Aida Qarifullina

Aida Qarifullina (tam adı: Aida Qarifullina, rus. Аида Эмилевна Гарифуллина; 30 sentyabr 1987, Kazan) — Tatar əsilli rus opera sopranosu. 2013 Operaliya müsabiqəsinin qalibidir. Mariinsk TeatrıVyana Dövlət Operasında dəfələrlə səhnə almışdır. Decca Records ilə səsyazma müqaviləsi var.[1][2]

Aida Qarifullina
tatar. Аида Эмил кызы Гарифуллина
Ümumi məlumatlar
Doğum tarixi 30 sentyabr 1987(1987-09-30) (37 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi
Fəaliyyət illəri 2009-cu ildən
Janr opera
Səs tembri soprano
Albom şirkəti Decca Records[d]
Mükafatları Rusiya Federasiyasının əməkdar artisti Tatarıstan Respublikasının əməkdar artisti
onlyaida.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Aida Qarifullina və Robbi Vilyams 2018 FİFA Dünya Kuboku açılış mərasimində Angels mahnısını ifa edərkən.

Aida Qarifullina 1987-ci ildə Tatarıstan Respublikasının paytaxtı Kazanda tatar ailəsində[3] anadan olmuşdur. Atası Emil Qarifullin, anası isə hazırda Sofiya Qobəydullina adına Müasir Musiqi Mərkəzinin direktoru,[4] dirijor Leyla İldarovna Qarifullinadır.[5] Uşaqlığının ilk illərindən anası onun musiqi duyumunun inkişafına təsir etmiş və musiqi karyerasının inkişafında həlledici rol oynamışdır.[6] Aida 18 yaşında musiqi təhsili almaq üçün Nürnberqə getmişdir.[7]

Musiqi karyerası

[redaktə | mənbəni redaktə et]

2007-ci ildə Vyana Musiqi və Səhnə Sənəti Universitetində Klaudiya Viskanın sinfinə daxil olmuşdur. İki il sonra ilk çıxışını universitetin səhnələşdirdiyi Motsartın Hamı belə edir operasında Despina obrazı ilə reallaşdırmışdır.[8] 2010-cu ildə Moskvada keçirilən Müslüm Maqomayev müsabiqəsində qələbə qazanmışdır.[9] 2011-ci ildə məzun olduqdan sonra Şençjendə keçirilən 2011 Yay Universiada Oyunlarının bağlanış mərasimində[10] və Kazanda Alessandro Safina ilə duet ifa etmişdir.[11]

2012-ci ildə Qarifullina Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında Rusiya evinin açılışında mahnı ilə çıxış etmişdir.[12] Londonda ikən Sankt-Peterburqdakı Mariinsk Teatrının bədii direktoru Valeri Gergiyevlə tanış olmuşdur.[13] 2013-cü ilin yanvarında ilk dəfə Mariinsk Teatrının səhnəsinə çıxmış və Motsartın opera-buffu hesab olunan Fiqaronun toyunda Suzanna rolunu canlandırmışdır.[14] Sonralar o, repertuarına Gilda (Riqoletto) və Adina (Sevgi iksiri) obrazlarını da əlavə etmişdir.[15]

İyul ayında Universiadanın səfiri kimi Kazanda 2013 Yay Universiada Oyunlarının açılış mərasimində ifa etmişdir.[16] O, həmçinin Mariinsk Teatrının orkestri ilə "Mədəni Universiada"nın bağlanış mərasimində səhnə almışdır. Səhnə çıxışını Valeri Gergiyev idarə etmişdir.[17]

2013 Operaliya və sonrakı karyerası

[redaktə | mənbəni redaktə et]

2013 Operaliya müsabiqəsində ilk mükafatını qazanan Aidanın karyerasında böyük sıçrayış yarandı.[7][18][19] Müsabiqədə Nanetta (Falstaf), Qar Qız (Qar Qız), Suzanna (Fiqaronun toyu) və Cülyettanın (Kapuleti və Monteki) ariyaları ifa edilmişdi.[18] Oktyabrda o, Tatarıstan Respublikasının əməkdar artisti fəxri adına və Tatarıstan Respublikası Prezidentinin Tərifnaməsinə layiq görüldü.[20]

2013–2014-cü illərdə Aida Xose Karreras, Plaçido DominqoDmitri Hvorostovski ilə yanaşı bir sıra önəmli səhnələrdə çıxış etmişdir.[21][22][23] 2014-cü ildə Londonda Viqmor Hollda keçirilmiş Rozenblat konsertində iştirak etmişdir.[24][25] 2015-ci ildə Decca Records ilə səsyazma müqaviləsi bağlamışdır.[19]

2014/2015 mövsümünün başlaması ilə Vyana Dövlət Operası ansamblının üzvünə çevrilmişdir.[26] O, 2016-cı il istehsalı Florens Foster Cenkins filmində fransız-amerikan soprano ulduzu Lili Ponsu canlandırmış və Delibin Lakme operasından "Zəng mahnısı"nı səsləndirmişdir.[27] 2017-ci ilin fevralında Decca ilə öz adını daşıyan albom buraxdı; albom Kornelius Maysterin rəhbərlik etdiyi ORF Radio-Simfonik Orkestri ilə birgə ərsəyə ətirilmiş 15 ariyadan ibarətdir.[28][29]

