Abbasqulu ağa Bakıxanovun ev-muzeyi

Abbasqulu ağa Bakıxanovun Ev-Muzeyi — 7 iyul 1999-cu il tarixində Amsar kəndində istifadəyə verilən A. A. Bakıxanovun Ev Muzeyi Azərbaycanın görkəmli, tarixi şəxsiyyəti A. A. Bakıxanovun XVIII əsrdə yaşadığı ərazidə yaradılmışdır. Ekspozisiyada A. A. Bakıxanovun dövrünü və onun həyatını əks etdirən tarixi eksponatlar nümayiş olunur[1].

Abbasqulu ağa Bakıxanovun Ev-Muzeyi
Açılış tarixi 1999
Mövzu Muzey
Yerləşir Quba rayonu, Amsar kəndi
Kolleksiyası 300 eksponat
Direktor İradə Əlməmmədova
Telefon (+994 23) 335-36-75
İş rejimi (I – V) 09:00 – 18:00

Muzeyin yaranması

[redaktə | mənbəni redaktə et]

Qubada, Amsar kəndi XIX əsrə aid binada – vaxtilə Bakıxanovların yaşadıqları evdə A. Bakıxanovun ev-muzeyi yaradılıb.[2].

Muzeyin eksponatları

[redaktə | mənbəni redaktə et]

Abbasqulu Ağa Bakıxanovun bir sıra şəxsi əşyaları burada qorunub saxlanılır. Muzeydə Abbasqulu Ağa Bakıxanovun "Gülüstan" elmi-ədəbi məclisinin eksponatlar, müəllifinin əsərlərindən ibarət kitablar toplusu, xalçalar, əlyazmalar və möhürü qorunur. Ümumilikdə isə muzeyin fondunda 300-dək eksponant saxlanılır. Muzeydə A. A. Bakıxanovun bəzi əlyazmaları, əsərlərindən ibarət kitablar toplusu və xalçalar mühafizə olunur. Ziyarətçilər burada görkəmli yazıçının şəxsi möhürünü də görə bilərlər. Bu möhür şəxsi əşyalar arasında ziyarətçilərin ən çox diqqətini çəkən eksponatdır[3].

Muzeydə "Gülüstan" adlı elmi-ədəbi məclisin fəaliyyətini əks etdirən bəzi sənədlər də qorunub saxlanılır[4].

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Xan nəvəsinin Qubadakı ev muzeyi". 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.
  2. "Abbasqulu ağa Bakıxanovun xatirə muzeyi". 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.
  3. "Abbasqulu Ağa Bakıxanovun Ev-Muzeyi". 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.
  4. "Abbasqulu ağa Bakıxanovun Ev-Muzeyi". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.