Teymur Yəhyayev

Teymur Heydər oğlu YəhyayevMasallı Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1991–1992; 1993–2000).

Teymur Yəhyayev
bayraq
Masallı Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
8 noyabr 1993 – 30 iyul 2000
ƏvvəlkiVəzifə təsis edildi.
Sonrakıİltifat Rəhimov
4 noyabr 1991 – 2 iyun 1992
ƏvvəlkiAğaddin Niftiyev
SonrakıŞirəli Əhədov
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1955(1955-01-01) (69 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi

Teymur Heydər oğlu Yəhyayev 1 yanvar 1955-ci ildə Masallı rayonunun Ərkivan kəndinin Abaslı məhəlləsində polkovnik-leytenant Heydər Yəhyayevin ailəsində doğulmuşdur. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Jurnalistika fakültəsindən məzun olmuşdur. Tələbəlik illərində həmin institutda təhsil alan Azərbaycan Respublikasının 4-cü Prezidenti İlham Əliyevlə dostluq etmişdir.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Teymur Yəhyayev "İTAR-TASS" Analitik-İnformasiya Agentliyində əvvəlcə müxbir, daha sonra isı direktor vəzifəsinədək müxtəlif vəzifələrdə çalışmışdır.

Teymur Yəhyayev 4 noyabr 1991-ci ildə Azərbaycan Prezidenti Ayaz Mütəllibov tərəfindən Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Lakin, o, Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra, yəni 2 iyun 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərovun 813 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.[1]

Teymur Yəhyayev 8 noyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 15 nömrəli fərmanı ilə yenidən Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.[2] O, 30 iyul 2000-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 494 nömrəli sərəncamı ilə vəzifəsindən azad edilmişdir.[3]

  1. [https://web.archive.org/web/20220730200223/https://e-qanun.az/framework/7153 Arxivləşdirilib 2022-07-30 at the Wayback Machine İ. Ə. Rəhimovun Masallı rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və T. H. Yəhyayevin həmin vəzifədən azad edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
  2. "T. H. Yəhyayevin Masallı rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və A. A. Niftiyevin həmin vəzifədən azad edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2019-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-30.
  3. [https://web.archive.org/web/20220730200222/https://e-qanun.az/framework/709 Arxivləşdirilib 2022-07-30 at the Wayback Machine T. H. Yəhyayevin Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında AZӘRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI