Aşiqlər parkı (İrəvan)

Aşiqlər parkı (erm. Սիրահարների Այգի (Siraharneri Aygi)) — Ermənistanın İrəvan şəhərindəki Baqramyan Prospektində olan bir ictimai parkdır. Şəhərin mərkəzi olan Kentron Rayonunda 2,5 hektarlıq bir sahəni tutur. Park, 2005-2008 illəri arasında yeniləndi və 2008-ci ilin Noyabr ayında Boqosyan Fondunun başçısı Albert Boqosyanın səyləri ilə yenidən açıldı.

Aşiqlər Parkı
erm. Սիրահարների Այգի
İrəvan Aşiqlər Parkındakı şəlalələr
İrəvan Aşiqlər Parkındakı şəlalələr
Məlumatlar
Parkın tipi İctimaiyyətə açıq
Yerləşməsi Kentron rayonu, İrəvan
Ermənistan Ermənistan
Koordinatları 40°11′29″ şm. e. 44°30′22″ ş. u.
Sahəsi 1.6 hektar
Yaradılıb XVIII əsrdə
Tabeçiliyi Boqosyan Fondu
Statusu İlin hər vaxtı İctimaiyyətə açıqdır
Saytı bg.am
Xəritədə yeri
Map
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

İrəvan Aşiqlər Parkı'ndakı hovuz və Açayur kafesi

Park, adını köhnə İrəvanın şimal-qərb ətrafında yerləşən Kozern rayonundan alan Kozern Parkı olaraq bilinirdi. Park XVIII əsrdə tikilmişdir. Orta əsrə aid qəbiristanlığı və ibadətgahı ilə məşhur idi.

İkinci Dünya Müharibəsindən sonra 1949-ci ildə yenidən yenidən dizayn olunan park, məşhur rus şairi Aleksandr Puşkinin doğumunun 150-ci ildönümünü qeyd etməsi üçün Ermənistan Sovet Sosialist Respublikası Nazirlər Şurasının qərarı ilə Puşkin Parkı olaraq yenidən adlandırılmışdır. 1970-ci illərin sonlarında park, Sovet İttifaqının bütün üzv ölkələrinin dostluğuna bir haqq olaraq Barekamutyun (azərb. Dostluq‎) olaraq seçilmişdir. Ermənistan Respublikasının müstəqilliyini taxıban, İrəvan Bələdiyyə Məclisinin vətəndaş nümayəndələrinin başçılığının qərarı ilə 1995-ci ildə İrəvan Aşiqlər Parkı adlandırılımışdır.[1]

2005-2008-ci illər arasında tamamilə yenilənən İrəvan Aşiqlər Parkı 2008-ci ilin Noyabr ayında ictimaiyyətə açıldı. Park, təkərli kürsülərin hər bir istiqamətdən asanlıqla daxil ola bilməsi üçün heç bir pilləsi yoxdur. Park, 215 kreslo tutumlu kiçik bir mərkəzi amfiteatrı və 100 m²-lik bir səhnəsi var.

İrəvan Aşiqlər Parkında Qevorq Eminin heykəli

Parkda 2010-ci ildə məşhur Erməni şair Qevorq Eminin (heykəltaraş Aşot Aramyanın hazırladığı) heykəli tikilmişdir. 2014-cü ildə, sənətçi Jan-Miçel Otoniyenin Obsidiyan Ürək adlı sənət əsərinin təqdimatını bu parkda reallaşdırılmışdır.

Marşal Baqramyan metro stansiyası 1981-ci ildən bəri İrəvan Aşiqlər Parkının şimal-qərb küncündə yerləşir.

Faktlar[redaktə | mənbəni redaktə et]

  • Ümumi Sahə: 1.6 hektar.
  • Yaşıl Sahə: 1.05 hektar.
  • Ağacların Sayı: 370.
  • Su Səthi: 0.11 hektar.
  • Şəlalələrin Sayı: 4.

Həmçinin Bax[redaktə | mənbəni redaktə et]

Parkdan görünüşü

Xarici Keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İrəvandakı Parklar". 2013-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-02.