Albaniyada kənd təsərrüfatı — Albaniya iqtisadiyyatının aparıcı sahələrindən biri[1].
Albaniyanın kənd təsərrüfatı ölkənin daxili tələbatını ödəmir[1]. Xüsusilə də 2000-ci illərin əvvəlində sovxoz və kolxozlar ləğv olunduqdan, torpaq və avadanlıq özəlləşdiriləndən sonra torpaq sahələrinin xırda sahələrə bölünməsi və avadanlıq çatışmazlığı kənd təsərrüfatındakı səmərəni daha da azaltmışdır[1].
Ölkə ərazisinin 21%-ini suvarılan torpaqlar, 15%-ini otlaqlar tutur[1].
Əsas kənd təsərrüfatı bitkiləri buğda və qarğıdalıdır[1]. Suvarılan torpaqların yarısında taxıl əkilir[1].
Darı, şəkər çuğunduru, günəbaxan, kartof, tərəvəz, meyvə, üzüm, zeytun da becərilir[1].
Bu sahədə əsas problemlərdən biri quraqlıqdır ki, o da əkinçiliyə ciddi ziyan vurur[1]. Əkilən sahələrin yalnız yarıya qədəri suvarılır[1].
Heyvandarlıqda başlıca ənənəvi sahə qoyunçuluqdur[1]. 2002-ci ildə bu ölkədə 1,4 milyon başdan çox qoyun qeydə alınmışdır[1].
Yük heyvanları – at, uzunqulaq saxlanılır[1].
Ölkənin cənubunda ətlik-südlük, şimal və şərqində isə dağ-otlaq heyvandarlığı üstünlük təşkil edir[1].
2002-ci ildə bu ölkədə 4,1 milyon baş ev quşları qeydə alınmışdır[1].
Adriatik dənizinin sahil sularında balıqçılıq inkişaf etdirilir[1].
Albaniyada torpaqlar kötük hazırlanması üçün uyğun bir iqlimə sahibdir. Lakin Albaniyanın tarixi meşələrinin bir çoxu 1990-cı illərdə səmərəsiz taxta sənayesi və kənd təsərrüfatı sahələrinin genişləndirilməsi nəticəsində dağıdıldı. Hazırda Albaniyanın torpaq sahələrinin təxminən 1/3-i meşə sahələri ilə örtülüdür. İtaliya və Dünya Bankı ilə imzalanmış bir anlaşmaya görə meşələrin bərpasına böyük məbləğdə vəsait ayrılmışdır.
2003-cü ildə Albaniyada kənd təsərrüfatının Ümumi Daxili Məhsuldakı payı 47,6% olmuşdur[1].
2014-cü ilin yekunlarına əsasən Albaniyanın bir sıra kənd təsərrüfatı məhsullarının istehsalında dünya üzrə mövqeyi aşağıdakı cədvəldə göstərilmişdir:
Məhsul (ümumi istehsalı) | Yer | İstehsalçı ölkələrin ümumi sayı |
---|---|---|
Ərik və göyəm[2] | 31 | 85 |
Üzüms[3] | 36 | 90 |
Qarpız[4] | 40 | 130 |
Meyvə[5] | 98 | 205 |
Əncir[6] | 11 | 52 |
Xiyar[7] | 39 | 133 |
Pomidor[8] | 56 | 170 |
Tərəvəz[9] | 72 | 200 |