13 iyun 2018-ci ildə Qarifullina Moskvada Qırmızı meydanda keçirilən 2018 FİFA Dünya Kubokunun açılış mərasimində çıxış etmişdir. Onunla bərabər səhnə alanlar arasında Anna Netrebko, Xuan Dieqo Flores, Plaçido DominqoValeri Gergiyevin rəhbərlik etdiyi Mariinsk Teatrının orkestri də var idi. 14 iyunda Aida Moskvanın Lujniki stadionunda keçirilmiş 2018 FİFA Dünya Kuboku açılış mərasimində ifa etmişdir.[30] O, ingilis pop müğənnisi Robbi Vilyams ilə Angels mahnısını səsləndirmişdir.[30]

Diskoqrafiyası

[redaktə | mənbəni redaktə et]
  • Aida Qarifullina (2017)
  • ECHO Klassik mükafatı (2017)
  • Beynəlxalq Plaçido Dominqo Operaliya Opera Müğənniləri Beynəlxalq müsabiqəsində birincilik (2013)
  • Tatarıstan Respublikasının əməkdar artisti (2013)
  • Tatarıstan Respublikası Prezidentinin Tərifnaməsi
  • Müslüm Maqomayev I Beynəlxalq Vokalçılar Müsabiqəsinin laureatı (2010)
  • "Akademik Vokal" nominasiyasında Çaliapin "İlin Səsi" (2001).
  1. "Aida Garifullina - Sänger/innen - Wiener Staatsoper". Wiener Staatsoper. 2016-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-08.
  2. "Aida - Aida Garifullina,Cornelius Meister". AllMusic. 2017-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-28.
  3. "Aida Garifullina: My feeling after my appearance at the Opening Ceremony of the Universiade is beyond words Arxivləşdirilib 2018-06-16 at the Wayback Machine". 27th Summer Universiade in Kazan.
  4. Zamilova, Aigul. "Мать и дочь Гарифуллины стали одновременно заслуженными" [Mother and daughter Garifullina both honored]. kazved.ru (Russian). Tatmedia. 17 oktyabr 2013. 27 oktyabr 2017 tarixində orijinalından arxivləşdirilib.
  5. "Mother of Aida Garifullina commented on daughter's affair with Marat Safin". Frivolette Magazine. 2016-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-19.
  6. Uskova, Dean. "Аида Гарифуллина: новая опера России" [Aida Garifullina: New Opera Russia]. Your Story (Russian). March 2014. 2014-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 1, 2014.
  7. 1 2 Bugrowa, Olga. "Das "Siegeslied" von Aida Garlifullina". Radio Stimme Ruslands (German). 30 August 2013. 16 December 2014 tarixində orijinalından arxivləşdirilib.
  8. Listing Arxivləşdirilib 2016-04-23 at the Wayback Machine on the Wiener Staatsoper page for contracted singers, accessed December 1, 2014 (in German).
  9. Press release Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine on the 2013 Gala Concert featuring previous winners of the Muslim Magamaev International Singers contest, (accessed December 1, 2014).
  10. Raisovich, Metshin I. "Флаг FISU получил мэр столицы Татарстана Ильсур Метшин" [Kazan took over from Shenzhenya. FISU flag was handed to the mayor of the capital of Tatarstan Ilsur Metshin.]. TatCenter.ru (Russian). 23 August 2011. 16 October 2011 tarixində arxivləşdirilib.
  11. Akhmetov, Laysan. "Аида Гарифуллина спела с Алессандро Сафина" [Aida Garifullina sung with Alessandro Safina]. tataram.ru (Russian). October 2013. 2014-11-29 tarixində arxivləşdirilib.
  12. "Aida Garifullina sing at Olympic charity concert in London". 2020-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-19.
  13. "Валерий Гергиев нашел Сюзанну и Джильду в Казани". business-gazeta.ru. 2013-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-19.
  14. "Le nozze di Figaro". mariinsky.ru. 2012-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-19.
  15. "Аида Гарифуллина из Казани спела главную партию в премьере Мариинского театра". ClassicalMusicNews.Ru. 2 oktyabr 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2014.
  16. "Aida Garifullina: My feeling after my appearance at the Opening Ceremony of the Universiade is beyond words". 2018-06-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-19.
  17. "Фестиваль "Шаляпин. Нуриев. Казань" завершился грандиозным гала-концертом". 18 fevral 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 may 2014.
  18. 1 2 "Operalia". operaliacompetition.org. 2014-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-19.
  19. 1 2 "Aida Garifullina signs exclusive contract with Decca Classics". Gramophone. 28 January 2015. 7 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2019.
  20. "Аида Гарифуллина получила звание "Заслуженный артист РТ"". tataram.ru. 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-19.
  21. "Короли сцены устроили детям праздник". Interfax.ru. 2 oktyabr 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2014.
  22. "В Москве состоялся концерт из цикла "Хворостовский и друзья"". tvkultura.ru. 2014-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-19.
  23. "Placido DOMINGO: You have a local star who will make Kazan famous". tatar-inform.ru. 25 sentyabr 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2014.
  24. "Aida Garifullina & Iain Burnside at Wigmore Hall – Rosenblatt Recital". www.classicalsource.com. 2014-12-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-11.
  25. "Celeste Aida: Garifullina shines in Rosenblatt Recital debut". bachtrack.com. 2015-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-11.
  26. "Aida Garifullina - Sänger/innen - Wiener Staatsoper". Wiener Staatsoper. 2016-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-19.
  27. "Watch Aida Garifullina perform the Bell Song, from Florence Foster Jenkins". The Guardian. 2016-05-17. 2016-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-08.
  28. "AIDA GARIFULLINA - 1 CD / Download - Buy Now". www.deccaclassics.com. 2017-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-28.
  29. "Decca Announces Aida Garifullina's First Album" (ingilis). 2016-12-16. 2017-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-28.
  30. 1 2 "World Cup 2018: Ronaldo and Robbie Williams star in opening ceremony". BBC. 14 June 2018. 15 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2019.