Allahyarlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun Allahyarlı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun faktiki mövcud olan Allahyarlı kəndi dürüstləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kənd mərkəz olmaqla Allahyarlı kənd Soveti yaradılmışdır.[2]
Allahyarlı | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı |
1986-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndindən köçmüş allahyarlı nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində salınmışdır. Allahyarlılar vaxtilə Birinci Şahsevən kəndinin yaxınlığında Allahyarlı obası deyilən yerdə yaşamış, sonralar Səmədabad kəndinə köçmüşdülər.[3]
Kənd Mil düzündə yerləşir.
Əhalisi 672 nəfərdir (2010). Kənd əhalisi türkmənlərdən ibarətdir.
Beyləqan rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |