Plitələrin tektonikası

20-ci əsrin ikinci yarısında çıxarılmış tektonik plitələrin xəritəsi.
Plitələrin hərəkəti NASA JPL Arxivləşdirilib 2011-07-21 at the Wayback Machine peyklərindən alınan GPS məlumatlar əsasında çıxarılıb. Vektorlar hərəkətin istiqamətini və həcmini göstərir.

Tektonik plitələr (lat. tectonicus, q.yun. τεκτονικός)[1] Yer Kürəsinin litosferində baş verən geniş-miqyaslı yerdəyişmələri izah edən elmi nəzəriyyədir. Bu model iyirminci əsrin əvvəllərində inkişaf etdirilmiş qitələrin hərəkəti modeli üzərində qurulub. Bu ideya elmi cəmiyyətlər tərəfindən dənizdabanının genişlənmə(ing. seafloor spreading) konsepsiyasının inkişaf etdirilməsindən sonra,1950-ci illərin sonu,1960-cı illərin əvvəllərində qəbul edilməyə başladı.

Litosfer tektonik plitələrə bölünüb. Yer Kürəsində 7 və ya 8 böyük (plitələrin necə tərif edilməsindən asılı olaraq) və bir çox kiçik plitə mövcuddur. Plitələrin qarşılaşdığı ərazilərdə onların nisbi hərəkəti sərhədlərin xarakterini müəyyən edir: konvergent, divergent və ya transform sərhədlər. Zəlzələlər, vulkanik aktivlik, dağların əmələ gəlməsi kimi hadisələr məhz plitələrin görüşdüyü bu ərazilədə baş verir. Plitələrin nisbi sürəti il ərzində 0 mm.-dən 100 mm.-ə qədər dəyişə bilir.[2]

Tektonik plitələr okeanik litosfer təbəqəsindən və daha qalın kontinental litosfer təbəqəsindən əmələ gəlir. Konvergent sərhədlərdə subduksiya plitələri mantiyaya yönəldir, material itkisi isə yeni okeanik təbəqənin əmələ gəlməsi ilə kompensasiya edilir. Bununla yerin ümumi səthi eyni olaraq qalır.[3]

Əsas prinsiplər

[redaktə | mənbəni redaktə et]

Yer kürəsinin xarici təbəqəsi litosfer və astenosferə bölünür. Bu fərq mexaniki xarakter və istiliyin ötürülməsi metodundakı fərqlərə görə müəyyən olunur. Mexaniki olaraq litosfer daha soyuq və möhkəmdir, astenosfer isə daha istidir və axıcıdır. İstiliyin ötürülməsinə gəldikdə isə, litosfer öz istiliyini konduksiya ilə itirir, astenosfer isə istiliyi konveksiya ilə ötürür. Bu bölünmə həmin təbəqələrin kimyəvi olaraq mantiyaya və qabığa bölünməsi ilə qarışdırılmamalıdır. Mantiyanın müəyyən hissəsi müxtəlif vaxtlarda temperaturdan və təzyiqdən asılı olaraq litosferin və ya astenosferin tərkib hissəsi ola bilər.

Əsas prinsip ondan ibarətdir ki, litosfer mayeyə bənzər(visko-elastik bərk) astenosferin üzərində hərəkət edən fərqli tektonik plitələrdən ibarətdir. Piltələrin hərəkəti tipik olaraq il ərzində 10–40 mm-dən 160 mm-ə qədər dəyişə bilər.[4]

Tektonik litosfer plitələri litosferin mantiya qatı və onun üzərindəki okean qabığı (köhnə mətnlərdə sima da adlanır-silikon və maqneziumdan) və ya kontinental qabıqdan(sial-silikon və aluminiumdan) ibarətdir. Okean yer qabığının orta qalınlığı 100 kilometr (62 mil)-dir,[5] onun qalınlığı yaşından asılıdır; belə ki vaxt ötdükcə o daha soyuq və qalın olur. Həmçinin okeanik təbəqə mərkəzdən kənarlara doğru genişləndiyindən, qalınlıq onun genişləndiyi mərkəzlə aradakı məsafədən də ibarət ola bilir. Subduksiyadan əvvəl okeanik litosfer təbəqəsinin qət etməli olduğu orta məsafələrdə qalınlıq 6 km-dən(orta okean silsilələrində) 100 km-ə dək (subduksiya zonalarında) dəyişir; qısa və uzun məsafələrdən subduksiya zonası da müvafiq olaraq nazik və qalın olur.[6] Kontinental litosfer orta hesabla 200 km qalınlığa sahib olur. Lakin bu rəqəm də çökəkliklər, dağlıq ərazilər və sabit qədim platforma hissələri arasında müxtəlif olur. Bu iki müxtəlif qabıq qalınlığına görə də fərqlənir, belə ki kontinental qabıq okean qabığından daha qalındır (35 km və 6 km).

Plitələrin qarşılaşdığı ərazilər plitələrin sərhədləri adlanır. Bu sərhədlər adətən geoloji hadisələrlə, məsələn zəlzələlərlə və topoqrafik xüsusiyyətlərin (dağlar, vulkanlar, orta okean dağ silsilələri və okanik novlar) əmələ gəlməsi ilə müşayiət olunur. Dünyanın əksər aktiv vulkanları məhz bu sərhədlərə təsadüf edir. "Sakit Okean Odlu Həlqəsi" bu baxımdan xüsusilə məşhurdur. Bəzi vulkanlar plitələrin daxilində püskürə bilir və bunlar plitələrin daxili deformasiyasına[7] və mantiya axınlarına aid edilir.

Yuxarıda qeyd edildiyi kimi, tektonik plitələr kontinental qabıqdan və okeanik qabıqdan ibarət ola bilər və bir çox plitələr hər iki qabığı özündə ehtiva edir. Məsələn, Afrika Plitəsi Afrika qitəsiniAtlantikHind okeanının bəzi hissələrini əhatə edir. Okean qabığı ilə kontinental qabıq arasındakı fərq onların əmələ gəlmə formalarına əsaslanır. Okean qabığı genişlənən dəniz dabanı nəticəsində əmələ gəlir. Kontinental qabıq vulkanizm, tektonik proseslər nəticəsində lövhələrin böyüməsilə əmələ gəlir. Lakin bu lövhələrdən bəzilərinin tərkibində ofiolit elementləri ola bilər, hansı ki bu okean qabığının hissəsidir. Lakin onlar formalaşmanın standart dövrəsini tamamladıqda kontinentin tərkibi hesab olunurlar. Həmçinin okean qabığı tərkibindəki elementlərə görə kontinental qabıqdan daha sıxdır.[8] Okeanik qabığın daha sıx olmasının səbəbi odur ki, o daha az silikona və daha çox ağır maddələrə sahibdir. Nəticədə okeanik qabıq adətən dəniz səviyyəsindən aşağıda, kontinental qabıq isə dəniz səviyyəsindən yüksəkdə yerləşir.

Sakit Okean Plitəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Sakit okean plitəsi

Sakit Okean Plitəsi Sakit Okeanın altında yerləşən tektonik plitədir. Sahəsi 105 milyon kvadrat kilometr olmaqla bu ən böyük tektonik plitə hesab olunur. Şimal-Şərq tərəfdə bu plitə Kəşfiyyatçı Plitəsi, Xuan de Fuka Plitəsi və Qorda Plitəsi ilə sərhədlərə sahibdir və bu sərhədlər müvafiq olaraq Kəşfiyyatçı, Xuan de Fuka və Qorda dağ silsilələrini əmələ gətirir. Şərq hissədə mərkəzdə isə San-Andreas qırılması üzrə Şimali Amerika plitəsi ilə və həmçinin Kokos Plitəsi ilə sərhədlərə sahibdir. Cənub-Şərq hissədə isə Naska plitəsi ilə divergent sərhədlər Şərqi-Sakit qalxmasını əmələ gətirir.

Cənub hissə Antarktika Plitəsi ilə sərhədlərə malikdir və bu sərhəddə Sakit-Atlantik dağ silsiləsi əmələ gəlir.

Qərb hissədə plitə Oxlotsk Plitəsi ilə (burada Kuril-Kamçatka çökəkliyiYapon çökəkliyi əmələ gəlir), Filippin Dənizi Plitəsi ilə subduksiya nəticəsində konvergent, Karolina Plitəsi ilə transform və Şimali-Bismark Plitəsi ilə toqquşma sərhədlərinə sahibdir.

Cənub-Qərbdə Sakit Okean plitəsi Hind-Avstraliya plitəsi ilə mürəkkəb də olsa, ümumilikdə konvergent sərhədlərə sahibdir. Yeni Zelandiyanın şimalında subduksiya etməsi nəticəsində Tonqa çökəkliyiKermadek çökəkliyi əmələ gəlir. Alp qırılması bu plitələr arasında tranform sərhədi müəyyən edir və uzaq cənuba doğru Hind-Avstraliya plitəsi Sakit Okean plitəsinin altına subduksiya etməklə Puysequr çökəkliyini əmələ gətirir. Şimal hissədə plitə Şimali Amerika plitəsinin altına subduksiya etməklə konvergent sərhədlər əmələ gətirir. Burada Aleut çökəkliyi və müvafiq olaraq Aleut adaları əmələ gəlir. Sakit Okean plitəsi daxildə ocağa sahibdir və bu Havay Adalarını əmələ gətirir. Hillis və Muller bildirir ki, Quş Başı Plitəsi Sakit Okean Plitəsi ilə birlikdə hərəkət edir.

Bu plitənin sərhədlərində yerləşən Sakit Okean odlu halqası seysmikliyinə görə xüsusilə məşhurdur. Bu sahədə bir çox zəlzələlər və vulkanlar baş verir. 40.000 kmlik ərazidə yerləşən Odlu halqa okean çökəklikləri, vulkanik adalar və vulkan kəmərləri ilə zəngindir. Bu qövsdə 452 vulkan yerləşir və dünyadakı aktiv vulkanların 75 faizi də məhz bura təsadüf edir. Dünyada baş verən zəlzələlərin 90 faizi və ən böyük zəlzələlərin 81 faizi Alov Qövsündə baş verir.

Şimali Amerika Plitəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Şimali Amerika plitəsi

Şimali Amerika Plitəsi Şimali Amerikanın böyük hissəsini, Qrenlandiyanı, Kubanı, Baham adalarınıSibirin, İslandiyanınAzor adalarının müəyyən hissələrini əhatə edən tektonik plitədir. O şərqə doğru Orta-Atlantik dağ silsiləsinə və qərbə doğru Şərqi Sibirə(Çerksi) qədər uzanır. Plitədə həm kontinental, həm də okeanik qabıq mövcuddur. Plitənin daxili hissəsi böyük əraziyə sahib platformadır. Platformanın əksər kənarları terreynlərdən ibarətdir və bu terreynlər uzun geoloji zaman ərzində tektonik proseslər nəticəsində əmələ gəliblər.

Şimali Amerika Plitəsinin şərq hissəsi Avrasiya Plitəsi ilə (şimalda) və Afrika Plitəsi ilə(cənubda) Orta-Atlantik dağ silsiləsinin şimalını əmələ gətirən divergent sərhədlərə sahibdir.

Cənubda transform sərhədlər Kokos Plitəsi (qərb) və Karib Plitəsi-dən (şərq)ibarətdir. Bu ərazidə Kayman çökəkiliyi (Karib dənizində) və Quatemala boyunca Motaqua qırılması əmələ gəlib. Septentrional və Enriquilo-Plantain qırılmaları İspaniola boyunca uzanır və sərhədlərə daxildir. Cənub hissənin qalan əraziləri Orta-Atlantik dağ silsiləsinə qədər uzanır və Şimali Amerika Plitəsi ilə Cənubi Amerika Plitəsinin sərhədlərini müəyyən edir. Plitəsinin bu əraziləri yaxşı öyrənilməyib. Şimalda sərhədlər boyunca Orta-Atlantik dağ silsiləsinin davamı olan Qakkel silsiləsi uzanır. Şimalın qalan hissəsi qərbə doğru uzanır və Sibiri də əhatə edir. Bu sərhəd boyunca olan obyektlər bunlardır:Laptev dənizi rifti, Ulakan qırılması, Oklotsk Plitəsi və Aleut çökəkliyi. Qərb sərhədləri:Alyaskanın sahili boyunca Kraliça Şarlotta qırılması, Kaskadiyan subduksiya zonası, Kaliforniya boyunca San-Andreas qırılması, Kaliforniya körfəzində Şərqi-Sakit qalxması və cənuba doğru Mərkəzi-Amerika çökəkliyi. Özünün qərb hissəsində Farallon Plitəsi Yuradövründən bəri Şimali Amerika plitəsinin altına subduksiya edir. Farallon Plitəsi demək olar ki, tamamilə Şimali Amerika Plitəsinin qərb hissəsinin altına subduksiya olunub və həmin ərazini San-Andreas qırılması boyunca Sakit Okean Plitəsi ilə əlaqədə saxlayır. Xuan de Fuka, Kəşfiyyatçı(Explorer), Qorda, Kokos və Naska Plitələri Farallon Plitəsinin qalıqlarıdır. Kaliforniya körfəzi böyük və paralel qırılma zonaları arasında yerləşir. Bu mürəkkəb qırılma zonasıdır və körfəzin dəniz dabanının qalxması qərbdəki Baxa Kaliforniya dağları və şərqdəki Sierra Madre qalxmaları arasındakı fərq 3000 km-dən böyükdür.

Plitədə bir neçə ocaqlar var. Əsas ocaqlar Yelloston, Raton və Anaxim ocaqlarıdır. Yellouston və Anaxim ocaqlarının Mioken periounda yaranması güman edilir. Onlar hələ də aktivdir və zəlzələlərə, vulkanlara səbəb olurlar. Əsasən Şimali Amerika hissəsi Orta-Atlantik dağ silsiləsindən cənub-şərqə doğru hərəkət edir.

Plitənin hərəkətinə subduksiya səbəb ola bilməz, çünki Şimali Amerika plitəsinin Puerto-Riko çökəkliyindəki kiçik ərazisi istisna olmaqla, heç bir hissəsi subduksiya olunmur.

Avrasiya plitəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Avrasiya plitəsi

Avrasiya plitəsi Avrasiya materikinin böyük hissəini əhatə edir. Bu baxımdan Hind yarımadası və Ərəb yarımadası istisnadır. Eləcə də Şərqi Sibirin Çerski hissəsi də plitəyə aid deyil. Avrasiya plitəsi həmçinin qərbdən Orta-Atlantik dağ silsiləsinə və şimaldan Qakkel dağlarına qədər genişlənir.

Şərq tərəfdən şimala doğru Şimali Afrika Plitəsi və cənuba doğru Filippin Dəniz Plitəsi ilə və ola bilsin ki, Oxlotsk və Amurian plitələri ilə sərhədlənir. Cənub hissədə qərbə doğru Afrika plitəsi, mərkəzdə Ərəb plitəsi və şərqdə Hind-Avstraliya plitəsi ilə sərhədlərə sahibdir. Qərbdə Şimali Amerika plitəsi olan divergent sərhədlər Orta-Atlantik dağ silsiləsinin şimal hissəsini əmələ gətirir. 1973-cü ildə İslandiya adası Heimaey-dəki Eldfell vulkanının püskürməsi məhz Şimali Amerika və Avrasiya plitələrinin divergent hərəkəti nəticəsində baş vermişdi.

Mərkəzi Asiyanın geodinamikası Şimali Avrasiya və Hind plitələri arasındakı əlaqə ilə idarə edilir. Bu ərazidə bir çox plitə hissələri və qabıq blokları aşkar edilib. Bunlar Mərkəzi Asiya tranzit zonasına və Şərqi Asiya tranzit zonasına aiddir.

Afrika plitəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Afrika plitəsi

Afrika plitəsi Afrika qitəsini və bu qitəylə ətrafdakı okean dağ silsilələri arasındakı okeanik qabığı əhatə edən tektonik plitədir. Plitənin qərb hissəsi şimal tərəfdə Şimali Amerika Plitəsi və cənuba doğru Cənubi Amerika Plitəsi ilə divergent sərhədlərə malikdir. Afrika plitəsi şimal-şərqdən Ərəb plitəsi ilə, cənub-şərqdən Hind-Avstraliya plitəsi ilə, şimaldan Avrasiya və Anatol plitələri ilə, cənubdan isə Antarktik plitəsi ilə sərhədlənir. Bütün bu sərhədlər Avrasiya plitəsi istisna olmaqla divergent və ya genişlənən sərhədlərdir.

Afrika plitəsi bir neçə qədim platformadan, kökü subkontinental litosferik mantiyada olan qədim qabığın sabit bloklarından və daha az sabit lövhələrdən (hansı ki 550 milyon il öncə Afrika qitəsini əmələ gətirmək üçün bir araya gəlmişdilər) ibarədir. Qədim platformalar bunlardır (cənubdan şimala doğru): Kalaxari qədim platforması, Konqo qədim platforması, Tanzaniya qədim platforması və Qərbi Afrika qədim platforması. Qədim platformalar qədimdə bir-birilərindən xeyli arada olsalar da, Pan-Afrikan dağəmələ gəlməsi zamanı birləşiblər və Qondvana ayrıldıqda bir yerdə qalıblar. Qədim platformalar orogenik kəmərlərlə birləşirlər. Saxara metaqədim platformsı təxmini olaraq subkontinental litosferik mantiyadan ayrılmış qədim platformanın qalığı kimi qəbul edilir.

Bəzi ərazilərdə qədim platformalar çökəklərlə əhatə olunub. Məsələn, Tindulf çökəkliyi, Taudeni çökəkliyi və Konqo çökəkliyi, hansı ki burada altda yatan arxaik qabığın üzəri nisbətən yeni neoproterozoik təbəqə ilə örtülüb. Plitə keçmişdə qabığın iki hissəsinin əks-istiqamətlərdə hərəkət etdiyi (Mərkəzi Afrika Zonası) və qabıqların bir-birindən ayrılması nəticəsində yaranan çökəkliklərdə müasir çöküntülərin əmələ gəldiyi zonalara da sahibdir.

Afrika plitəsi şərqdə Şərqi Afrika rifti boyunca hərəkətdədir. Bu rift zonası Nubiya plitəsini və Somali plitəsini ayırır. Fərziyyələrdən biri Afar bölgəsinin altındakı mantiya axınlarını irəli sürür, başqa bir fikrə görə isə rift Afrika plitəsinin ən zəif nöqtəsində baş verir, belə ki Afrika plitəsinin şərq hissəsi şimala doğru hərəkət edir.

Afrika plitəsinin sürəti təxminən 2.15 sm/il hesab olunur. Bu plitə son 100 milyon il ərzində ümumilikdə şimal istiqamətində hərəkət edir. Bu isə onu Avrasiya plitəsinə yaxınlaşdırır və okeanik və kontinental qabığın birləşdiri ərazilərdə subduksiyaya səbəb olur (məsələn, Aralıq dənizinin bəzi mərkəzi və şərqi hissələri). Qərbi Aralıq dənizində Avrasiya və Afrika plitələrinin nisbi hərəkəti itələmə və təzyiq qüvvələrinin kombinasiyasını əmələ gətirir. Şimal hissədə isə Afrika plitəsi Qırmızı Dəniz Rifti ilə sərhədlənir və burada Ərəb plitəsi Afrika plitəsindən uzaqlaşır.

Cənubi Amerika Plitəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Cənubi Amerika plitəsi

Cənubi Amerika Plitəsi Cənubi Amerikanı və Atlantik okeanın Orta-Atlantik dağ silsiləsinə qədər olan dabanını əhatə edən tektonik plitədir. Şərq hissəsi Afrika plitəsi ilə divergent sərhədlərə malikdir və bu sərhəd Orta-Atlantik dağ silsiləsinin cənub hissəsini əmələ gətirir. Cənub hissədə Antarktik Plitəsi və Skotiya plitəsi ilə mürəkkəb sərhədlərə sahibdir. Qərb hissədə Naska Plitəsi ilə konvergent sərhədləri var. Şimal hissədə Karib Dənizi Plitəsi ilə və Şimali Amerikanın okeanik qabığı ilə sərhədə sahibdir. Çili üçqat qovşağında(üç plitənin görüşdüyü ərazi) Çili qalxması Şimali Amerika plitəsinin altına subduksiya edir.

Cənubi Amerika plitəsi hərəkətdədir, Orta-Atlantik dağ silsiləsindən qərbə doğru istiqamətdədir. Şərqə doğru hərəkət edən və daha sıx olan Naska Plitəsi Sakit Okean sahili boyunca Cənubi Amerika plitəsinin altına ildə 77 mm sürətlə subduksiya etməkdədir. Bu plitələrin toqquşması nəticəsində And Dağları və bu ərazidə yerləşən vulkanlar əmələ gəlir.

Hind-Avstraliya Plitəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Hind-Avstraliya plitəsi

Hind-Avstraliya piltəsi Avstraliya qitəsi və ətrafdakı okean hissələrini əhatə edən əsas tektonik plitələrdən biridir. Plitə şimala doğru genişlənir və Hind yarımadasını və ətrafdakı əraziləri də əhatə edir. Hind-Avstraliya Plitəsi 43 milyon il öncə Avstraliya və Hind plitələrinin toqquşması nəticəsində yaranıb. Son araşdırmalar və eləcə də 2012 Hind Okeanı zəlzələsi kimi seysmik hadisələr göstərir ki, Hind-Avstraliya plitəsi Himalay dağları boyunca Avrasiya plitəsi ilə qarşıdurma nəticəsində yenidən iki plitəyə ayrıla bilər. Şərq hissə (Avstraliya) şimala doğru ildə 5.6 sm sürətlə hərəkət etsə də, qərb hissədə (Hindistan) bu sürət Himalay dağlarının müqaviməti nəticəsində 3.7 sm-ə bərabərdir. Bu fərq plitənin mərkəzi Sumatrada kompresslənməyə səbəb olur və bunun nəticəsində Hind və Avstraliya kimi iki ayrı plitəyə ayrılma potensialını artırır. Adətən iki protoplitə kimi Hind plitəsi və Avstraliya plitəsi göstərilir. Üçüncü Kaprikorn Plitəsi isə ola bilsin ki, Hind Plitəsinin qərbindən ayrılmaqdadır.

Hind yarımadası, Meqanesiya (Avstraliya, Yeni Qvineya və Tasmaniya), Yeni Zelandiya və Yeni Kaledoniya hamısı qədim superkontinent Qondvananın fraqmentləridir. Dəniz dabanının genişlənməsi nəticəsində bu quru hissələri bir-birilərindən ayrılıblar, lakin genişlənmə nəticəsi aktivliyini itirdiyindən bu quru sahələri yenidən birləşərək yeganə plitəni əmələ gətiriblər. Avstraliyada son GPS ölçmələri göstərir ki, plitənin sürəti 35 dərəcə şimala doğru 67 mm/il-ə bərabərdir. Bu ölçülər həmçinin Aukland, Krismas adası və Hindistanın cənubu üçün də doğrudur.

