Ağa Petros və ya Bazlı Petros Eliya (süry. ܐܝܠܝܐ ܦܹܛܪܘܼܣ; 4 aprel 1880 – 2 fevral 1932, Tuluza) — aysor hərbi lideri. O, Birinci Dünya müharibəsindəki fəaliyyətləri ilə tanınır.[1]
Ağa Petros | |
---|---|
fr. Agha Petros | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 aprel 1880 |
Vəfat tarixi | 2 fevral 1932 (52 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Antanta Dövlətləri |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Petros Eliya 1880-ci ildə Osmanlı imperiyasının Aşağı Baz kəndindən idi. İbtidai təhsilini orada almış, sonra İranın Urmiya şəhərində Avropa missioner məktəbinə getmişdir. Təhsilini başa vurduqdan sonra yenidən yaşadığı Baz kəndinə getmiş və orada müəllimlik etmişdir. Süryanicə, türkcə, ərəbcə, fransızca, farsca, kürdcə, ingiliscə və rus dilləri də daxil olmaqla bir çox dilləri bildiyi üçün Osmanlılar tərəfindən katib, 1909-cu ildə isə qısa müddətə Urmiya konsulluğu vəzifəsinə təyin edilmişdir.[2]
Bəzi tarixçilər hesab edirlər ki, Petros Eliya sadəcə öz ambisiyaları ilə maraqlanırdı.[3] Müttəfiqlərin hərbi məsləhətçiləri onun Mar Şimuna qarşı hiylə qurduğunu, Müttəfiqləri ona etibar etməkdən çəkindirməyə çalışdığını bildirmişdilər. Müttəfiqlər tərəfindən də ona etimad göstərilmədiyi bildirilir.[4] Leytenant Qasfild və fransız cərrah-mayor Pol Kojol öz hesabatlarında tabeliyində olanların ona qarşı hörmətinin aşağı olduğunu qeyd etmişdilər.[4][5]