Afrika İnkişaf Bankı (İngiliscə: African Development Bank-AFDB) — müstəqil Afrika ölkələri arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədilə qurulmuş olan bank. Qısa adı AFDB olan Afrika İnkişaf Bankı, 10 sentyabr 1963 tarixində qurulmuşdur. İlk qurulduğu illərdə "Yeni Müstəmləkəçilik" təsirlərindən qorunmaq məqsədilə Afrikadan başqa bölgələrdən üzv qəbul edilmirdi.
197-ci ildə Afrikalı olmayan ölkələrə açıq və bankın bir yan quruluşu olan Afrika İnkişaf Fondu yaradıldı. Fond vasitəsilə üzv ölkələrə aşağı faizlə borc imkanları tanındı. 1982-ci ildə bank statusunda edilən bir dəyişiklik ilə Afrika xaricindəki ölkələrə də üzvlük haqqı verildi.