Aşağı Kama Milli Parkı

Aşağı KamaTatarıstan Respublikası ərazisində yerləşən milli park. Park 20 aprel 1991-ci ildə yaradılmışdır.[1]

Aşağı Kama Milli Parkı
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 265,87 km²
Yaradılma tarixi 1991
Çay Kama çayı
Yerləşməsi
55°49′13″ şm. e. 52°27′52″ ş. u.HGYO
Ölkə  Rusiya
Region Tatarıstan
Yaxın şəhər Alabuqa
nkama-park.ru
Aşağı Kama Milli Parkı xəritədə
Aşağı Kama Milli Parkı
Aşağı Kama Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

1991-ci ildə yaradılmış Aşağı Kama Milli Parkında Tatarıstanın zəngin meşə örtüyü və çay subasar əraziləri qorunur. Bu ərazilərin elmi, rekreasiya, təhsil və mədəni məqsədlər üçün istfadəsi nəzərdə tutulmuşdur.

Park Tatarıstanın şimal-şərqində, Şərq Ön Kama və Şərq Kama bölgələrində yerləşir. Kama çayı ilə yanaşı park ərazisindən onun qolları olan Toyma, Kriuşi, Tanayki və Şilninki çaylar axır. İnzibatı ərazi baxımdan park iki inzibati rayonun ərazisində yerləşir - Tukaev və Elabuj. Milli parkın ərazisi — 26460 hektardır.

Ərazi yayı isti, qışı isə soyuq keçən mülayim-kontinental iqlimə malikdir. Qışda davamlı qar örtüyü yaranır. Relyef və böyük sahəyə malik Nijnekamsk su anbarı yerli iqlim əmələ gətirən amillərdəndir. Bölgənin iqliminə qərb hava kütlələri yumşaldıcı təsir göstərir. İlin ən isti ayı iyuldur. Orta aylıq temperatur 19,6 dərəcədir. Ən soyuq ay isə yanvar olub, orta temperatur — 13,8 dərəcədir.[1]

Flora və faunası

[redaktə | mənbəni redaktə et]

Park üç təbii zonanın sərhəddində yerləşir: enliyarpaqlı, enliyarpaqlı-iynəyarpaqlı və çəmən-çöl. Park ərazisində müxtəlif təbii-landşaft kompleksləri formalaşıb. Ərazidə 650 ali bitki, 150 dən çox şibyəmamır növü qeydə alınmış. 86 bitki növü Tatarıstanın Qırmızı kitabına düşüb.

Parkın faunası Rusiyanın avropa hissəsinin şərqi üçün xarakterikdir. 44 növ məməli heyvan var. Bunlardan sığın, cüyür, çöldonuzu, vaşaq, porsuq, dələ və s. park ərazisində daha geniş yayılıb. Su hövzələrində qunduz, ondatra, susamuru üstünlük təşkil edir.

  1. 1 2 Нижняя Кама Национальный парк Arxivləşdirilib 2020-01-30 at the Wayback Machine Ministry of Natural Resources of the Russian Federation

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]