Adcoş Əliyeva

Аdcoş İbrahim qızı Əliyeva (25 mart 1922, Çobankərə, Eçmiədzin qəzası23 mart 1996, Culfa rayonu, Naxçıvan Muxtar Respublikası) — aqronom, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1964), Sosialist Əməyi Qəhrəmanı (1950).[1]

Adcoş Əliyeva
Аdcoş İbrahim qızı Əliyeva
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti aqronom
Partiyası
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1950
"Lenin" ordeni "Şərəf nişanı" ordeni

Həyat və əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Аdcoş Əliyeva 25 mart 1922-cü ildə İrəvan quberniyasının İrəvan qəzasının (indiki Ermənistan) Çobankərə kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1947–1973-cü illərdə Ermənistan SSR-in Oktemberyan rayonundakı Sovetakan kolxozunda və Naxçıvan MSSR-in Naxçıvan rayonundakı Y.Cabbarov adına kolxozda manqabaşçısı işləmiş, 1973-cü ildən indiki Babək rayonundakı tərəvəzçilik-südçülük sovxozunda manqabaşçısı olmuşdur. 1964-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1949-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 14 iyun 1950-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalıLenin ordeni"Şərəf nişanı" ordeniləri ilə təltif olunmuşdur. Аdcoş Əliyeva 1 oktyabr 2001-ci ildə Culfa rayonunda vəfat etmişdir.[2]

  1. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 179.
  2. Əliyeva Аdcoş İbrahim qızı // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.