40-cı qapı — filmi rejissor Elçin Musaoğlu[1] tərəfindən 2008-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Ritm Production"da istehsal edilmişdir. Film 14 yaşlı oğlanın (Həsən Səfərov) taleyindən bəhs edir. Filmdə əsas rolları Həsən Səfərov, Rövşən Ağayev, Gülər Nəbiyeva, Elmira Şabanova və Rafiq Əzimov ifa edirlər.
FilmAzərbaycan xalqı üçün ağır olan bir vaxtda – 90-cı illərin əvvəlində bütün çətinliklərdən keçmiş 14 yaşlı oğlanın (Həsən Səfərov) taleyindən bəhs edir. Bakının 40 kilometrliyində yaşayan uşaq anasının himayəsində böyüyür. Rusiyaya qazanc dalınca gedən atası rəhmətə getmiş oğlan təhsilini atıb anasına (Gülər Nəbiyeva) maddi dəstək vermək məqsədilə işləmək qərarına gəlir. Bakıətrafı qəsəbədə yaşayan oğlan özünü və anasını dolandırmaq barədə düşünmək məcburiyyətindədir.[2]
2009-cu il 26 apreldəHyustonda (ABŞ) 42-ci Beynəlxalq Kinofestivalında film “Ən yaxşı xarici film” nominasiyası üzrə qızıl mükafata layiq görülmüşdür.[3]
2009-cu ildə 11-ci Beynəlxalq Bakı Şərq-Qərb Film Festivalında "Ən parlaq debüt"mükafatını almışdır.[4]
2009-cu ildə 19-cu Beynəlxalq Cottbus Film Festivalında "The International Film Guide Inspiration Award" və "Prize of the Ecumenical Jury with a Special Mention" mükafatlarını alıb.[4]
2009-cu ildə Monteneqro TV və Film Festivalında "The award for best photography", "The award for best directing" və "Silver olive" mükafatlarını alıb.[4]
2010-cu ildə Tiburon Beynəlxalq Film Festivalında (ABŞ) "Federico Fellini Award" mükafatını alıb.[5]
2010-cu ildə Eurasia IFF (Qazağıstan) festivalında "Award Jury NETPAC" mükafatını alıb.[6]
2010-cu ildə New York Eurasia Film Festivalında "Award Best Screenplay" mükafatını alıb.[7]
↑Qaçayev, S. "40-cı qapı" 42-ci festivalda qızıl priz aldı: [Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında rejissor Elçin Musaoğlunun quruluşunda hazırlanan eyni adlı filmin təqdimatı] //Xalq qəzeti.- 2010.- 22 may.- S. 8.
↑“40-cı qapı” Amerikada" “ən yaxşı ssenari” mükafatını qazanıb: [Rejissor Elçin Musaoğlunun quruluşunda hazırlanan eyni adlı film “New York Eurasisian Film Festival”ında] //Mədəniyyət.- 2010.- 19 noyabr.- S. 6.
Mirməmməd, G. İçindəki xeyirxahlığı qoru: Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "40-cı qapı" filmi rejissor Elçin Musaoğlunun quruluşunda]//Mədəniyyət.- 2010.- 26 may.- S. 11.
Sara. “40-cı qapı” filminin geniş təqdimatı olub: Ssenari müəllifi və quruluşçu rejissoru Elçin Musaoğludur //525-ci qəzet.- 2010.- 22 may.- S. 16.