Qüdsi (film)

Azərbaycan xalqının ensiklopedik biliyə malik mütəfəkkir simalarından biri Abbasqulu ağa Bakıxanov olmuşdur. Film məhz Abbasqulu ağa Bakıxanovun əsərlərinin əlyazmaları əsasında, onun həyat və yaradıcılığına həsr edilmişdir. A.Bakıxanovun həyat yoluna işıq tutan Tiflis mühiti, Varşava, Sankt-Peterburqdan söz açmaqla yanaşı böyük mütəfəkkirin görüşdüyü gürcü, rus ziyalılarının da bədii obrazları filmdə öz əksini tapmışdır. Bakıxanov tarix, coğrafiya, dilçilik, din, astronomiya, bədii ədəbiyyat sahəsində irs qoyub getmişdir. Polkovnik Bakıxanovun rəsmi arxiv sənədlərindən film boyu istifadə olunmuş, eləcə də onun orden və medallarla təltif olunması faktları da filmdə öz təcəssümünü tapmışdır. Ən maraqlı məqamlar isə Qubadakı "Səkinəxanım" məscidində lentə alınmış ki, bu məscid də polkovnikin xanımı tərəfindən Abbasqulu ağa Bakıxanovun xatirəsinə ucaldılmışdır.[1]

Qüdsi
Janr tarixi
bioqrafik
Rejissor Cahangir Mehdi
Ssenari müəllifləri Cahangir Mehdi
Yaqub Əlioğlu
Baş rollarda Məzahir Süleymanov — Sergey Puşkin
Teymur Məmmədov
Novruz Novruzlu
Svetlana Volox
İqrar Salamov — rus ziyalı
Operator Mahir Cahangirov
İstehsalçı "Azərbaycantelefilm"
İlk baxış tarixi 11 noyabr 2007, AzTV
Filmin növü qısametrajlı bədii-sənədli televiziya filmi
Müddət 45 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2007
Rəng rəngli (ağ-qara kadrlarla)

Alim, diplomat, hərbçi, yazıçı, şair, filosof olan Abbasqulu ağa şərəfli həyat yolu keçmiş və Ərəbistanın isti səhralarını dolaşarkən, Mədinə ilə Məkkə arasında "Vadii Fatimə" adlanan yerdə, vəba xəstəliyindən dünyasını dəyişmişdir.

Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından, "Fətəli xan", "Leyli və Məcnun""Üzeyir ömrü" bədii filmlərinin fraqmentlərindən istifadə olunmuşdur.

Filmin bədii səhnələri ağ-qara çəkilmişdir.

Film proloq və epiloq hissələrindən ibarətdir.

Bədii-sənədli janrda çəkilən filmdə Bakıxanovun yazdığı əsərlərdən, həmçinin "Təhzibi-əxlaq", "Gülistani-irəm", "Xəyalın uçuşu" əsərləri və nəsihətlərindən istifadə olunmuşdur.[1]

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifləri: Cahangir Mehdi, Yaqub Əlioğlu
Quruluşçu rejissor: Cahangir Mehdi
Quruluşçu operator: Mahir Cahangirov
Səs rejissoru: Firudin Bağıroğlu
Geyim üzrə rəssam: Nabat Səmədova
Montaj: Asim Babayev
Qrim: İlqar Cəfərov, Solmaz Hüseynova
Rejissorlar: Mikayıl Əjdəroğlu, Məlahət Əhmədova
Assistentlər: Elxan Rüstəmov, Elşən Rafiqoğlu, Əli Həsənov
İnzibatçılar: Arif Həkimoğlu, Şamil Səfərov
Redaktor: Vüqar Tapdıqlı
Direktor: Aydın Həsəni
Kadrarxası mətn: Ramiz Məlikov (Ramiz Məlik kimi) - Abbasqulu Ağa Bakıxanov
Musiqilərindən İstifadə edilən Bəstəkar: Tofiq Bakıxanov (simfonik muğamlar)
Əsər və şerlərindən istifadə edilən müəllif: Abbasqulu Ağa Bakıxanov (titrlərdə yoxdur)
Məzahir Süleymanov — Sergey Puşkin
Teymur Məmmədov
Novruz Novruzlu
Svetlana Volox
İqrar Salamov — rus ziyalı
Ədalət Əbdülsəmədov
Şükufə Musayeva
Naina İbrahimova — Sofiya
Yaroslav Trofimov
Ələkbər İmanov
Ramin Qasımov
Zaur Terequlov — rus ziyalı
Elşən Zeynallı
Eleonora Səfərova
Məlahət Əhmədova
Nigar Qasımova
Valeri Romanov
Həmid Rəsulov — Knyaz Vyazemski
Nuridə Cəfərova

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Pərviz Bağırov — rus ziyalı (Zaur Terequlov) (titrlərdə yoxdur)
Ruslan NəsirovAleksandr Puşkin (titrlərdə yoxdur)
Məzahir Süleymanov — Əbülfət Tuti (titrlərdə yoxdur)

Filmdə iştirak edənlər

[redaktə | mənbəni redaktə et]
Şıxəmməd Seyidməmmədov (Əmsar kənd sakini)
Qafar Süleyman (Əmsar kənd sakini)
Zakir Eloğlu (Əmsar kənd sakini)
Zakir Teymurov (Əmsar kənd sakini)
Güləli Fərmanov (Əmsar kənd sakini)
Malik Xəlil (Əmsar kənd sakini)
Pirəli Rüklü (Əmsar kənd sakini)
Oruc Məmmədov (Əmsar kənd sakini)
Hacı Məmmədov (Əmsar kənd sakini)
Ramiz Teymurxanov (Əmsar kənd sakini)
Əhməd Xələfov (Əmsar kənd sakini)
Fazil Möhbəliyev (Əmsar kənd sakini)
İsmayıl Məmmədov (Əmsar kənd sakini)
Hacı Həsənov (tarix elmləri namizədi)
Zaman Əsgərli (professor)
Fuad Qasımzadə (akademik)

Arxiv kadrlarda iştirak edənlər

[redaktə | mənbəni redaktə et]
Ələsgər Ələkbərov ("Fətəli xan" filmindən) (titrlərdə yoxdur)
Möhsün Sənani ("Fətəli xan" filmindən) (titrlərdə yoxdur)
İsmayıl Əfəndiyev ("Fətəli xan" filmindən) (titrlərdə yoxdur)
Nəcibə Məlikova ("Fətəli xan" filmindən) (titrlərdə yoxdur)
Yalçın Əfəndiyev ("Üzeyir ömrü" filmindən) (titrlərdə yoxdur)
  1. 1 2 ""Azərbaycantelefilim"də YENİ FİLMLƏR". Aztv. 2007-10-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-11-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]