Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Aida Qasımova 2 iyun 1957-ci ildə Azərbaycan SSR-nin Ağdam şəhərindəSosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı Xuraman Abbasovanın ailəsində anadan olmuşdur. O, 1975–1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsində təhsil almışdır və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Qasımova 1980–1983-cü illərdə ADU-nun Şərqşünaslıq fakültəsində baş laborant, 1983–1986-cı illərdə həmin fakültənin aspiranturasında təhsil almışdır. O, 1986–1987-ci illərdə ADU-nun Elmi Kitabxanasında kitabxanaçı, 1987-–2003-cü illərdə ADU-nun Şərqşünaslıq fakültəsində müəllim, baş müəllim, 1995–2005-ci illərdə dosent, 2005-ci ildən Bakı Dövlət Universitetinin "Ərəb filologiyası" kafedrasının professorudur. Qasımova həmçinin, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Ədəbi mərasimlər və nəşrlər" şöbəsinin müdiridir. O, Azərbaycan, ərəb, ingilis və rus dillərini bilir.
Aida Qasımova 1989-cu ildə Moskvada, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "Ərəb ədəbiyyatında məqamə janrının yaranması" mövzusunda namizədlik (PhD), 2001-ci ildə AMEA-nın Ədəbiyyat İnstitutunda "Quran qissələri XIV–XVI əsrlər Azərbaycan ədəbiyyatının ideya bədii qaynaqlarından biri kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Professor Aida Qasımova elmlə yanaşı, təhsilin inkişafında da böyük xidmətləri var. Alimin pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsi ilə bağlıdır. 80-cı illərdən etibarən Şərqşünaslıq fakültəsində müəllim, baş müəllim, 1995-2005-ci illərdə dosent, 2005-ci ildən fakültənin "Ərəb filologiyası" kafedrasının professorudur.
Aida Qasımova 5 monoqrafiyanın, 86 elmi məqalənin müəllifidir. Əsas tədqiqat sahəsi ərəb ədəbiyyatı, Azərbaycan ədəbiyyatı, İslamaqədərki əqli-mənəvi durum, Quran və poeziya və s.dir. Əsərləri tanınmış yerli və xarici jurnallarda çap olunmuşdur.
Kitabları
14–16-cı əsrlər Azərbaycan ədəbiyyatı və Quran qissələri (monoqrafiya), Bakı, BDU, 1998,430 səh, təkrar nəşr, 2005
Füzuli yaradıcılığında Quran rəvayətləri (monoqrafiya), Bakı, BDU, 1995,195 səh
Məhəmməd peyğəmbərin meracı (kitab), Bakı, Yaziçı nəşriyyatı, 1994, 105 səh
Cahiliyyət ərəblərinin əqli-mənəvi durumu,( monoqrafiya) Bakı, Elm nəşriyyatı, 2007, 235 s
Средневековая арабская плутовская новелла, Баку, 2007, 157 с
Nawabiğ Nahdat al-Islam, Dirasat fi siratey al-Mütənəbbi va Bədi əz-Zaman əl-Həmədani, (İslam İntibahının nəhəngləri,əl-Mütənəbbi və Bədi əz-Zaman əl-Həmədaninin tərcümeyi-halı), Bakı, 2013, 149 səh
Elmi məqalələri
1983-cü ildən bu günədək respublika və beynəlxalq səviyyəli qəzet və jurnallarda, toplularda onlarla elmi məqalə dərc etdirmişdir.
"The Sabians as one of the Religious Groups in pre-Islamic Arabia and Their Definition through the Qur'an and Medieval Arab Sources", (Sabilər islamaqədərki Ərəbistan dini qruplarından biri kimi: Sabi təliminin Quranda və Orta əsr ərəb mənbələrindəki izahı) ARAM Periodical, Oxford University, (say 22, 2010) səh. 243-261.
"Acquaintance with the Mystery of Heavens in Ancient Arabia", (Qədim Ərəbistanda görlərin misteriyası ilə tanışlıq) Written Monuments of the Orient (Pismennie Pamyatniki Vostoka), Sankt Peterburq, (say 14, 2011,), 14/1, səh. 55-65.
"Eyebrows", Islamic Images and Ideas, Essays on Sacred Symbolism, ("Qaşlar", İslam obraz və ideyaları: Müqəddəs simvolizmə dair oçerklər), , Dr. John Andrew Morrow-nun redaktəsi ilə, USA McFarland, 2013, səh. 169-183.
