Eyvazalılar — Azərbaycan Respublikasının Beyləqan rayonunun Eyvazalılar kənd inzibati ərazi dairəsində kənd.[1]
Eyvazalılar | |
---|---|
39°52′07″ şm. e. 47°38′01″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Beyləqan rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Eyvazalılar kəndi Beyləqan rayonunun tərəkəmə kəndlərindən biridir. Bakıdan 281 km məsafədə, rayon mərkəzindən 14 km şimalda, Ağcabədi-İmişli şose yolundan və Yuxarı Qarabağ kanalından sağ sahilində Mil düzündədir. Şimaldan və şimal-şərqdən Yuxarı Qarabağ kanalı, Ağcabədi-Bəhramtəpə şose yolu, şərqdən və cənub-şərqdən rayonun ikinci Aşıqlı, cənubdan və cənub-qərbdən Təzəkənd, qərbdən və şimal-qərbdən Tatalılar kəndləri ilə həmsərhəddir. Sahəsi 1584 ha-dır. Ondan dövlət mülkiyyətində 147 ha, bələdiyyə mülkiyyətində 284,4 ha, (o cümlədən bələdiyyənin ehtiyat fondu 26, perspektiv inkişaf fondu 15, örüş 25, suvarma kanalları və arxlar 54,5, kollektor-drenaj şəbəkəsi 122, ictimai tikinti 3, kənd altında ümumi istifadə olan 74,6, yollar 47, məktəb 1,5, qəbiristanlıq 6,3, yararsız şoran torpaq 8, meydança 1,5 ha), xüsusi mülkiyyətdə 1052,6 ha (o cümlədən özəlləşdirilən torpaqlar 992,60, həyətyani 60 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı torpağlar özəlləşdirilmiş, hər nəfərə 0,48 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 562, ailələrin sayı 465, əhalisi 2446 nəfərdir (2009). Əhali pambıqçılıq, taxılçılıq, heyvandarlıqla məşğuldur. Eyvazalılar kənd ərazi nümayəndəliyi, kənd bələdiyyəsi, orta məktəb, uşaq bağçasıŞ kitabxana, tibb məntəqəsi, rabitə şöbəsi, klub, Sudan istifadəedənlər Assosiasiyası, ATS var. Tarixi abidələr — Çataltəpə, Şərəf təpəsi, Qaratəpə göstərilə bilər.
Oykonim etnotoponim olub, eyvazalılar nəslinin adını əks etdirir. Yaşayış məntəqəsinin adi və tarixi ilə bağlı mənbələrdə müxtəlif məlumatlar vardır. Mənbəyə görə toponim təklə tayfasının eyvazlı tirəsinin adı ilə bağlıdır. Təklələr əvvəl oğuz tayfa ittifaqına, sonralar isə şahsevənlərin tərkibinə (eyvazlı tirəsi də) daxil idi. Kəndin adını qızılbaşların təkəli tayfası ilə də bağlayırlar. Türkdilli tayfa birləşməsi olan təklələr əvvəllər oğuz tayfa ittifaqına daxil idi və orta Asiyada, bir qismi Azərbaycanda və Anadoluda köçəri halda yaşayırdılar. Bu torpaqlarda yaşayanlar sonralar tayfa başçısı Qazı xanın başçılığı ilə Səfəvi hökmdarı I Təhmasibin hakimiyyətini qəbul etdilər. İndiki Salyan və Mahmudabad ərazisində məskunlaşdılar (XVI əsr) VI əsrin sonlarında əsasən türkdilli tayfaların (təklə, qədirli, ilxıçı, bəydili, qaradağlı, əhmədli və s.) birliyi yaradıldı və birliyə Şahsevənlər adı verildi. Təklə tayfasi da həmin birliyə daxil idi. XIX əsrin əvvəllərində Mil-Qarabağ düzündə yaşayan təklələr 14 tirədən və müxtəlif nəsillərdən ibarət idi: aşıqlı, əlipənahlılar, avdallar, əliqulular, budaqlar, bulutlu, talıbxanlı, boşcalar hacılı, evdələr, xəlfəqulular. Ağamalılar, muradxanlı, murtulu. XIX əsrin sonlarına yaxın isə Azərbaycanda yaşayan təklələr aşağıdakı hissələrə bölündü: I Təklə, II Təklə, III Təklə, Təklə-Mirzəbabalı, Təklə-sofu, Təklə-şatulu, Təklə-abdulla, Təkl-xal, Təklə-axşaqlar, Təklə-ağamollalar, eyvazlılar (yaxud əmiralılar), boşcalar, talıbxanlı, budaqlı, ağamalılar, murtulu, əlipənahlı, abdallar, sarxanlı, bulutlu, hacılı, bozcalar, xəlfəqulular, aşıqlı. Kəndin əsasında məhz şahsevənlərin təklə tayfasının evvazlı tirəsi dayanır. Kəndin adı əvəllər Əmiralılar da olmuşdur. Ölkə ərazisində Eyvazlılar (Goranboy rayonu), Eyvazlı (Ağdaş və Qubadlı rayonları), Eyvazalılar (Beyləqan rayonu) kəndləri qeydə alınmışdır. Yerli məlumata görə, kəndin adı Eyvazlı adlı şəxslə bağlıdır. Tarixi yerlərdən Pir yulğunu, Şərəf təpəsi, Göytəpə, Vinikir arxı, Gavur arx, Daşqey arxı, Qaratəpə, Çataltəpə, Hacı Heydər quyusu. Kərbalayi Oruc quyusu göstərilə bilər. 1935-ci ildə kolxoz qurulmuş və "Komunizm" adlandırılmışdır. Keçirilən islahatlarla bağlı 1997-ci ildə ləğv edilmişdir. Böyük Vətən müharibəsində 67 nəfər iştirak etmiş, 55 nəfər həlak olmuş, 4 nəfər əlil olmuşdur. Qarabağ müharibəsində 78 nəfər iştirak etmiş, 9 nəfər şəhid olmuş, 5 nəfər əlil olmuşdur. 1933-cü ildə Qaradonlu (İmişli) rayonu ərazisində də Eyvazalılar adlı kənd qeydə alınmışdır[2].
Kənddə bələdiyyə, icra nümayəndəliyi, məktəb, həkim ambulatoriyası var. ,
Əhalisi 3030 nəfərdir.[3] Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Kənddə əsasən aşağıdakı tayfalar yaşayırlar. Bircəmmədli (bircəməmmədli), Fərzallar(fərzalılar), Hasanlı, Quluşlu, Əfşar, Muradlı, Sarılaraq, Mürsəllər(xrzellər), Qaradağlı, Budaqlı, Məmmədli.
Kənd əlverişli coğrafi mövqedədir. Məskən Yuxarı Qarabağ kanalının sağ sahilində, magistral yolun kənarında yerləşir.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |