Yuxu (fr. Le Sommeil, 1866[2]) — realis rəssam Qüstav Kurbenin Xəlil Şərif Paşanın sifarişi ilə yağlı boya texnikası ilə erotizm üslubunda çəkmiş olduğu rəsm əsəri[3]. Əsəri kəsb etdiyi məna baxımından fr. les Deux Amines — "İki Rəfiqə" və fr. Paresse et Luxure — "Miskinlik və Şəhvət" kimi də adlandırılır. Əsərdə lezbiyanlıq tərənnüm olunur.
“Yuxu” | ||
---|---|---|
fr. Le Sommeil | ||
| ||
Rəssam | Qüstav Kurbe | |
Tarixi | 1866 | |
Üslubu | Erotizm | |
Texnikası | Yağlı boya, kətan | |
Ölçüləri | 135 sm[1], 158 sm[1] × 200 sm[1], 224 sm[1] | |
Materialı | yağlı boya[d][1] | |
Sifarişçi | Xəlil Şərif Paşa | |
Saxlanıldığı yer | Kiçik Saray | |
Saytı |
petitpalais.paris.fr/oeu… wga.hu/html/c/courbet/3/… |
|
İnventar nömrəsi | PPP3130[1] | |
Vikianbarda əlaqəli mediafayllar |
Tabloda iki çılpaq qadın, erotik bir şəkildə birbirinə yataqda sarılmış olaraq, cinsəl münasibətdən sonra dincəlmək için yuxulamaları təsvir edilmişdir.[4] Əsərdə məkan baxımından ipək yataqlı barok stilli mebellə bəzədilmiş yataq otağı təsvir edilmişdir. Arxa planda məxmər pərdə, sağ küncdə isə üzərində dekorativ bir güldan olan bir masa yer alır. Ön plandaki kiçik masanın üzərində ise üç əşya vardır – kiçik bir şərab şüşəsi, büllur bir vaza və bir qədəh.[3]