Tatalılar — Azərbaycan Respublikasının Beyləqan rayonunun Tatalılar kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun Tatalılar kəndi Eyvazalılar kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Tatalılar kənd Soveti yaradılmışdır.[2]
Tatalılar | |
---|---|
39°51′49″ şm. e. 47°35′21″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 30 m |
Saat qurşağı | |
Yaşayış məntəqəsinin əsil adı Tat Alılardır. Toponim Eyvazlılar (Əmiralılar da adlanır) tayfasının tirələrindən birinin adı ilə bağldır. Yerli məlumata görə kəndin əhalisi əvvəllər köçəri (mövsümi) həyat tərzi keçirmiş, sovet hakimiyyəti dövründə oturaq həyata keçmişlər (1937). Yerli məlumata görə kəndin əsasını Cənubi Azərbaycandan Beyləqan ərazisinə gəlmiş Alı adlı şəxs qoymuşdur (indiki Aran ərazsindən keçənləri "tat" adlandırırlar).
Tarixi yerlərdən Çataltəpə, Qarabağ kanalı, Meşə zolağı var. Məhəllələri: Kosalar, Məlillər, İmamalılar, Keçəlli, Orduxanlı, Səfərli, Hacılar, Alıbabalardır. Kolxoz qurulmuş (1996) "Yeni həyat" adlanmış, torpaq islahatı ilə bağlı ləğv edilmişdir.
Böyük vətən müharibəsində şəhid olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur.
Kənd Bakıdan 291 km məsafədə, Rayon mərkəzindən 24 km şimalda, Mil düzündə yerləşmişdir. Şimaldan "Yuxarı Qarabağ kanalı", şimal-şərqdən rayonun Eyvazalılar, cənub-şərqdən İkinci Aşıqlı, Cənubdan Təzəkənd, cənub-qərbdən Kəbirli, qərbdən və şimal-qərbdən Baharabad kəndləri ilə həmsərhəddir. Sahəsi 1971.5 ha-dır. Ondan dövlət mülkiyyətində 653.5 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 21, perspektiv inkişaf fondu 20, örüş 160.4, suvarma kanalları və arxlar 50, kollektor-drenaj şəbəkədi 59.4, ictimai tikinti 3, kənd altında ümumi istifadə olan 13.2, yollar 21.9, məktəb 3.5, qəbiristanlıq 8, yararsız şoran torpaqlar 245.1 ha) xüsusi mülkiyyətdə olan 1126 ha(o cümlədən özəlləşdirilən torpaqlar 1066, həyətyani 60 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı torpaqlar özəlləşdirilmiş, hər nəfərə 0.53 ha pay torpağı bölünmüşdür.
Kənddə 490 ailə yaşayır, əhalisi 2191 nəfərdir (2009). Tərəkəmə-türkmən kəndidir, alarlar da türkmən tayfasıdır. Böyük vətən müharibəsində 6 nəfər iştirak etmiş, 4 nəfər şəhid olmuşdur, 2 nəfər veteran vardır. Qarabağ müharibəsində 14 nəfər iştirak etmiş, 4 nəfər şəhid olmuşdur, 10 nəfər veteran vardır. 2-ci Qarabağ müharibəsində (Vətən müharibəsi) bu kənddən 1 nəfər (Salmanov Aslan İsrafil Oğlu) şəhid olmuşdur.(ölümündən sonra ona "Füzulinin azad olunmasına görə" və " Vətən uğrunda" medalları verilib)
Təsərrüfatların sayı 541-dir. Əhali əkinçilik və heyvandarlıqla məşğuldur.
Kənddə 1 kitabxana, klub, poçt var.
Kənddə 1 orta məktəb, 1 əsas məktəb və uşaq baxçası fəaliyyət göstərir.
Kənddə tibb məntəqəsi mövcuddur.
Beyləqan rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |