Ağ corablı qadın (Kurbe)

"Ağ corablı qadın" (fr. Les Bas Blancs) — 1861-ci ildə fransız rəssam Qüstav Kurbenin yağlı boya texnikası ilə janrında çəkdiyi rəsm əsəri. Filadelfiya Barns fondunda sərgilənən bu tablonun ölçüləri 65×84 sm-dir.

“Ağ corablı qadın”
fr. Les Bas Blancs
“Ağ corablı qadın”, Qüstav Kurbe
“Ağ corablı qadın”, Qüstav Kurbe
Rəssam Qüstav Kurbe
Tarixi 1861
Üslubu Realizm
Texnikası Yağlı boya, kətan
Ölçüləri 65 sm[1] × 81 sm[1]
Materialı yağlı boya[d]
Saxlanıldığı yer Barns fondu
Saytı wga.hu/html/c/courbet/3/…
İnventar nömrəsi BF810
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tablo Q. Kurbe tərəfindən rəssam dostu Fajona verilmişdir. Sonralar əsər Albert Kums Barns tərəfindən 1922-ci ildə alınmışdır.

Tablonu görməkçün əvvəlcədən növbə siyahısına yazılmaq və orta hesabla 6 həftə gözləmək lazımdır[2].

Tabloda akrobatik duruşlu qadın Qüstav tərəfindən ehtiras doğurucu təsvir olunmuşdur[2]. Ağ rəngli corabı sağ ayağına geyinməyə çalışan bu qadının təhrikedici baxışları geyim prosesinə deyil, məhz qarşısındakına doğru yönəlmişdir. Əvvəlki rəssamlar çılpaq bədən əks etdirərkən müvafiq əndazədən kənara çıxmırdılar. Bu da əsərin əsas ideyası fonunda bir o qədər də diqqət obyektinə çevrilmirdi. Ancaq ara-sıra rəssamlar, xüsusən, Qüstav Kurbe riskə gedərək, açıq-saçıqlığı daha qabarıq şəkildə təsvir edirdilər.

“Ağ corablı qadın ”
Təhrikedici baxışlar
  1. 1 2 3 4 https://web.archive.org/web/20161207035826/http://www.barnesfoundation.org/collections/art-collection/object/5221/woman-with-white-stockings-la-femme-aux-bas-blancs.
  2. 1 2 "Gustave Courbet, Peintre francais, Ornans 1819 - La tour de Peilz (Suisse) 1877  (fr.)". 2017-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-08.