ammonium-nitrat olan borulu bombalardan istifadə olunub.[23]
İraq Şam İslam Dövləti partlayışlara görə məsuliyyəti öz üzərinə götürmüşdür. Onlar hücumun "şəhidliyin iki cəngavəri" üçün "səlibçilərin məbədgahı"na qarşı törətdiklərini açıqlamışlar.[24] Filippin hərbçiləri Acanq Acanq qrupunun fraksiyasına daxil olan ASG-in məsuliyyət daşıdığını bildirmişlər. Bu da hərbi kəşfiyyat əməliyyatçıları tərəfindən faktlarla sübut olunmuşdur. Onlar əvvəlcə Xolo şəhərinin digər hissələrini bombalamaq fikirləri olan ASG-in sənədlərini ələ keçirmişlər.[3][5][25] Bölgədə yerləşən gizli çəkiliş kameralarının məlumatlarına görə, keçmiş ASG lideri Surakah İnqoqun qardaşı Alias Kamah digər şübhəlilər ilə birlikdə kafedralın ətrafında dolaşarkən kameralara yaxalanmışdır.[26] ASG-in ən məşhur bomba istehsalçılarından olan Kamah istintaqdan sonra, PNP rəhbəri Oskar Albayalde tərəfindən sərbəst buraxılmışdır.[27] Filippin ordusu CCTV vasitəsilə hücumlarla əlaqədar olaraq dörd şübhəlinin kameralara düşən fotoşəkillərini paylaşmışdır.[28] Ölkə prezidenti də daxil olmaqla hakimiyyət orqanları kamikadzelər tərəfindən bombaların partladılmasını da istisna etmir.[29][30] Buna baxmayaraq, hücumlar nəticəsində sağ qalan iki yaralının hərbçilərə verdiklərə ifadələrinə əsasən, onlar bir qadının torbasının içərisində bir bomba gizlətdiyini görmüşlər. Kilsənin daxilindəki oturacaqlardan birinə bombanı buraxdıqdan sonra partlayış baş vermişdir. Lakin hər iki şahid qadının fiziki xüsusiyyətlərini tam olaraq təsvir edə bilməmişdir.[31]CCTV kanalı Kamahın mavi-yaşl jaketdə olduğu və əlində telefon tutduğu görüntüləri yayımlamışdır.[32][33]
Hadisələrdən az bir müddət sonra, Malaçananq sarayı rəsmiləri terroru həyata keçirən cinayətkarlara heç bir mərhəmət göstərilməyəcəyini bəyan etmişdir. Prezidentin Mətbuat Xidmətinin rəhbəri Salvador Panelo vurğulayıb ki, "Biz yerin dibindən də olsa, amansız cinayətkarları tapıb, ədalət məhkəməsi qarşısına çıxaracağıq. Hər bir cinayətkar barmaqlıqlar arxasına düşməyənə qədər biz rahat olmayacağıq. Qanun onlara rəhm etməyəcək".[34] Saray rəsmiləri partlayışın cənubdakı hərbi vəziyyəti saxlamaq üçün "daha çox əsas" verdiyini açıqlamışdır.[35] Prezident Rodriqo Duterte hadisələrə qarşı qəzəbini ifadə etmiş və ertəsi gün partlayış yerinin araşdırılmasını əmr etmişdir.[4][36][37] AFP WestMinCom təsdiqləyib ki, Prezident Duterte terror qruplarına qarşı "hərtərəfli müharibə təlimatı" adlı sərəncamı imzalamışdır.[38][39] Xolo şəhəri də ciddi nəzarət altına alınmışdır.[40]İmmiqrasiya Bürosu yeni xarici terror təşkilatlarının ölkəyə girişinin qarşısını almaq üçün yüksək həssaslıq nümayiş etdirmişdir.[41]Dövlət Seçki Komissiyası partlayışlara baxmayaraq, Xolo şəhərini nəzarətə alacaqlarını və ərazidə 6 fevral referendumunun (Comelec) təxirə salınmayacağını açıqlamışdır.[42]Torpaq Nəqliyyat Daşınması və Tənzimləmə Şurası bütün ictimai nəqliyyat vasitələrinin təhlükəsizliyinin daha ciddi qorunacağını açıqlamışdır. Həmçinin, qurum əhaliyə nəqliyyat vasitələrində hər hansı bir şübhəli fəaliyyət gördükdə onlara məlumat verməyi tövsiyə edir.[43] Polis və hərbi qüvvələrin Patikulun Baranqay Latih ərazisində keçirilən axtarış əməliyyatları nəticəsində Kamah qaçmağa nail olmuş, ortaqlarında biri isə qaçmağa cəhd edərkən öldürülmüşdür. Əməliyyat zamanı ələ keçirilən əşyalar arasında bir ədəd 45 çaplı tapanca, bir snayper nişangahı, iki mobil telefon və bir motosiklet olmuşdur.[44] Hərbi qüvvələr hücum vertolyotları vasitəsilə ərazidə şübhəli bilinən yerlərdə axtarışlara davam edir.[45] Yanvarın 30-da səhər saatlarında CCTV iki şübhəlinin polisə təslim olduğunu açıqlamışdır. Onlardan biri keçmiş ASG liderinin qardaşı və terrorda əli olan Kamah idi.[46] Bundan əlavə bir neçə şəxsin də terrorda əli olduğu güman olunur. Onların izinə hələki düşmək mümkün olmayıb. Həmçinin WestMinCom tərəfindən göstərilən videoda da onlar kameralara yaxalanmayıb.[47]
