Bahar — Azərbaycan Respublikasının Beyləqan rayonunun Bahar qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1] Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Bahar qəsəbəsi Qəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Bahar qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.[2]
Bahar | |
---|---|
39°44′ şm. e. 47°44′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1965-ci ildən pambıqçılıq sovxozu yanında salınmış bu kənd rəmzi olaraq belə adlandırılmışdır.[3]
Kənd Mil düzündə yerləşir.
Əhali əsasən Cəbrayılın Horovlu kəndindən, Ermənistan Qəmərli rayonunun Qaraqoyunlu kəndindən, Vedi rayonundan köçüb gələn Azərbaycan türklərindən ibarətdir.
Beyləqan rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |