Albaniyada təhsil — Albaniya Respublikasındakı təhsil vəziyyətinə verilən ad. Albaniyada əhalinin savadlılıq faizi 99 %-dir (9 yaş və yuxarı). İlkin ümumi təhsil məcburidir (1-9 siniflər). Əksər oxuyanlar sonradan orta təhsili davam etdirir. Təhsili davam etdirmək üçün mütləq 9 -cu və 12 -ci siniflərin sonunda imtahan verilməli. Ölkədə əksər məktəbləri dövlət maliyyələşdirir. Ancaq son illərdə Albaniyada bir neçə özəl məktəblər fəaliyyətə başlamışdır. Dərs ili iki semestrdən ibarətdir. Dərs həftəsi bazar ertəsi başlayır və cümə günü bitir. Dərslər sentyabrın yarısı və ya oktyabrda başlayır, iyun və ya iyulda bitir.
Albaniyanın təhsil müssisələrinə ümumi rəhbərliyi Elm və Təhsil Nazirlyi həyata keçirir. Təhsil sistemi ali təhsil haqqında (1999), təhsil sistemi haqqında (1995), özəl təhsil haqqında (1995) qəbul edilmiş qanunlar və ümumi məktəblər haqqında (1995) normativ sənədlərlə tənzimlənir. Albaniya təhsil sisteminə məktəbə qədər tərbiyə müəssisələri, ümumtəhsil məktəbləri (ibtidai, orta və tam orta), peşə təhsili müəssisələri və ali məktəblər daxildir.[1]
Albaniyada 3400 uşaq bağçası fəaliyyət göstərir (2002). 8 illik ümumtəhsil məktəblərində (6 yaşdan 13–14 yaşa qədər) təhsil məcburidir. Tam orta təhsil (4 illik) 14–18 yaşlılar üçün nəzərdə tutulmuşdur. Ölkədə 1500 ibtidai, 1700 orta, 500-ə yaxın tam orta məktəb, Əmək Nazirliyinin tabeliyində 9 peşə təhsili mərkəzi (7 mindən çox şagird) var. Eyni zamanda müxtəlif tipli özəl peşə təhsili müəssisələri də fəaliyyət göstərir (4,7 mindən çox şagird).
Albaniyanın ən iri elmi müəssisəsi 1972-ci ildə yaradılmış Elmlər Akademiyasıdır. Tirana Universiteti (1957), Kənd Təsərrüfatı (1971) və Politexnik (1991) universitetləri. Hər ikisi Tiranadadır. Şkoder (1957), Korça (1971), Girokastra (1971), Elbasan (1991), Vlyora (1994) şəhərlərinin universitetləri var. Ali məktəblər də 41 minə yaxın tələbə təhsil alır (2004).
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 298. ISBN 978-9952-441-02-4.
p. 14