Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti

Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti (ATU) — 2011-ci ildə Türkiyənin Adana şəhərində yaradılmış dövlət universiteti. Türkiyə Böyük Millət Məclisi tərəfindən 31 mart 2011-ci ildə qəbul edilmiş 6218 saylı Qanunla yaradılmışdır.

Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti (ATU)
Adana Alparslan Türkeş Bilim ve Teknoloji Üniversitesi[1]
Loqonun şəkli
Əsası qoyulub 2011[2]
Ölkə
Universitet şəhərciyi Sarıçam Yerleşkesi
Sayt atu.edu.tr

Universitetin adı 2019-cu ildə Adana Elm və Texnologiya Universitetindən rəsmi olaraq Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetinə dəyişdirildi.[3]

2016-cı ilin avqust ayından ATU-nun rektoru prof. Dr. Mehmet Tümaydır.[4]

2020-ci ilin yanvar ayında universitetdə 366 professor—müəllim heyəti çalışırdı.[5]

Ali Təhsil Şurasının qərarlarına uyğun olaraq universitetin Aviasiya və Astronavtika sahəsində ixtisaslaşması qərara alındı.[6] Bu sahəni inkişaf etdirməkdən ötrü kampusun şimal-qərb hissəsində 240 metr uzunluğunda pilotsuz uçuş aparatının uçuş-enmə zolağı inşa edildi.

2021-22-ci tədris ilində universitetdə ümumilikdə 4192 tələbə təhsil alırdı:

2022-ci ilə kimi universitetdə 21 professor, 49 dosent, 101 doktor, 75 müəllim və 160 elmi işçi olmaqla cəmi 406 professor—müəllim heyəti çalışırdı.[7]

Akademik strukturu

[redaktə | mənbəni redaktə et]

Universitet 1 institut, 7 fakültə və 1 kollecdən ibarətdir.[8]

  • Xarici Dillər kolleci[16]
  • Ali Təhsil Məktəbi[17]
  • Texnologiya Transfer Ofisi Tətbiq və Araşdırma Mərkəzi
  • Qabaqcıl Texnologiyaların Tətbiqi və Araşdırma Mərkəzi
  • Karyera Planlaşdırma Tətbiqi və Araşdırma Mərkəzi
  • Qadın Araşdırmaları Tətbiq və Araşdırma Mərkəzi
  • Davamlı Təhsil Tətbiqi və Araşdırma Mərkəzi
  • Türk dili Tədris Tətbiqi və Araşdırma Mərkəzi
  • Distant Təhsil Tətbiqi və Araşdırma Mərkəzi

ATU Kitabxanasında 27 000-dən çox çap resursu, həmçinin 66 500 elektron jurnal, 240 000 elektron kitab və 20 000 dən çox elektron audiokitab var. Həmçinin 41 elektron məlumat bazası və çap edilmiş məşhur mədəniyyət, incəsənət, ədəbiyyat və elm jurnalları var.[18]

Rektorluğa tabe olan şöbələr

[redaktə | mənbəni redaktə et]
  • Atatürk Əsasları və İnqilab tarixi şöbəsi
  • Türk Dili şöbəsi

Tələbə Cəmiyyətləri

[redaktə | mənbəni redaktə et]

Universitetdə Səhiyyə, Mədəniyyət və İdman İdarəsinin tərkibində iyirmidən çox fəal icma fəaliyyət göstərir.

Tələbə Cəmiyyətləri
Tərcümə və Dilçilik Tələbə Cəmiyyəti
Sənaye Mühəndisliyi Tələbə Cəmiyyəti
Aviasiya Tələbə Cəmiyyəti
Müasir Rəqs Tələbə Cəmiyyəti
Musiqi Tələbə Cəmiyyəti
Tələbə Oxçuluq Cəmiyyəti
Teatr Tələbə Cəmiyyəti
Voleybol Tələbələr Cəmiyyəti
Gənc İdeyalar və Dialektika Tələbə Cəmiyyəti
Təbiət və Düşərgə Tələbə Cəmiyyəti
Memarlıq Emalatxanası Tələbə Cəmiyyəti
Yeni Nəsil Elektrikli Nəqliyyat vasitələri Tələbə Cəmiyyəti
Qida Texnologiyaları Tələbə Cəmiyyəti
Xarici Ticarət və İqtisadiyyat Tələbə Cəmiyyəti
Ombudsman Tələbə Assosiasiyası
Heyvansevərlər Tələbə Cəmiyyəti
İnnovasiya Tələbə Cəmiyyəti
Kompüter Elmləri Tələbə Cəmiyyəti
Fotoqrafçılıq Tələbə Cəmiyyəti
Liderlik və İnsan Resursları Tələbə Cəmiyyəti
Gənc Yaşıl Aypara Tələbə Cəmiyyəti
Ekologiya Tələbə Cəmiyyəti
Seminar Tələbə Cəmiyyəti

Yaşayış İmkanı

Adana tələbələrin yerləşmə imkanları baxımından şanslı olduğu şəhərlərdən biridir. Şəhərdə çoxlu dövlət və özəl yataqxanalar var. Kampus daxilində 3 blokdan ibarət 1000 nəfərlik tələbə yataqxanası var.

Dövlət yataqxanalarının adları:

  • Adana Tələbə yataqxanası
  • Çukurova Kişi Tələbə yataqxanası
  • Fevzi Çakmak Qızlar yataqxanası
  • Kut'ul Amare Kişi Tələbə yataqxanası
  • Mahmut Sami Ramazanoğlu Qızlar yataqxanası
  • Sabancı Qızlar yataqxanası

İngilis dilində təhsili

[redaktə | mənbəni redaktə et]

Universitet Britaniya Şurası tərəfindən ali təhsil müəssisələri üçün hazırlanmış “Ali Təhsildə İngilis dili Təhsilinin Keyfiyyətini Artırma Proqramı”na görə Türkiyənin müəyyən etdiyi 5 pilot universitetdən biridir. ATU bir neçə departament istisna olmaqla, 100% ingilis dilində təhsil verir. Buna görə də bir çox kafedralarda xarici professor—müəllim heyəti dərs deyir.

  1. https://web.archive.org/web/20230815060630/https://uye.ankos.org.tr/uyeler/.
  2. ROR Data. v1.19 2023. doi:10.5281/ZENODO.7644942
  3. "Arxivlənmiş surət". 2019-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  4. https://tr.wikipedia.org/wiki/Mehmet_T%C3%BCmay
  5. "Arxivlənmiş surət". 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  6. "Arxivlənmiş surət". 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-26.
  7. "Arxivlənmiş surət". 2019-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-26.
  8. "Arxivlənmiş surət". 2024-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
  9. https://web.archive.org/web/20210709183132/https://mf.atu.edu.tr/#!/
  10. https://bbf.atu.edu.tr/#!/
  11. "Arxivlənmiş surət". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  12. "Arxivlənmiş surət". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  13. "Arxivlənmiş surət". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  14. "Arxivlənmiş surət". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  15. "Arxivlənmiş surət". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  16. "Arxivlənmiş surət". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  17. "Arxivlənmiş surət". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  18. "Arxivlənmiş surət". 2023-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]