Qüstav Kurbe

Qüstav Kurbe (fr. Gustave Courbet; 10 iyun 1819[1][2][…]31 dekabr 1877[1][3][…], La-Tur-de-Peylts[d][4][5]) — fransız rəssam. O, XIX əsrdə Fransanı realizm cərəyanı ilə tanış etdi.

Qüstav Kurbe
fr. Gustave Courbet
Doğum tarixi
Doğum yeri Ornan, Fransa Fransa
Vəfat tarixi (58 yaşında)
Vəfat yeri İsveçrə İsveçrə
Vəfat səbəbi ürək tutması
Milliyyəti fransız
Fəaliyyəti rəssam, heykəltaraş, boyakar[d], vizual incəsənət rəssamı
Janr realizm
Tanınmış işləri Ornanda dəfn mərasimi
Sənatkarın emalatxanası
Qəlyanlı adam
Yuxu
Dünyanın mənşəyi və s.
Mükafatları "Fəxri Legion" ordeninin Zabit dərəcəsi
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kurbe həyata baxışını belə açıqlayırdı:

" Əlli yaşındayam və həmişə azad yaşamaq istəmişəm. İcazə verin həyatımı azad tamamlayım. Ölərkən haqqında "Heç bir məktəbə, kilsəyə, instituta, akademiyaya aid deyildi. Azadlıq rejimindən başqa heç bir rejimə aid olmadı" deyilməsinə icazə verin demişdi.[6] "
Avtoportret. Qəlyanlı adam.
(1848–1849).
Qraf Karolinin portreti. (1865).

Kurbe realizm cərəyanının yaradıcısı və termini ədəbiyyata gətirən ilk rəssam olaraq şöhrət qazanmışdır. Bir sənətkar olaraq təbiət və dəniz mənzərələri, eləcə də məcazi kompozisiyalarla maraqlanırdı. O, həm də sosial mövzulara toxunurdu. Diqqəti kasıbların ağır iş şəraitinə çəkirdi. Onun əsərləri nə romantizm, nə də neoklassisizm cərəyanının içində özünə yer tapa bilmədi. Kurbe realist bir rəssamın vəzifəsinin sosial fərqləri və tarazlığın pozulmasını yox edib, həqiqəti ortaya çıxartmaq olduğuna inanırdı.

"Mən sizin kimi usta deyiləm cənab Koro. Elə buna görədə ancaq gördüyümü çəkirəm… Orada yuxarıda buludların arasında bu qanadlı qadınlar kimlərdir?… (Delakura cavab verir: əlbəttəki mələklər), Necə? Siz mələkləri çəkirsiniz? Siz onları nə zaman görürsünüz? Əgər görmürsünüzsə, siz onları necə çəkə bilirsiniz?., amma mən ancaq gördüyümü çəkirəm".

[7]. — Qüstav Kurbe

Kurbe üçün realizm təkcə cizgi və formalarda mükəmməlliyi əldə etməkdən ibarət deyildi. Həyatın sərtliklərini özünəməxsus şəkildə müəyyənləşdirdi və bunu edərkən yeni düşüncələr inkişaf elətdirdi.

Əsərləri Onore DomyeJan-Fransua Mille ilə birlikdə qiymətləndirildi və Realizm olaraq adlandırıldı.

Ornanda anadan olan rəssamın ailəsi fermer idi və onlar oğullarının hüquq təhsili almasını istəyirdilər. 1839-cu ildə Parisə gedən Kurbe orada Şteuben və Hessenin emalatxanasında işləməyə başladı. Bir müddət sonra emalatxanadakı işindən ayrılaraq ispan, flamandfransız rəssamları izləyib, onların əsərlərinin bənzərini çəkərək öz tərzini yaratmışdı.

İlk işlərində bir cariyəni özünəməxsus şəkildə təsvir etdi, lakin daha sonra real həyatın təsirləri üzərində çalışmağa başladı. 1847-ci ildə Hollandiyaya səyahət etdi. Rembrant, Frans Hals və digər holland rəssamlarının əsərlərindən təsirlənərək rəssamların çevrəsindəki həyatı təsvir etməli olduğuna inandı.

İlk işləri arasında öz itinin portreti və Qəlyanlı adam əsəri diqqəti çəkdi. Paris Salonu bu əsərlərin ikisini də sərgiyə qoymaqdan imtina etdi. Buna baxmayaraq, gənc tənqidçilər onun haqqında çoxlu yazılar yazdılar və 1849-cu ildə Kurbe tanınmış bir rəssama çevrildi. Bu müddət ərzində o, Şam yeməyindən sonra (Paris Salonu bu əsəri mükafatlandırmışdı) və Luara dərəsi adlı əsərlər çəkmişdi.

Ornanda dəfn. (1849–1850).
Yağlı boya. 314 x 663 sm. Orse muzeyi. Paris.

Rəssamın ən önəmli işlərindən biri Ornanda dəfn adlı əsəridir. Bu əsər rəssamın 1848-ci ilin sentyabrında şahidi olduğu hadisəni təsvir edir. Böyük əmisinin dəfn mərasimini təsvir etdiyi bu əsər realizm cərəyanının ən önəmli əsərlərindən biri kimi qəbul edilir. Kurbe dəfn mərasiminə qatılanlardan əsərini təsvir etmək üçün model kimi istifadə etdi. Nəticədə bu əsər Ornanda həyatın və orada yaşayanların təmsili oldu. Əsər həm təndiqçilərin, həm də toplumun marağını çəkdi. Əsər o dövrün əsərlərindən gözlənilən duyğusal təsvirdən uzaqdı. Rəssamın obrazlarının üzlərindəki ifadə karikatura təəssüratı bağışlayırdı. Tənqidçilər rəssamı çirkinliyi öyməkdə günahlandırdılar.[8] Buna baxmayaraq, romantizmin öz məşhurluğunu itirdiyi dövrdə bu yeni realist yanaşma insanların xoşuna gəlmişdi. Kurbe əsərin önəminin fərqinə vardığından ""Ornanda dəfn" həqiqətdə romantizmin dəfni idi" demişdi.

