Ornanda dəfn (Kurbe)

“Ornanda dəfn” (fr. Un enterrement à Ornans) — 1849—1850 ci illərdə fransız rəssamı Qüstav Kurbe tərəfindən işlənilmiş geniş formatlı: ölçüləri 315 × 668 sm olan tablo[2][3].

“Ornanda dəfn”
fr. Un enterrement à Ornans
“Ornanda dəfn”, Qüstav Kurbe
“Ornanda dəfn”, Qüstav Kurbe
Rəssam Qüstav Kurbe
Tarixi 18491850
Üslubu Realizm
Texnikası Yağlı boya, kətan
Ölçüləri 315,45 sm[1] × 6,68 m[1]
Materialı yağlı boya[d][1]
Saxlanıldığı yer Orsay muzeyi
Saytı wga.hu/html/c/courbet/1/…
İnventar nömrəsi RF 325
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ornan — Kurbenin doğulduğu, Fransanın şərqində, İsveçrə ilə sərhəddə yerləşmiş Franş-Konte regionunda bir şəhərdir. Tabloda 1848 ci ildə salınmış o dövr üçün yeni Ornan qəbirstanlığı təsvir edilmişdir. Güman olunur ki, Kurbe bu tabloda ana tərəfindən olan babası Udonun ya da babasının qardaşı Klod Etyen Testin dəfn mərasimini təsvir etmişdir[4]

Rəsm əsəri ilk dəfə 1851 ci ildə Paris Salonunda sərgilənərkən tamaşaçıların sərt reaksiya və tənqidlərinə məruz qalır[5]. Tənqid edənlərin əksəriyyəti adi bir kənd dəfn mərasimini belə bir geniş formatda təsvir etməyə layiq görmürdülər[6]. Bir çoxu da əsəri ələ salırdılar — onlardan biri K. Vinyon yazırdı:[7]:

" Böyük bir yer tutan bu nəhəng qara parça, dərhal diqqəti cəlb edir... Əslində bu təəccüb doğuran bir iyrənclikdir. Hesab edin ki, hər hansı başqa bir əlli metrlik parçadan kəsilib götürülmüş, sanki iri bir dekorasiya sayıla biləcək üzərində ön planda bir xətt boyunca düzülmüş bütün personajlar göstərilən səkkiz və ya on metrəlik bir parçadır. Perspektivi, meyilliyi, kompozisiyası olmayan, təsviri sənətə sığmayaraq həddini aşan və ikrah doğurandır. Ancaq kişilərin və qadınların qara fiqurlarını, arxada isə moizəçilərin və məzarçıların çirkin sifətlərinı görmək mümkündür... "

Kurbe əsərdə məhz şəxsiyyəti məchul qalan mərhumun ruhuna toxunmadan sırf onun cisminin dəfnini göstərməyə çalışmışdır. Kompzisiyanın qıraqlarında qərar tutmuş başı açıq fiqurlar Kurbenin iki babasına aiddirlər. Onlar dəfn arxası planda mehriban sahiblər kimi görünürlər. Sol tərəfdə indicə cənazəni gətirmiş olan geniş kənarlı şlyapalı dörd nəfərdən biri “Ornanda nahardan sonra dincəlmək” əsərindən tanıdığımız skripkaçıdır. Tabloda katolik məzhəbinə aid dəfn mərasimi olduğuna görə qadın və kişi iştirakçılar ayrı təsvir edilmişlər. Qadınların içində Kurbenin anasını və üç bacısını görmək mümkündür. Əsərdə üzləri və burunları qızarmış təsvir olunan içki hərisləri olan kilsə xadimləri tablonun mərkəzi hissəsində qərar tutmuşlar. Bununla Kurbe kilsə xadimlərini heç sevmədiyini göstərməkdədir.

  1. 1 2 3 4 5 http://jocondelab.iri-research.org/jocondelab/notice/54423/.
  2. "Gustave Courbet — Un enterrement à Ornans" (HTML). Musée d’Orsay. 2012-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.11.2012.
  3. "Gustave Courbet — Un enterrement à Ornans / A Burial at Ornans" (HTML). Musée d’Orsay. 2012-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.11.2012.
  4. Michael Fried. "Courbet's Realism" (HTML). University of Chicago Press. University of Chicago Press. 1992. 2016-07-22 tarixində arxivləşdirilib.
  5. "Gustave Courbet's "A Burial at Ornans"" (HTML). Public Broadcasting Service, www.pbs.org. 2012-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.11.2012.
  6. "Гюстав Курбе "Похороны в Орнане"" (HTML). impressionnisme.narod.ru. 2012-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.11.2012.
  7. ""Ornanda dəfn "". yandex.ru. 2012-12-29 tarixində orijinalından (HTML) arxivləşdirilib. İstifadə tarixi: 04.11.2012.
  8. "Гюстав Курбе "Похороны в Орнане"  (rus.)". 2013-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-29.