Aaron Sixanover

Aaron Sixanover (1 oktyabr 1947[1][2], Hayfa[3]) — israilli bioloq, kimyagər və 2004-cü il Kimya üzrə Nobel Mükafatının sahibi.

Aaron Çexanover
pol. Aaron Ciechanower
Doğum tarixi 1 oktyabr 1947(1947-10-01)[1][2] (77 yaş)
Doğum yeri
Elm sahələri biologiya, kimya
Elmi dərəcələri
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları İsrail mükafatı
Kimya üzrə "Nobel" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aaron Sixanover 1947-ci ildə İsrailin Hayfa şəhərində anadan olmuşdur. Atası hüquqşünas və anası isə müəllim idi. Sixanoverin dediyinə görə evi kitablarla dolu idi. Uşaq yaşlarından biologiya ilə məşğul olmağa başlayan Sixanover daha sonra bir qurudulmuş çiçək kolleksiyası yaratmışdır.

Biologiyada daha fərqli təcrübələr də etmişdir. Bir müddətdən sonra bir mikroskop almış və osmos təcrübələrini həyata keçirmişdir. Daha sonralar cürbəcür bitkilərin hüceyrələrini araşdırmışdır. Ancaq 11 yaşında ikən anası, 17 yaşında ikən isə atası vəfat etmişdir. Bundan sonranı isə Hayfa şəhərində xalasıyla, tətilləri də Tel-Əviv şəhərindəki böyük qardaşı ilə keçirmişdir. Bir neçə il sonra lisey təhsilini tamamlamışdır.

Universitet illəri

[redaktə | mənbəni redaktə et]

Sixanover Qüds İbrani Universitetinin tibb fakültəsində oxumağa başlamışdır. Ancaq 4 il sonra xəstələri müalicə etməyə başlayınca səhv seçim etdiyini düşündü. Çünki biokimya ilə maraqlanırdı və bu sahədə bir peşə sahibi olmaq istəyirdi. Bu səbəblə həm tibb ilə çalışarkən, həm də biokimya sahəsinə başlamışdır. Bir neçə il sonra biokimya sahəsində yüksək lisenziyanı da müvəffəqiyyətlə bitirmişdir. Beləcə həm bioloq, həm də həkim oldu. Əsgərliyə gedincə orada həkim olmaq məcburiyyətində qaldı. Əsgərliyi başa çatanda həkimlikdən imtina etmiş və biokimya sahəsində bir elm insanı olmağa qərar vermişdir. İsrail Texnologiya İnstitutunda qeydiyyatdan keçmişdir. Artıq yenidən təhsil almışdır. Bu qısa təhsili aldıqdan sonra 2004-cü ildə Kimya üzrə Nobel Mükafatını paylaşacağı Avram Hersko ilə aspiranturaya başlamışdır. Bu sırada Menuça adlı bir həkimlə evləndi və Tzaçi adlı oğlu dünyaya gəldi.

ABŞdakı çalışmaları və İsrailə geri dönməsi

[redaktə | mənbəni redaktə et]

Aspirantura işləri bitdikdən sonra Sixanover Kembric Universitetinə getmişdir. Universitetin biologiya sahəsində professor Harvey Lodiş ilə işlərə başlamışdır. İşlər bitdi və Sixanover artıq "Professor" ünvanını da almış oldu. Amerika Birləşmiş Ştatlarında özünə gələn bütün iş təkliflərini rədd etdi və ölkəsi olan İsrailə geri döndü. Bundan sonra isə Avram Hersko və ABŞdakı prof. İrvin Rose ilə Ubiquitin mexanizmi üzərində çalışdılar və müvəffəqiyyətlə başa vurdular. Ancaq elmi ətrafda bu ixtiranın qəbul edilməsi 10 il çəkdi. Hüceyrəvi zülallar haqqında işlərə Avram Hersko ilə başladılar. Bu işləri daha da inkişaf etdirdilər və zülal paylanması üzərində işə başladılar. Yandırılan zülal və sintez enerjisi sonrasında zülal artıqlarını hüceyrənin nə etdiyini öyrənmək məqsədilə işə başladılar. Bunda bəzi xəstəliklərə yeni ümid olacaq ixtiralar əldə etdilər və artıqları atan bir mexanizm də kəşf edincə 2004-cü ildə Kimya üzrə Nobel Mükafatına Avram Hersko ilə birlikdə layiq görüldülər. İndi isə Sixanover şagirdlərə dərs keçir və bir alim qrupunun üzvüdür.

  • 2000 — Albert Lasker Tibb Araşdırma Mükafatı
  • 2003 — İsrail Biologiya Mükafatı
  • 2004 — Kimya üzrə Nobel Mükafatı
  1. 1 2 Aaron Ciechanover // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Aaron Ciechanover // Munzinger Personen (alm.).
  3. 1 2 Catalog of the German National Library (alm.).