Rəssam realizmlə bağlı düşüncələrini anarxizmlə birləşdirdi və müəyyən izləyici kütləsi qazandıqdan sonra demokratik və sosialist çıxışlar etməyə başladı.

1850-ci ildə bir dostuna yazmışdı: " … mədəniləşən toplumumuzda mərhəmətsiz bir həyat yaşamalı oldum. Dövlət qarşısında belə azad olmalıyam. Mənə rəğbət bəsləyən insanlara özümü açıq bir şəkildə göstərməliyəm".[9]

Sənatkarın emalatxanası adlı əsərini 1855-ci ildə çəkmişdi. Bu əsər öz həyatının təsviri idi. Aralarında Şarl Bodlerin də olduğu dostları ilə birlikdə özünü təsvir etmişdi.

Normandiya çimərliyi. (1872–1875).
Yağlı boya. 61,3 × 90,2 sm. Milli Sənət Qalereyası. ABŞ.

1860-cı illərin sonunda Kurbe bir qrup erotik əsər çəkmişdi. Bunların arasında Kreslodakı çılpaq qadın (Femme nue couchée) əsəri də vardı. 1866-cı ildə çəkdiyi Dünyanın mənşəyi adlı əsərində isə qadın cinsi orqanını təsvir etmişdi. Yuxu (Le Sommeil) əsərində isə iki qadın təsvir etmişdi. Xalqa sərgilənməyi qadağan olunan bu əsərlər onun məşhurluğunu daha da artırdı.

III Napoleonun ona vermək istədiyi şərəf nişanından imtina etdikdən sonra rejim əleyhinə olanlar arasında da məşhurlaşdı. 1871-ci ildəki çevriliş ərəfəsində Parisdə muzeylərin qorunması vəzifəsi Kurbeyə tapşırıldı və rəssam muzeylərin qarət olunmasının qarşısını ala bildi. Verilən rəsmi əmrlə Vandom sütununu dağıtmağa çalışanlara qarşı çıxdığına görə Versalda bir məhkəmə tərəfindən 6 aylıq həbs və 500 frank pul cəriməsi ilə cəzalandırıldı.

1873-cü ildə yeni seçilən nazir Mak-Mahon Vendom Kolumn bölgəsini yenidən inşa etdirmək istədi. Kurbe cəza olaraq xərcləri ödəməli idi. Rəssam İsveçrəyə sığındı. 4 may 1877-də təxmini xərclər elan olundu: 323091 frank və 68 sent Kurbe ildə 10 min frank olmaqla 33 il müddətində cərimə ödəməyə məhkum edildi.

Kurbe 58 yaşında olarkən İsveçrədə spirtli içkilərin səbəb olduğu qaraciyər xəstəliyi nəticəsində 31 dekabr 1877-ci ildə vəfat etdi.

Conun portreti. (1865–1866).

1882-ci ildə École des Beaux-Artsda işlərindən ibarət sərgi keçirildi.

2007 və 2008-ci illərdə Qrand Palas (Paris), Montpellier və Metropoliten muzeylərində (Nyu York) mühüm sərgiləri keçirildi.[10][11]

Yaratdığı təsirlər

[redaktə | mənbəni redaktə et]

Kurbenin realizm tərzindən ondan sonra gələn bir çox rəssamlar təsirləndi. Bunların arasında alman rəssamlar Vilhelm Leybl,[12] Pol SezannCeyms Makneyl Vistler də vardı. Bundan başqa Edvard Hopperin Parisdəki körpü (1906) və Şəhərə yaxınlaşarkən (1946) əsərlərində Kurbedən təsirlənmə hiss olunur. Hopperin 1920-ci ildə çəkdiyi İki göyərçin adlı əsəri də özündə Kurbenin tərzini daşıyır. Bu əsərdə sevgililər bir-birini qucaqlayarkən altlarından bir çay meşəyə doğru sərbəst şəkildə axır.[13]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Gustave Courbet (nid.).
  3. Gustave Courbet (nid.).
  4. Fernier R. J. Gustave Courbet // Encyclopædia Britannica (ing.).
  5. RKDartists (nid.).
  6. Courbet, Gustave: Letters of Gustave Courbet, 1992, University of Chicago Press, Petra Ten-Doesschate Chu tərəfindən ingilis dilinə tərcümə olundu, ISBN 0-226-11653-0
  7. "Гюстав Курбе (rus.)". 2022-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-06.
  8. Faunce, Sarah; Courbet, Gustave; and Nochlin, Linda 1988, səhifə 4.
  9. Courbet, Gustave: artchive.com Perl, Jed: Gallery Going: Four Seasons in the Art World, 1991, Harcourt, ISBN 978-0-15-134260-0.
  10. John Golding, "The Born Rebel Artist", The New York Review of Books, v.55, n.2 (14 fevral 2008)
  11. Roberta Smith, "Art Review: Gustave Courbet — Seductive Rebel Who Kept It Real", New York Times, 29 fevral 2008.
  12. Forster-Hahn, Françoise, 2001, səhifə 155
  13. Wells, Walter, Silent Theater: The Art of Edward Hopper, London/New York: Phaidon, 2007
  • Courbet, Gustave: Letters of Gustave Courbet, 1992, University of Chicago Press, Petra Ten-Doesschate Chu tərəfindən ingilis dilinə tərcümə olundu, ISBN 0-226-11653-0