Abxaz Mehmed Paşa

Abaza paşa və ya Abaza Mehmed Paşa (21 yanvar 1576, İstanbul23 avqust 1634, İstanbul) — 1624–1628-ci illərdə Cəlali üsyanının lideri olan Osmanlı dövlət adamı. Abxaz Mehmed Paşa özünə məxsus geyimi ilə dövründə fərqlənmiş, hətta bəzi mənbələrə görə Osmanlı sultanları belə onun geyiminə istinad etmişdir.[1]

Abaza paşa
osman. اباظة محمد پاشا‎
Şəxsi məlumatlar
Doğum tarixi 21 yanvar 1576
Doğum yeri
Vəfat tarixi 23 avqust 1634(1634-08-23) (58 yaşında)
Vəfat yeri
Vəfat səbəbi edam[d]
Fəaliyyəti hərbi qulluqçu

Əslən abxazdır. İlk işi Hələb hakimi Canpoladoğlu Əli Paşanın xəzinədarlığı oldu. Canpoladoğlu ailəsi Hələbin idarəsində olan köklü ailələrdən biri idi. Əmisi Hüseyn Paşanın edam edilməsindən sonra üsyan qaldıran Canpoladoğlu Əli Paşanın üsyanında yer aldı. 1607-ci ildə baş verən döyüşdə Canpoladoğlunun ordusunda iştirak etdi ancaq ordu məğlub olduqdan sonra Osmanlı ordusuna əsir düşdü. Həmin illərdə yeniçəri ağası olan Xəlil Paşa sülhü təmin etmiş və beləliklə, Abxaz Mehmed Xəlil Paşanın xidmətinə girmişdir.

Xəlil Paşa kaptan-ı dərya təyin edildiyi illərdə Abxaz Mehmed Paşa da dərya bəyi olaraq seçildi. Ard-arda silahdarlıq, HələbMərəş hakimi oldu. Osmanlı-Səfəvi müharibəsi illərində Ərzurum hakimi idi. 1617-ci ildə Kürəkən Xəlil Paşa sədrəzəm seçilmiş və sərdar-ı əkrəm olaraq İran ərazisinə keçərkən Abxaz Mehmed Paşanı da özüylə aparmışdır.

Səfəvilərlə aparılan döyüşlər səbəbilə Şərqi Anadolu regionunda bir çox çətinliklər yaranmışdı. Bunlardan biri də Ərzurumda həddindən çox sayda yeniçərinin olması idi. Müharibə ərzində xalqla əhaliyə zülm edən yeniçərilər arasında qarşıdurma yaranmış, bu əsnada Osmanlı sultanı Gənc Osman yeniçərilər tərəfindən taxtdan endirilərək xaincəsinə öldürülmüşdür. Bütün bu hadisələrin sonunda Abxaz Mehmed Paşa yeniçərilərin dövlətin belində yük olduğu qənaətinə gəldi və 1624-cü ildə Ərzurum əyalətindəki çoxlu sayda yeniçərini qətl edərək Osmanlı dövlətinə qarşı üsyan qaldırdı.

Abxaz Mehmed Paşa öz bölgəsindəki yeniçəriləri öldürməklə kifayətlənmədi və ordusuyla birlikdə İstanbula doğru yola çıxdı. Xalqdan vergi toplayaraq ordusunu gücləndirdi. 30 min nəfərlik orduyla SivasıAnkaranı ələ keçirdi, Bursanı mühasirəyə aldı ancaq ələ keçirə bilmədi və Niğdəyə çəkildi. Məğlub olmasına baxmayaraq xalqın dəstəyilə illərlə Ərzurum bölgəsində yeniçərilərə qarşı mübarizə apardı. 15 oktyabr-25 noyabr 1627 tarixləri arasında keçmiş ağası olan Kürəkən Xəlil Paşanın idarəsindəki ordu Ərzurum qalasını mühasirəyə aldı ancaq ələ keçirə bilmədi. Bir il sonra — 6 sentyabr 1628 tarixində IV Muradın yeni sədrəzəmi Qazi Əkrəm Hüsrəv Paşanın idarəsindəki ordu Ərzurumu mühasirəyə aldı və 14 gün sonra ələ keçirdi.

Osmanlı hakimiyyətinə tabeliyi

[redaktə | mənbəni redaktə et]

Məğlub olan Abxaz Mehmed Paşa İstanbula gətirildi. Əslində edam olunmalı idi ancaq ağlı və cəsarəti səbəbilə IV Murad tərəfindən bağışlanaraq 22 sentyabr 1628 tarixində Bosniya bəylərbəyi təyin edildi. 1633-cü ildə IV Muradın əmriylə sülh şərtlərini pozan Lehistana hücum etdi. Bolqarıstanın şimal-qərbində Krım, Valaxiyamoldov qoşunlarıyla birləşərək Lehistana daxil oldu. Abxaz Mehmed Paşanın çoxlu sayda qənimət və əsirlə geri dönməsi nəticəsində Lehistan elçisi Trebzinski sülh təklif etdi. İllik verginin ödənilməsi və Dnestr çayı üzərindəki bütün qalaların dağıdılması şərtilə Osmanlı tərəfi də sülhü qəbul etdi.

Lehistanın sülh şərtlərini pozması nəticəsində 15 aprel 1634 tarixində IV Murad şəxsən ordunun başına keçdi və Lehistana yürüş təşkil etdi. Abxaz Mehmed Paşa artıq padşahın ən yaxın adamı olmuşdu və səfərdə ikinci adam olaraq iştirak etmişdi. 27 aprel 1634 tarixində ordular Ədirnəyə çatdı və bu əsnada qorxuya düşən Lehistan tərəfi yenidən sülh təklif etdi. Beləliklə, IV Murad səfəri ləğv etdi və İstanbula geri döndü.

IV Murad Abxaz Mehmed Paşanın fəaliyyətindən razı qalsa da, ona daim potensial üsyançı gözüylə yanaşmış və hər zaman ona şüphəylə yanaşmışdır. Yunanermənilər arasında çıxan anlaşılmazlıqda guya ermənilərdən rüşvət alması səbəbilə 1634 tarixində edam edildi və Quyucu Murad Paşa türbəsinə dəfn edildi.

  1. Selcuk Aksin Somel (13 fevral 2003). Historical Dictionary of the Ottoman Empire Arxivləşdirilib 2020-09-23 at the Wayback Machine. Scarecrow Press. pp. 37–. ISBN 978-0-8108-6606-5.