"The Hair on my Head is Shining, Qur’anic Imagery of the Curl in Classical Azeri-Turkic Sufi Poetry"("Saçlarıma şölə düşdü" Klassik azəri türk şerində saçların vəsfi), Journal of Qur’anic Studies, 15.1 (2013), Edinburgh University Press, Centre of Islamic Studies, səh.67-99.
"Models, Portraits and Signs of Fate in Ancient Arabic Tradition", (Qədim ərəb ədəbiyyatında talenin model, portret və əlıamətləri), Journal of Near Eastern Studies, (say, 732014, October), Chicago University Press, 73/ 2, səh. 319-340. Thomson Reuters tərəfindən indeksləşib.
"If All the Trees on Earth Were Pens: A Survey of the Qur’anic Symbolism of the Pen in Medieval Azeri Turkic Sufi Poetry",(Əgər bütün ağaclar qələm olsaydı: Orta əsrlər azəri türk sufi poeziyasında qələmin Quran simvolizminə bir baxış) Journal of Turkish Literature, Bilkənt Universiteti, Türkiyə, (say11, 2014), səh. 7-33.
"Marginal Discourses of Arabic Poetry, A Case Study of the Baku Manuscript, "Taj al-Lughah wa-Sihah al-Arabiyyah" by Abu Nasr Ismail ibn Hammad al-Farabi al-Jawhari", (Ərəb ədəbiyyatına dair haşiyə yazıları, Əbu Nəsr İsmail ibn Həmmad əl-Farabi əl-Cövhərinin "Tac əl-luğa va Sihah əl-arabiyyə əsərinin Bakı əlyazma nüsxəsi), Journal of Arabic Literature, Brill, Leiden (say 46, 2015),46/1, səh. 1-33. Thomson Reuters tərəfindən indeksləşib.
"Red Terror against Islamic Manuscripts: The Case of the Manuscript Collection of Salman Mumtaz", (İslam əlyazmalarına qarşı qırmızı terror, Salman Mümtazın əlyazma kolleksiyası barədə araşdırma), Journal of Islamic Manuscripts, Brill, Leiden, (say 6, 2015), səh. 17-46. Web of Science tərəfindən indeksləşib.
"Qur’anic Symbolism of the Eyes in Classical Azeri Turkic Poetry", (Klassik azəri türk şerində gözlərin Quran simvolizmi), Oriens, Brill, Leiden (say 43, 2015), 43/ 1-2, səh. 101-153. SCOPUS tərəfindən indeksləşib.
"Traditional Qur’anic images in Depiction of the Curl in Classical Azeri Turkic Sufi Poetry (Rope, Shackles, and Thread)" (Klassik azəri türk sufi poeziyasında saçların vəsfi ilə bağlı ənənəvi obrazlar) Şərq xalqaları ədəbiyyatı, ənənə və müasirlik, professor Aida İmanquliyevanin anadan olmasının 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans, Bakı, Elm, 2014, səh 180-184.
"Beyn ‘l-haqaiq wa ‘l-akadhib fi laqab al-Mutanabbi", (Əl-Mütənəbbinin ləqəbi barədə həqiqətlər və yalanlar arasında), al- Bəyan, Kuveyt Yazıçılar İttifaqının orqanı, əl-Kuveyt, Noyabr, (say 388, 2002) səh. 41-49.
"Al-makhtutat al-arabiyya fi Baku", (Bakıda Ərəb əlyazmaları),al-Faisal, əl-Riyad, (323, 2003), səh. 50-69.
"Al-mə‘ani al-qur’aniyya fi ‘l-ş‘ir al-klassikiyyi al-əzərbəycəniyyi", (Klassik Azərbaycan şeirində Quran mənaları), əl-Ədəb əl-Islami, əl-Riyad, (say 37, 2003) səh. 78-83.
"Min əl-rumuz əl-məxfiyya ilə əl-həvadis al-vaqi‘yiyyə: Təəmmulat haulə al-Məhzələ əl-Mamlukiyyə li Fikri Nəqqaş", (Gizli rəmzlər və real hadisələr: Fikri Nəqqaşın "Məmluk komediyası" pyesi ətrafında düşüncələr) əs-Saqafa əl- Cədidə, Qahirə, (say 126, 2004) səh. 29-34.
