Aşıqalılar

AşıqalılarAzərbaycan Respublikasının Beyləqan rayonunun Aşıqalılar kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Aşıqalılar kəndi Əhmədli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Aşıqalılar kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]

Aşıqalılar
39°42′07″ şm. e. 47°50′04″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 34 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Aşıqalılar xəritədə
Aşıqalılar
Aşıqalılar

1933-cü ildə Qaradonlu (İmişli) rayonunun Xələc i.ə.v.-də bu etnotoponim Aşqallar variantında qeydə alınmışdır. Aşqal "arıq, döllüyə yaramayan" deməkdir. Aşaqalılar isə XIX əsrdə Mil düzündə yaşamış xələç tayfasının bir qolunun adıdır.[3]

Əhalisi 2016 nəfərdir (2009). Kənd əhalisi Türkmənlərdən ibarətdir.

  • Ağayev Alim Göyçə Oğlu (11.04.1978–22.02.1999)
  • Əliyev Səxavət Cəbrayıl Oğlu (1961–26.01.1994)
  • Hətəmov Rasim Lazım Oğlu (1974–18.08.1993)
  • İsayev Yusif Qaraca Oğlu (1969–24.01.1994)
  • Qafarov Mübariz Ələm Oğlu (07.01.1975–09.01.1994)
  • Nəcəfov Seyfəddin Eldar Oğlu (22.08.1966–24.07.1993)
  • Səlimov Yadigar Kərim Oğlu (01.11.1970–04.01.1993)
  • Quliyev Orxan Bəxtiyar oğlu (25 iyul 1997; Aşıqalılar, Beyləqan rayonu, Azərbaycan – 14 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan)
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı". 26 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 September 2022.
  3. Aşıqalılar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.