Filippinin Katolik Yepiskoplar Konfransı yaralananlara və terror qurbanlarının ailələrinə baş sağlığı məktubu ünvanlamış, baş vermiş terror hadisəsini isə qətiyyətlə qınamışlar.[48] Yepiskoplar zorakı ekstremizmə qarşı sülhü bərqərar etmək üçün xristanları müsəlmanlarla və yerli əhali ilə birləşməyə çağırmışlar.[48][49][50]Papa Fransisk partlayışı pisləyərək demişdir: "Bu bir daha xristian icmasına vurulan zərbədir. Mən qəti surətdə bu hadisəni pisləyirəm. Mən ölənlər və yaralananlar üçün dua edirəm. Qoy Sülh padşahı olan Tanrım bölgənin əhalisinə sülh nəsib etsin".[51]Dünya Kilsələr Şurası (WCC) dərin kədərini ifadə edərək demişdir: "Bu qəddarlıq qarşısında bütün insan ailələri, bütün imanlar və yaxşı niyyət insanlar bir-birinə hörmət və qayğı göstərməli, belə zorakılıqların isə qarşısı alınmalıdır".[52]Davao Roma Katolik ArxieparxiyasıMindanao regionunda baş verən hücumdan sonra xalqa hər hansı bir kilsəyə gedərkən qutu aparmamağı məsləhət görmüşdür.[53]
Mindanao İnkişaf Təşkilatı (MinDA) sədri Əbül Xayr Alonto bildirib ki, "Bu yol verilməz bir hərəkətdir. Sülhsevər xalqımıza qorxu salmaq üçün belə hadisələrin baş verməsinə icazə verilməməlidir".[54]
MNLF rəhbəri olan Emmanuel Fontanilla hökumətə hətta terrorçu olsalar belə, ASG və Banqsamoro İslam Azadlıq Döyüşçüləri ilə sülh danışıqları aparması üçün müraciət etmişdir.[55]
Filippin Müdafiə naziri Delfin Lorenzana baş vermiş terror hadisəsini tənqid etmişdir. O, kilsələrin və digər ictimai yerlərin qorunması təklifini irəli sürmüşdür.[56]
Filippin Yerli insan haqları qoruyucusu olan Karapatan hücumu qınamışdır. Təşkilat bu hadisələrin xüsusilə hökumət tənqidçilərinə qarşı insan hüquqlarını pozmaq üçün bir bəhanə kimi istifadə edilməməsinin vacib olduğunu xatırlatmışdır.[57]
Makabayan bloku hadisənin bütün ölkədə hərbi vəziyyət elan edilməsinin üstünlüyü kimi istifadə edilə biləcəyindən qorxduğunu bildirmişdir.[58]
30 yanvar 2019-cu ildə Macarıstan ölkənin yardım proqramı vasitəsilə partlayış qurbanlarına Ft 30 milyon (₱1.89 milyon)[91] dəyərində kömək edəcəklərini açıqlamışdır.[61]
Qonşu Malayziya Kral Polisi (RMP) xarici terror təşkilatlarının Cənubi Filippin adalarına keçməzdən əvvəl Sandakan və Tavau kimi şərq sahillərinə daxil olan böyük şəhərlərə keçməsinin qarşısını almaq üçün Sabah ştatında təhlükəsizliyi artırmışdır.[92]
↑ 12Sofia Tomacruz. "Sulu rejects Bangsamoro law". Rappler. 24 January 2019. 28 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019. Despite already being a part of the Autonomous Region in Muslim Mindanao (ARMM), Sulu has voted not to ratify the Bangsamoro Organic Law (BOL). But the province will still be part of the new Bangsamoro region.
↑Vann Marlo M. Villegas; Arjay L. Balinbin; Vince Angelo C. Ferreras. "Suicide bombing angle seen in Jolo blast". Reuters. Business World Online. January 29, 2019. September 17, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2019.
↑"Statement on BOL ratification issued by British Embassy Manila". Government of the United Kingdom. January 28, 2019. September 13, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 28, 2019. The UK condemns Sunday’s bomb attack in Jolo. The Minister for Asia and the Pacific and the British Ambassador have both offered their condolences.
↑Joyce Ann L. Rocamora. "Int'l community condemns twin bombings in Jolo, Sulu". Philippine News Agency. 28 January 2019. 29 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2019. US Ambassador to the Philippine Sung Kim committed America's support to the Armed Forces of the Philippines. In a statement, he said "We condemn this senseless violence and we will do everything possible to support the Armed Forces of the Philippines".