Tutuquşu ilə qadın (Kurbe)

“Tutuquşu ilə qadın” (fr. La Femme au perroquet, ing. Woman with a Parrot) — 1866 cı ildə fransız rəssamı Qüstav Kurbenin yağlı boya texnikası ilə üslubunda çəkmiş olduğu rəsm əsəri. Metropoliten muzeyində sərgilənən bu tablonun ölçüləri 129,5 × 195,6 sm-dir.[2][3].

“Tutuquşu ilə qadın”
fr. La Femme au perroquet
“Tutuquşu ilə qadın”, Qüstav Kurbe
“Tutuquşu ilə qadın”, Qüstav Kurbe
Rəssam Qüstav Kurbe
Tarixi 1853
Üslubu
Texnikası Yağlı boya, kətan
Ölçüləri 129,5 sm[1] × 195,6 sm[1]
Materialı yağlı boya[d][1]
Saxlanıldığı yer Metropoliten muzeyi
Saytı wga.hu/html/c/courbet/3/…
İnventar nömrəsi 29.100.57
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1863 cü ildə Paris Salonunda sərgilənən Aleksandr Kabanelin “Veneranın doğulması” əsərindən ilhamlanan Qüstav Kurbe onu təkrarlamaq qərarına gəlir.[3]. 1864 cü ildə bu məqsədlə təqdim etdiyi “Venera və Psixeya” tablosu jüri tərəfindən qəbul edilmir[4]. Yalnız iki il sonra “Tutuquşu ilə qadın” əsərini təqdir və münsiflər heyətinin ciddi seçimindən sonra 1866 cı ildə Paris Salonunda sərgilənənmək üçün vəsiqə alır[3].

Tabloda çarpayıda arxası üstə uzanmış, kürən saçları yatağa səpələnmiş çılpaq qadın təsvir edilmişdir. Onun yuxarı qaldırmış olduğu sol əli üzərində hər iki qanadları açıq şəkildə bəzəkli tutuquşu oturmuşdur. Sağ tərəfdə küncdə tutuquşuya məxsus dirək təsvir edilmişdir. Bu tablodakı akademizm üslubundan müasirliyi ilə seçilən əsəri, tənqidçilər müasir çılpaq qadın forması — “əsil canlı fransız qadını” kimi qəbul dirlər[5]. Əsərdə təsvir olunan qadının Qüstav Kurbenin sevimli modelçisi Coanna Hiffernan (Co) olduğu güman edilir.[6].

  1. 1 2 3 4 5 Metropoliten muzeyi. 1870.
  2. "Woman with a Parrot, Gustave Courbet" (HTML). The Metropolitan Museum of Art. 2013-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.12.2013.
  3. 1 2 3 "Woman with a Parrot, 1866, Gustave Courbet (French, 1819—1877)" (HTML). Heilbrunn Timeline of Art History, The Metropolitan Museum of Art. 2020-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.12.2013.
  4. Peter Schjeldahl. "Painting by numbers: Gustave Courbet and the making of a master" (HTML). The New Yorker — www.newyorker.com. 30 июля 2007. 2013-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.12.2013.
  5. Kathryn Calley Galitz. "Art History Spot: Gustave Courbet (1819—1877)". www.arthistoryspot.com. 2016-03-31 tarixində orijinalından (HTML) arxivləşdirilib. İstifadə tarixi: 08.12.2013.
  6. Ita Marguet. "Johanna 'Jo' Hiffernan: Art and Beauty" (HTML). divainternational.ch. март 2013. 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.12.2013.