Qriqol (Qriqori) Qriqoryeviç Abaşidze (gürcü dilində: გრიგოლ გრიგოლის ძე აბაშიძე; 1 avqust 1914[1], Zeda Rqani[d], Kutaisi quberniyası[1] – 29 iyul 1994, Tbilisi) — sovet və gürcü şair və yazıçısı.
Qriqol Abaşidze | |
---|---|
gürc. გრიგოლ გრიგოლის ძე აბაშიძე | |
Doğum adı | გრიგოლ აბაშიძე |
Doğum tarixi | 1 avqust 1914[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 29 iyul 1994 (79 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | tərcüməçi, şair, fantastika yazıçısı[d], nasir, yazıçı |
Janrlar | şeir, povest[d] |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Gürcüstan SSR Himninin mətninin müəllifi (1944), Sosialist Əməyi Qəhrəmanı (1974), II dərəcəli Stalin mükafatı laureatı (1951), 1967-ci ildən Gürcüstan Yazıçılar Birliyinin İdarə Heyətinin birinci katibi, Gürcüstan SSR Elmlər Akademiyasının akademiki (1979), 8–11-ci çağırış SSRİ Ali Sovetinin deputatı.[2][3][4][5].
Qriqol Abaşidze 1914-cü il 19 iyulda (1 avqustda) Çiatura şəhərində anadan olmuşdur. 1931-ci ildə Tbilisidə orta məktəbi bitirmişdir. 1936-ci ildə İ.V.Stalin adına Tbilisi Dövlət Universitetinin filologiya fakultəsini bitirmişdir. Əsərləri 1934-cü ildən çap olunur. Abaşidzenin poeziyasının əsas qəhrəmanları zəhmətkeş insan surətləri ("Bani",1939) olmuşdur. Böyük Vətən Müharibəsi illərində qələmə aldığı "Düşmənlər" (1941), "Tankların döyüşü"(1941), "Bayraq"(1943) və həmçinin "Məğlubedilməz Qafqaz"(1943) poemasında müharibə mövzusu, Sovet adamlarının mərdliyi əsas ideya xəttini təşkil edir.
Abaşidze 1944-cü ildə Aleksandr Abaşeli ilə birlikdə Gürcüstan SSR-in Himninin mətnini yazmışdır. Abaşidzeyə 1949-cu ildə yazdığı "Cənub sərhəddində" (gürcü dilində:სამხრეთის საზღვარზე), 1950-ci ildə yazdığı "Lenin Samqaridə" (gürcü dilində:ლენინი სამგორში) adlı seirlər silsiləsinə əsasən 1951-ci ildə II dərəcəli Stalin mükafatına layiq görülmüşdür. Abaşidze "vətənpərvərlik qüvvəsini və və sovet adamlarının sülhə can atmasını üzə çıxara" bilmişdir.[6]."Altıncı Georgi" (gürcü dilində:გიორგი VI 1942) poemasında Q.Abaşidze gürcü xalqının milli müstəqillik uğrunda mübarizəsini əks etdirmişdir.