Adolfo Bioy Kasares (15.9.1914, Buenos-Ayres – 8.3.1999, Buenos-Ayres) — Argentina yazıçısı.[1]
Adolfo Bioy Kasares | |
---|---|
ing. Adolfo Bioy Casares | |
| |
Doğum adı | Adolfo Vicente Perfecto Bioy Casares |
Doğum tarixi | |
Doğum yeri | Buenos-Ayres |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | Buenos-Ayres |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | Yazıçı, şair, tənqidçi, kitabxanaçı |
Əsərlərinin dili | ispan |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
1933–34-cü illərdə Buenos-Ayres Universitetində fəlsəfə və filologiyanı öyrənmişdir. Latın Amerikasında psixoloji fantastikanın banisidir. “Morelin kəşfi” (1940) adlı ilk romanında reallıqla axirət dünyası arasındakı antiutopiya ruhlu virtual qarşılıqlı əlaqəni təsvir etmişdir. “Qaçış planı” (1945), “Qəhrəmanların yuxusu” (1954), “Donuzlarla müharibə gündəliyi” (1969), “La-Platada fotoqrafın macəraları” (1985) və s. romanların müəllifidir. “Qəribə əhvalat” (1956), “Böyük serafim” (1967) və s. hekayə topluları var. X.L. Borxeslə birlikdə parodiyalı detektivlər, çoxsaylı antologiyalar yaratmışdır.[1]