Şimal-şərqi hissə Sakit Okean Plitəsi ilə kompleks, lakin ümumilikdə konvergent sərhədlərə malikdir. Sakit Okean Plitəsinin Avstraliya plitəsinin altına keçməsi nəticəsində Tonqa və Kermadek çökəklikləri, onlarla paralel isə Tonqa və Kermadek arxipelaqları əmələ gəlib. Bu həmçinin Yeni Zelandiyanın Şimal adasının şərq hissələrinin də qalxmasına səbəb olub. Avstraliyadan 85 milyon il əvvəl ayrılmış və şimalda Yeni Kaledoniyadan cənubda Yeni Zelandiyanın subantarktik adalarına qədər uzanan Zealandiya kontinenti hal-hazırda Alpin çökəkliyi üzrə transfrom sərhəd boyunca parçalanmaqdadır.

Yeni Zelandiyanın cənubunda, Makkari çökəkliyi bögəsində sərhəd transorm-konvergent sərhədə çevrilir. Burada Avstraliya Plitəsi Sakit Okean Plitəsinin altına subduksiya etməyə başlayır.

Cənub hissə Antarktik Plitəsi ilə Cənub-Şərqi Hind dağ silsiləsi adlanan divergent sərhədlərə malikdir. Qərb hissə Ərəb Plitəsi ilə Oven Qırılma Zonası adlanan transform və Afrika Plitəsi ilə Mərkəzi-Hind dağ silsiləsi adlanan divergent sərhədlərə sahibdir. Hind-Avstraliya Plitəsinin şimalı Avstraliya Plitəsi ilə konvergent sərhədlərə sahibdir və bu sərhədlər HimalayHinduquş dağlarını əmələ gətirir.

Şimal-Qərb hissədə Hind-Avstraliya plitəsi Avrasiya plitəsi ilə subduksiya sərhədi əmələ gətirir. Bu sərhəd Banqladeşin Hind Okeanı sahillərindən SumatraYava adalarının cənub-qərbinə qədər uzanır.

İndoneziya boyunca uzanan subduksiya sərhədi Asiya və Avstralasiyanın faunasını ayrına biocoğrafi Vallas xəttinə paralel deyil. İndoneziyanın şərq adaları əsasən Avrasiya plitəsinə aid olsalar da, Avstralasiya mənşəli fauna və floraya sahibdirlər.

Antarktika Plitəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Antarktika plitəsi

Antarktik Plitəsi Antraktida qitəsini və ətrafdakı okeanların bəzi hissələrini əhatə edir. Antraktik Plitəsi Nazka Plitəsi, Cənubi Amerika Plitəsi, Afrika Plitəsi, Hind-Avstraliya, Skotiya Plitəsi ilə sərhədlənir. Plitənin Sakit Okean plitəsi ilə divergent sərhədləri Sakit-Antraktik dağ silsiləsini əmələ gətirir. Antraktik plitəsi təxminən 60.900.000 kvadrat kilometr əraziya sahibdir. Bu plitə dünyada ən böyük beşinci plitədir. Antraktik plitənin hərəkəti 1sm/il hesab olunur. Plitə Atlantik okeana doğru hərəkət edir.

border=none Əsas məqalə: Naska plitəsi

Naska Plitəsi Perunun cənubundakı regionun adıyla adlandırılıb və Sakit Okeanın şərqində Cənubi Amerika sahilində yerləşir. Peru-Çili çökəkliyi boyunca baş verən subduksiya nəticəsində (Cənubi Amerika plitəsinin altına) And dağ əmələ gəlmə proseslərinin əsas səbəbidir. Naska Plitəsi qərbdə Sakit Okean plitəsi ilə, cənubda isə Antarktik Plitəsi ilə (Şərqi-Asiya qalxması və Çili qalxması boyunca) sərhəddədir. Naska Plitəsinin bir neçə isti nöqtələr üzərində hərəkəti bir neçə vulkanik adanın əmələ gəlməsinə səbəb olub. Naska həm süxurların yaşı, həm də müstəqil plitə olmaq baxımından nisbətən cavan plitə hesab olunur.

Şərq hissədə Cənubi Amerika plitəsinin altına subduksiya edir və bu ərazidə konvergent sərhədlərə sahibdir və Peru-Çili çökəkliyini əmələ gətirir. Cənubda Antarktik plitəsi ilə (Çili qalxması) divergent sərhədlərə sahibdir. Şimalda isə sərhədlər Kokos adasıyladır (Qalapaqos qalxması).

