İltifat Məmmədov

İltifat Ağaverdi oğlu Məmmədov (20 iyul 1943, Qızılağac, Masallı rayonu13 may 2021) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Masallı Rayon Komitəsinin birinci katibi (1989–1991), Masallı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1985–1989), Azərbaycan Ali Sovetinin XII çağırış deputatı (1990–1995).

İltifat Məmmədov
1989 – 1991
bayraq
Masallı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
1985 – 1989
Şəxsi məlumatlar
Doğum tarixi 20 iyul 1943(1943-07-20)
Doğum yeri
Vəfat tarixi 13 may 2021(2021-05-13) (77 yaşında)
Dəfn yeri
Partiya
Təhsili

Təltifləri “Əmək igidliyinə görə” medalı

İltifat Ağaverdi oğlu Məmmədov 1943-cü ildə Masallı rayonunun Qızılağac kəndində müəllim ailəsində anadan olmuşdur. 1960-cı ildə Qızılağac kənd orta məktəbini bitirmiş və 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur. 1963–1966-cı ildə Sovet Ordusu sıralarında sıralarında hərbi xidmət keçdikdən sonra təhsilini davam etdirmiş, 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsini bitirmişdir. Elə həmin ildə təyinatla rayonun Kalinovka kənd orta məktəbinə dil-ədəbiyyat müəllimi olaraq işləməyə göndərilmişdir.[1]

Sonrakı illərdə Azərbaycan Kommunist Partiyası Masallı Rayon Komitəsində işləməyə başlayan İltifat Məmmədov 1976–1977-ci illərdə buradakı siyasi maarif kabinetinin müdiri, 1977–1981-ci illərdə Təbliğat və təşviqat şöbəsinin müdiri, 1981–1983-cü illərdə isə Təşkilat-partiya işi şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1983–1985-ci illərdə Azərbaycan KP Masallı Rayon Komitəsinin ikinci katibi olmuş, 1985–1989-cu illərdə Masallı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. Həmin illərdə paralel olaraq Bakı Ali Partiya Məktəbində təhsil almışdır. 1989–1991-ci illərdə Azərbaycan KP Masallı Rayon Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.[2]

İltifat Məmmədov 1976–1991-ci illərdə Masallı Rayon Sovetinin və Masallı Şəhər Sovetinin deputatı olmuş, 1990-cı ildə Azərbaycan Ali Sovetinin XII çağırış deputatı seçilmişdir. Ali Sovetinin Nəqliyyat və rabitə komissiyasının üzvü olmuşdur. Azərbaycan Kommunist Partiyasının XXXI (1986) və XXXII (1990) qurultaylarının nümayəndəsi olmuş, XXXII qurultayda Azərbaycan KP Nəzarət-təftiş komissiyasının üzvü seçilmişdir. 1999–2004-cü illərdə Masallı rayon Qızılağac kənd bələdiyyəsinin sədri vəzifəsində işləmiş və 2005-ci ildə dövlət qulluqçusu kimi təqaüdə çıxmışdır.[1]

İltifat Məmmədov 13 may 2021-ci ildə vəfat etmişdir. Doğulduğu kənddə dəfn olunmuşdur. "Ləyaqət işığında" sənədli filmi və "Ölməzlik haqqı" kitabı onun həyat və fəaliyyətinə həsr edilmişdir.[2]

  1. 1 2 Akif Ağayev. Masallıda tanınmış ziyalı İltifat Məmmədovun xatirəsi anılıb // qht.az. 17 may 2023. 12 December 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 December 2023.
  2. 1 2 Əlihüseyn Şükürov. "Ölməzlik haqqı" kitabının və "Ləyaqət işığında" filminin təqdimatı // "Səs" qəzeti. 18 may 2023. 12 December 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 December 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]