Nijnekamsk su anbarı

Nijnekamsk su anbarı
rus. Нижнекамское водоранилище
Su anbarının mənzərəsi. 55°53′00″ şm. e. 52°45′00″ ş. u.HGYO (T)
Su anbarının mənzərəsi.
55°53′00″ şm. e. 52°45′00″ ş. u.HGYO (T)
Ölkə  Rusiya
RegionlarTatarıstan, Başqırdıstan, Udmurtiya
Yaşayış məntəqəsiYar Çallı
Dəniz səviyyəsi63,3 m
Uzunluğu200,000 m
Sahəsi1,084 m²
Həcmi2,8 m³
Tökülən çaylarKama, Ağidel, İk, İj, Syun, Menzelya çayları
Axan çayKama çayı
Nijnekamsk su anbarı (Rusiya)
Nijnekamsk su anbarı Vikianbarda

Aşağı Kama su anbarı və ya Nijnekamsk su anbarı (rus. Нижнекамское водоранилище; tatar. Түбән Кама сусаклагычы) – Kama çayı hidroelektrik kaskadı üzərində yerləşən su anbarı. Rusiya FederasiyasındaTatarıstan, Başqırdıstan, Udmurtiya respublikalarında, eləcə də, Perm diyarında yerləşir.

Aşağı Kama Hidroelektrik Stansiyasının tikilməsindən sonra 1978-1981-ci illərdə dəniz səviyyəsindən 62 metr yüksəkliyə çatmışdır. Su anbarının su səviyyəsi daha yüksəkdə yerləşən su anbarlarının (Kama su anbarıVotkinsk su anbarı) su rejimindən asılıdır. Nijnekamsk su anbarının sahəsi 1.084 km², həcmi isə 2,8 km2 təşkil edir. Kama çayı boyunca uzunluğu 185 kilometr, Ağidel çayı boyunca uzunluğu 157 kilometrdir. Su anbarından sulama və balıqçılıq fəaliyyətləri üçün istifadə olunur.[1]

Su anbarının dəniz səviyyəsindən 68 metr yüksəkliyə çatdırılması planlaşdırılır. Tatarıstan hökuməti elektrik stansiyasının tam gücünə çatmağı planlaşdırdığını açıqlayıb.[2] Lakin Tatarıstanın ekologiyadan məsul şəxsləri plana qarşıdır. Çünki bu halda su anbarı Kulyaqaş bataqlığında və digər yerlərdə daşqına səbəb ola bilər.[3]

  1. (Tatarca) məqalə adı // Tatar Ensiklopediyası. Kazan: Tatarıstan Elmlər Akademiyası. Tatar Ensiklopediyası İnstitutu. 2002.
  2. "Parliament Gives Up On Reviving Kama Alany Nuclear Power Station Project". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-02.
  3. "Nuclear Project Sparks Criticism". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]