Naska plitəsinin Çilinin cənubunda subduksiya etməsi tarixin ən böyük zəlzələlərindən bəzilərini əmələ gətirib. (məsələn,1960 Valdivia zəlzələsi-9.5 bal)

Kokos Plitəsi Sakit Okeanın altında və Mərkəzi Amerikanın qərb sahilində yerləşdir. Plitənin adı üzərində yerləşən Kokos adasının adından götürülüb. Kokos Plitəsi Şərqi-Sakit qalxması və Kokos dağ silsilələri boyunda dəniz dabanının genişlənməsi nəticəsində yaranıb. Bu geoloji kompleks ərazini geoloqlar Kokos-Naska genişlənmə sistemi də adlandırırlar. Şimal sərhədləri Mərkəzi Amerika çökəklikliyi ilə, şərq hissəsi Panama Qırılma zonası ilədir. Cənub sərhədində Qalapaqos qalxması, qərb sərhədində isə Şərqi-Sakit qalxması yerləşir. Kokos və Naska plitələri 23 milyon il əvvəl ayrılmış Farallon plitəsinin qalıqlarıdır. Qalapaqos adaları altında olan ocaq Qalapaqos adaları boyunca uzanır. Kokos Plitəsinin şimalındakı Rivera Plitəsinin Kokos Plitəsindən 5–10 milyon il əvvəl ayrıldığı güman edilir. Plitələr arasındakı sərhəd konkret olaraq qırılma əmələ gətirməsə də, bu plitələr iki ayrı plitə hesab olunur. 1985-ci ildə Mexiko şəhərində baş vermiş dəhşətli zəlzələ Kokos Plitəsinin Şimali Amerika Plitəsinin altına subduksiya etməsi nəticəsində baş vermişdi. Eləcə də, 2001-ci ildə baş vermiş El-Salvador zəlzələləri də Kokos plitəsinin Karib plitəsinin altına subduksiya etməsi nəticəsində olmuşdu.

Plitələrin sərhəd tipləri

[redaktə | mənbəni redaktə et]

Tektonik sərhədlərin üç əsas növü mövcuddur.[9] Divergent sərhədlər, kovergent sərhədlər və transform sərhədlər. Böyük plitələr hərəkət etdikcə onların sərhədləri boyunca divergensiya(bir-birindən aralanma) və konvergensiya(bir-birilə toqquşma) baş verir. Yer kürəsinin səthində baş verən bu yerdəyişmələr nəhəng ölçülərdə enerjinin üzə çıxmasına və beləliklə də Yer Kürəsinin səthinin müxtəlif formalar əldə etməsinə səbəb olur. İ lk baxışda plitələr bir-birilərinə nisbətdə müxtəlif sürətlərlə və bir-birilərindən asılı olmadan hərəkət edirmişlər kimi görünsələr də, ümumi görüntüdə bu plitələr bir-birilə əlaqəlidir. Heç bir plitə digər plitələrə təsir etmədən hərəkət etmir və plitələrin hərəkəti minlərlə kilometr uzaqlıdakı ərazilərdə öz təsirini göstərə bilir. Məsələn, Afrika Plitəsi ilə Cənubi Amerika Plitəsinin bir-birilərindən uzaqlaşması nəticəsində Atlantik Okeanın genişliyi daha da artır. Olduqca uzaq məsafədə isə Sakit Okeanın dibi dərin subduksiya nəticəsində əmələ gəlmiş çökəkliklərdə sərf olunur.

Plitə sərhədlərinin 3 tipi.

Divergent sərhədlər

[redaktə | mənbəni redaktə et]

Divergent sərhədlərdə iki və ya daha çox plitə bir-birindən uzaqlaşdığı üçün yeni qabıq əmələ gəlir. Plitələrin uzaqlaşdığı və ya bir-birindən qopduğu sahələrdə okeanlar yaranır və daha da genişlənir. Divergent sərhədlər quruda baş verdikdə rift əmələ gələ bilir. Belə ki quru iki hissəyə ayrılır və ətrafdakı su iki ayrılan hissə arasındakı məkanı doldurur.

İslandiya quruda baş verən bu cür prosesləri izləmək alimlərə sanki təbii laboratiya təklif edir. İslandiya Orta-Atlantik dağ silsiləsi boyunca Şimali Amerika və Avrasiya plitələrinin ayrılması zonasında ikiyə ayrılmaqdadır. Belə ki Şimali Amerika plitəsi qərbə və Avrasiya plitəsi şərqə hərəkət etdiyindən hər iki divergent sərhədin hər iki tərəfi boyunca yeni qabıq əmələ gəlir. Yeni qabığın əmələ gəlməsi İslandiyanın ərazisini artırır, lakin sərhəd boyunca riftin əmələ həlməsinə də səbəb olur. İslandiya təbii olaraq gələcəkdə iki quru sahəsinə ayrılacaq və Atlantik okeanının suları bu iki sahə arasındakı genişlənən və dərinləşən sahəni dolduracaqlar.

