Ticarət balansı (ing. Trade balance) ― Tədiyyə balansında bir ölkənin mal alqı-satqısının, başqa sözlə idxal-ixracının balansı.
İxracat miqdarı, xaricə satılan malların dəyərlərinin toplamına, İdxal miqdarı isə xaricdən ölkəyə girən malların dəyərləri toplamına bərabərdir. Buna əsaslanaraq, Ticarət balansı (Xarici ticarət balansı) ixrac ilə idxal arasındakı münasibətdir.
Ölkənin ixracı, idxalından böyükdürsə, təmiz (net) ixracat 0-dan böyük olar və bu halda ölkənin xarici ticarət balansı artmış olar (müsbət balans). Bir sözlə Ticarət balansı müsbət olar. Əks halda isə, ölkə ixracı, idxaldan kiçik olarsa, təmiz (net) ixrac 0-dan kiçik olar. Bu halda ölkənin xarici ticarət açığı olar. Yəni ticarət balansi mənfi olar.
Müsbət ticari balans ölkənin istehsal etdiyi məhsulların dunya bazarında tələbinin yüksək olmasının göstəricisidir. Mənfi ticari balans isə ondan xəbər verir ki, ölkə özu istehsal etdiyi məhsuldan əlavə xarici məhsullara da ehtiyac duyur. ABŞ, Böyük Britaniya kimi ölkələrdə mənfi ticari balans, inflyasiyanı saxlamağa kömıklik edir.
Ölkənin ixrac və idxal dəyərlərinin bir-birinə bərabər olması halında, ticarət balansı yaranır və xarici ticarət balansda olmuş sayılır.
Məlumat: Amerika Birləşmiş Ştatlarında ticarət balansı 2006ci ildə (məlumat: Bureau of Economic Analysis) 835 966 milyon dollar həcmində olmuşdur (əsasən ucuz Asiya və Meksikan mallarından eləcə də xammalından istifadə hesabına).