Xuraman Abbasova

Xuraman Zeynal qızı Abbasova (31 dekabr 1927, İsmayılbəyli, Ağdam rayonu26 yanvar 1998, Bakı) — Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı

Xuraman Abbasova
bayraq
Ağdam Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
1988 – 1991
SonrakıVəzifə ləğv olundu.
Şəxsi məlumatlar
Doğum tarixi 31 dekabr 1927(1927-12-31)
Doğum yeri
Vəfat tarixi 26 yanvar 1998(1998-01-26) (70 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti aqronom

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Şərəf nişanı" ordeni

Xuraman Zeynal qızı Abbasova 31 dekabr 1927-ci ildə Ağdam rayonunun İsmayilbəyli kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə erkən başlamış, rayonun Əli Bayramov adına sovxozunda çalışmış, gənc yaşlarından əmək fəaliyyəti ilə yanaşı təhsilini də davam etdirmiş, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib alim-aqronom ixtisasına yiyələnmişdir.

Xuraman Abbasova yaşını üç il qabağa çəkdirmiş, Kommunist Partiyasına qəbul olunmuşdur[1]. Sessiyaların birində "ermənilərin Qarabağa qonaq gəlməsini" söyləməsindən, Xudu Məmmədovun dəfnində fəal iştirakından dolayı partiya rəhbərliyi ilə aralarında narazılıq olmuşdu[1].

O dəfələrlə Azərbaycan SSR Ali SovetininSSRİ Ali Sovetinin deputatı olmuşdur.

Onun barəsində 2 seriyalı sənədli film çəkilmişdir.

Xuraman Abbasova 1998-ci ilin 26 yanvarında ölmüşdür. Qəbri Fəxri xiyabandadır.

Övladları Mahirə həkim, Şəfəq hüquqşünas, Aida şərqşünasdır. Oğlu Mehdi 9 yaşında olarkən avtomobil qəzasında vəfat etmişdir. Beş oğlan, üç qız nəvəsi vardır.

Xuraman Abbasova bir müddət Əli Bayramov adına sovxozun direktoru işləmiş, sonra 1969-cu ildən rayonun ən iri pambıqçılıq təsərrüfatlarından olan Lenin adına kolxozun sədri vəzifəsinə təyin olunmuşdur.[2]. 20 ilə qədər sədrlik etdiyi müddətdə kolxoz dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin keçici qırmızı bayraqlarına, mükafatlara layiq görülmüşdür.

Qarabağ münaqişəsindəki fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Xuraman xanım Qarabağ müharibəsi Qarabağın azərbaycanlı əhalisinin hərtərəfli təminatını təşkil etmiş, Qarabağa yük karvanları aparmışdır. Xuraman Abbasova Milli Ordunun yaranmasında fəal iştirak etmiş, yeni yaranan Azərbaycan Ordusunun fonduna 100 min rus rublu (110 000 dollar) keçirmişdir.

Xuraman xanım Xankəndindən Əsgəran tərəfə yönələn insanları rus tanklarının altına düşməkdən qoruyur. Həmin günlərdə Xuraman xanımın, Rayon partiya komitəsinin birinci katibi Sadıq Murtuzayev, Mərkəzi komitə katibləri Telman Orucov, Həsən Həsənov, Seyid Lazım Ağanın səyi ilə ilk qırğının qarşısı alınır. Xuraman Abbasovanın sülhpərvər addımı ölkə daxilində daha çox qınansa da (Bu hadisənin əleyhdarları hesab edirlər ki, əgər Xuraman Abbasova hələ münaqişənin yeni qızışan vaxtında örpəyini atmasaydı, kütlə Xankəndinə qədər gedib erməniləri yerində oturdar, bundan sonra müharibə də olmazdı) ölkə xaricində sülh üçün atılmış cəsarətli bir addım kimi qiymətləndirildi. Keçmiş SSRİ-də isə bu hadisə olduqca müsbət qarşılanır. Hətta sovet şairi Yevgeni Yevtuşenko Xuraman Abbasovanın bu addımından ilhamlanaraq ona "Örpək" adlı şeir həsr etmişdir[2][3].

Xuraman Abbasova üç dəfə SSRİ-nin yüksək mükafatı olan Lenin ordeni, Oktyabr İnqilabı və Şərəf Nişanı ordenləri ilə təltif edilmiş, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

  1. 1 2 "Kəlağayı olayı və Xuraman Abbasova haqqında eşitmədikləriniz". 2013-05-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-04.
  2. 1 2 "Məşhur rus şairinin şeir yazdığı Azərbaycan qadını". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-04.
  3. Платок [ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]