Konvergent sərhədlər

[redaktə | mənbəni redaktə et]

Bu cür sərhədlərdə isə qabıq məhv edilir və bir plitənin digərinin altına hərəkət etməsi ilə geriyə dövr edir. Bu hissələr subduksiya zonaları adlanır-dağlar və vulkanlar əsasən məhz plitələrin konvergent sərhədlərində əmələ gəlir. Konvergent sərhədlərin üç tipi mövcuddur: Okean-materik, okean-okean, materik-materik.

Okeanik plitə kontinental plitənin altına subduksiya etdikdə kontinental plitə yuxarı qalxır və dağ silsiləsi yaranır. Baxmayaraq ki, okean plitəsi ümumilikdə rahat və davamlı şəkildə subduksiya edir, subduksiya zonasının ən dərin hissələrində kiçik hissələrə parçalanma da baş verir. Bu kiçik hissələr müəyyən yerdə uzun müddət qalır, lakin sonradan qəftələn böyük zəlzələlər də törədə bilirlər. Bu cür zəlzələlər adətən qurunun bir neçə metr qalxması ilə müşayiət olunur.

İki okean plitəsinin konvergensiya etdikdə onlardan biri digərinin altına subduksiya edir və bu proses zamanı dərin okean çökəklikləri əmələ gəlir. Məsələn, ən dərin çökəklik hesab edilən Marian çökəkliyi Filippin dənizi Plitəsinin Sakit Okean plitəsinin altına subduksiya etməsi nəticəsində yaranıb. Bu cür konvergent sərhədlər həmçinin dənizaltı vulkanların da əmələ gəlməsinə səbəb olur. Milyon illər ərzində püskürmüş lava və vulkan hissəcikləri okean dabanının üzərində üst-üstə yığılır və dəniz səviyyəsindən yuxarı qalxırlar və beləliklə vulkanik adaları əmələ gətirirlər. Bu cür vulkanik adalar adətən zəncir şəklində olurlar və adalar qrupu (arxipelaq) adlandırılırlar.

Materik-materik
[redaktə | mənbəni redaktə et]

İki kontinental plitə toqquşduqda onlardan heç biri subduksiya etmir, çünki kontinental plitələr nisbətən yüngüldür və iki toqquşan aysberq kimi aşağıya getməyə qarşı müqavimət göstərirlər. Əvəzində qabıq əyilməyə və yuxarı və ya yanlara doğru getməyə meyil edir. Hindistanın Asiyayla toqquşması nəticəsində Avrasiya Plitəsi qırışmış və Hind plitəsinin üzərinə keçmişdir. Toqquşmadan sonra milyon illər ərinzdə yavaş-yavaş davam edən plitələrin konvergensiyası Himalay dağlarını və Tibet yaylasını indiki yüksəkliklərinə çatdırmışdır. Bu yüksəlmələrin böyük hissəsi son 10 milyon il ərzində baş verib.

Transform-qırılma sərhədləri

[redaktə | mənbəni redaktə et]

Transform sərhədləri iki plitənin bir-biriləriylə horizontal şəkildə sürüşməsi zamanı əmələ gəlir. Onlar transform sərhədləri kimi və ya qırılmalar kimi tanınırlar.

Əksər tranform sərhədlər okean dabanında əmələ gəlir və kiçik zəlzələlər törədirlər. Lakin bəziləri (və ən dəhşətliləri)quru zonasında əmələ gəlir. Kaliforniyadakı San-Andreas qırılma zonası şimala hərəkət edən Şərqi-Asiya qalxması ilə cənuba hərəkət edən Cənubi Qorda-Xuan de Fuka-Kəşfiyyatçı silsilələrini əlaqələndirir . San-Andreas quruda üzə çıxan bir neçə qırılmalardan biridir. Uzunluğu 1300 km olan və onlarla kilometr genişliyə sahib bu qırılma zonası Kaliforniyanın uzunluğunun üçdə ikisinin kəsir. Bununla yanaşı Sakit Okean plitəsi Şimali Amerika plitəsi boyunca 10 milyon ildir ki, horizontal olaraq ildə 5 sm sürətlə hərəkət edir. Belə ki, qırılma zonasının qərbindəki Sakit Okean plitəsi şimala, şərqdəki Şimali Amerika plitəsi isə cənuba doğru hərəkət edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]