"Mə’sat Ziyad ibn Əbihi min xiləl əl-tarix va saykolociya" Ibda‘ ("Ziyad ibn Əbihi" faciəsi tarix və psixologiya müstəvisində), (say 4, 2007),Qahirə, pp.164-170.
"Nahda əl-Isləm va əl-zuruf əl-muvakab ləhə", (İslam intibahı və onun yarandığı şərait), İbn Rüşd, İbn Rüşd İnstitunun jurnalı, Niderland, (say 3, 2011) səh. 42-67.
"Атрибуты суфизма в религиозно-культурной системе доисламских арабов: Хирка", Filologiya məsələləri, AMEA, Əlyazmalar İnstitutu, Bakı, 2002/2, səh.351-359.
"Мифопоэтика доисламской поэзии", Şərq Filologiyası məsələləri, AMEA, Şərqşünaslıq İnstitutu, Bakı, 2007, səh. 3-64.
"Оккультные науки и ясновидение в древней Аравии", Şərq Filologiyası məsələləri, AMEA, Şərqşünaslıq İnstitutu, Bakı, 2007, səh. 5-30.
"Мистика жертвоприношения в древней Аравии", Восточная коллекция, (say 4, 2010) Moskva, səh. 79-84.
"Антропогоническое мышление в доисламской арабской поэзии " Четки , (say 4, 2010) Moskva, səh. 135-142.
"Предтечи макамного жанра в арабской литературе )в свете изучения средневековых арабских источников(", Dil ve Ədəbiyyat, BDU, (say 91, 2014), III, səh.134-139.
Beynəlxalq simpozium, konfrans və seminarlarda iştirak
"Marginal Discourses of Arabic Poetry, A Case Study of the Baku Manuscript "Taj al-Lughah wa-Sihah al-Arabiyyah" by Abu Nasr Ismail ibn Hammad al-Farabi al-Jawhari" (Ərəb ədəbiyyatına dair haşiyə yazıları: Əl-Cövhərinin "Sihah" lüğətinin Bakı nüsxəsi), Autograph/holograph and Authorial Manuscripts in Arabic Script, Lyej (Liege) Universiteti, Belçika, 10-11 Oktyabr, 2013.
"Some Chefs-d'oeuvre of Azerbaijani Institute of Manuscripts Library" (Azərbaycan Əlyazmalar İnstitutu kitabxanasının bəzi şedevr əlyazmaları)7th Islamic Manuscript Conference: "Islamic Manuscripts in South and Southeast Asia", Cambridge University, UK, 12-14 İyul, 2011
"The Azerbaijani Contribution to the Classical Arabic Literary Tradition" (With Special Reference to Sufi Literature) , "Klassik Ərəb ədəbiyyatına Azərbaycanın töhfəsi": Sufi ədəbiyyatına xüsusi istinadla"Conceptualizing Literary History: Foundations of Arabic Literature Yale University, ABŞ, 16-17 Aprel, 2010
"Worships, beliefs and traditions connected with fire in pre-Islamic Arabia and Zoroastrianism"(İslamaqədərki Ərəbistanda odla bağlı inanc və etiqadlar və Zoroastrizm) ARAM Society for Syro-Mesopotamian Studies – 28th International Conference: Zoroastrianism in the Levant Oxford University, UK, 5-7 İyul, 2010
"Time, Fate, Predestination and Divine Judgment in the Early Arabian tradition"(Qədim ərəb ədəbiyyatında zaman, tale, alın yazısı və Tanrı məhkəməsi anlamları)Mirror Images, Villanova Universiteti, ABŞ, 1-4 Aprel, 2009
Практика предсказаний (экстиспиция, авгурия, физиогномика) и толкование сновидений в доисламской Аравии, юбилейная научная конференция «От Азиатского музея к Институту восточных рукописей РАН», 8-12 Dekabr, 2008
"Quranization of Memory and its Impact on Medieval Azerbaijani Art and Literature"(Yaddaşın quranlaşması və onun orta əsrlər Azərbaycan ədəbiyyatına təsiri) Qur’anic Frameworks for Society: Islam, Multiculturalism, Pluralism and Peace United Kingdom, 16-17 İyun, 2008
"Ərəb dilində işlənən idiomların açılmasının tədris prosesində əhəmiyyəti: əsa ilə bağlı idiomlar", Qeyri-ərəblərə ərəb dilinin tədrisi məsələlərinə müasir baxış Qafqaz universiteti, Bakı, 1-2 May, 2008