Niftiyev Ağaddin Aslan oğlu — Masallı rayon İcra Hakimiyyətinin başçısı, fizika-riyaziyyat elmləri doktoru, professor
Ağaddin Niftiyev | |
---|---|
Ağaddin Aslan oğlu Niftiyev | |
Doğum tarixi | |
Doğum yeri | Gəyəçöl, Masallı rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri |
Bakı Azərbaycan |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Təhsili | |
Fəaliyyəti | professor |
Ağaddin Niftiyev 28 oktyabr 1957-ci ildə Masallı rayonunun Gəyəçöl kəndində anadan olub. Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika Fakültəsini bitirib. 1982-ci ildən ömrünün sonuna qədər Bakı Dövlət Universitetində çalışıb.
BDU-da müəllimdən şöbə müdiri, BDU Böyük Elmi Şurasının üzvü vəzifəsinə qədər yüksəlib. 1986-cı ildə namizədlik, 2005-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Attestasiya Komissiyasının qərarı ilə professor adına layiq görülüb. Fransanın Nant Universitetində professor işləyib. Azərbaycan, Gürcüstan və Fransa riyaziyyatçılarının I konfransını təşkil edib.
Fransa Xarici İşlər Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyilə müxtəlif elmi layihələrin həyata keçirilməsinə rəhbərlik edib. 10 doktorluq, 30-dan artıq isə namizədlik dissertasiyasına rəhbərlik edib. Elmi məqalələri ABŞ, Almaniya, Fransa, İngiltərə, Avstriya, Rusiya, Türkiyə, İran, Misir, Kanada və digər ölkələrin elmi nəşrlərində dərc edilib.
1992–1993-cü illərdə Masallı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Qondarma Talış Muğan Respublikasının rayonu işğal etmək planlarına qarşı mübarizə aparıb, özü və qohumları çoxsaylı işğəncələrə məruz qalıb.
Oğlu Azər Niftiyev tanınmış jurnalist, Anar Niftili fizika-riyaziyyat elmləri namizədi, proqramist (Avropada yaşayır), qızı Aybəniz Murtuzayeva isə Bakı Oksford Məktəbində kafedra müdiri və BDU Tətbiqi Riyaziyyat ETİ-nin elmi işçisidir.
2014-cü il iyul ayının 4-də vəfat edib. Vəsiyyətinə uyğun olaraq doğulduğu Masallı rayonu Gəyəçöl kənd məzarlığında dəfn edilib.