Afrika mədəniyyəti — XIX əsrin sonunadək Afrika xalqlarının incəsənəti lazımınca öyrənilməmişdir. Benin İngiltərə tərəfindən 1897-ci ildə zəbt edildik dən sonra xeyli miqdarda tunc və fil sümüyündən ibarət kolleksiya əldə edilmişdi. XX əsrin əvvəllərində Fro Benius Afrika incəsənətini elmi cəhətdən öyrənməyə başladı. Dövrümüzədək çatmış petro-qliflər və qayaüstü rəngkarlıq Cənubi Afrikada Əjdaha drında Ukhalambada Lesotoda, Namibiyada Brandberq və Tvifelfonteyn, Botsvanada Teodilo, Zimbabvedə Matopos, Malavidə Dedza-Çonqoni, Zambiyada Kasama; Tanzaniyada Kondoa-İranqi, Mozambikdə Manika əyaləti; Əlcəzairdə Böyük Səhra Atlası, Tell-Atlas, Tassilin-Adcer, Malidə Adrar-İforas ən qədim incəsənət nümunələridir.
Cənubi Afrikanın ən qədim qayaüstü təsvirləri 27,5 min il əvvələ, sonuncuları isə 20 əsrin əvvəllərinə aiddir. Təsvirlər, əsasən, Cənubi Afrikanın cənub-şərqində, cənubunda və cənub-qərbində, petro-təsvirlər yaranmış, kompozisiya mürəkkəbləşmiş, nəqlilik inkişaf etmişdir. İnsan və heyvan fiqurları düzxətli və əyrixətli üslubda işlənmişdir. Bəzi fiqurlar şərti işarə səciyyəsi daşıyır. Təsvirlər Liviya və ərəb yazıları ilə müşayiət olunmuşdur. Ən qədim heyvan təsvir ləri birrənglidir, sonradan iki və çoxrəngli, sxematikləşən Səyyar ovçuluq və yığıcılıqla məşğul olan xalqlarda, Şərqi və Cənubi Afrikanın maldarlıq və əkinçiliklə məşğul olan xalqları ara sında kiçik əşyalar (dəvəquşu yumurtaları və s.), fiqurlu keramika, dəri maskalar və qalxanlar üzərində naxışvurma sənəti geniş yayılmışdır. Tropik Afrikada kalebasların düzəldilməsi, hörmə və toxuma sənətləri inkişaf etmişdir.