Albaniya iqtisadiyyatı

Paytaxt Tirana Albaniyanın iqtisadi mərkəzidir

Albaniya iqtisadiyyatıAlbaniya Respublikasının iqtisadiyyatı.

Əsas gəlir mənbəyi

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı bazar iqtisadiyyatına keçid durumundadır və mühacirlərin öz qohumlarına göndərdiyi vəsaitin, həmçinin İtaliyaYunanıstanın ildə 400–600 milyon dollarlıq maliyyə köməyi sayəsində inkişaf edir.[1]

Özəlləşdirilmə

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatın dövlətsizləşdirilməsinə 1990-cı illərin ortalarında başlanmış; torpağın, ticarət və xidmət, nəqliyyat və tikinti sahələrinin özəlləşdirilməsi 2000-ci illərin əvvəlində sona yetirilmiş; iri sənaye obyektlərinin, bank sisteminin özəlləşdirilməsi 2003-cü ildən sonra aparılmışdır.[1]

Əsas istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Ölkənin sənaye istehsalının strukturunda hasilat və xammal emalı sahələri başlıca yerləri tutur. Əsas mineral ehtiyatları neft, qaz, xrom filizidir. Burada həmçinin mis, nikel, dəmir filizi, liqnit, təbii bitum hasil edilir. Mineral xammal hasilatı, xrom filizi istisna olmaqla, 1990-cı illərdə kəskin şəkildə azalmışdır.[1]

Elektrik enerjisi istehsalının 97%-i dağ rayonlarındakı kiçik SES-lərdən alınır. 2002-ci ildə ölkədə 5,3 milyard kVt-s elektrik enerjisi istehsal olunmuşdur.[1]

Emaledici sənaye 1960-1980-ci illərdən inkişaf etmişdir.[1]

Neft emalı, neft məhsulları istehsalı, neft-kimya və kimya, əlvan və qara metallurgiya, metal emalı və maşınqayırma, sement, ağac emalı, mebel, toxuculuq, tütün, yeyinti – zeytun yağı, şəkər, balıq, meyvə konservləri və s. istehsalı müəssisələri fəaliyyət göstərir.[1] 1997-ci ildə ildə 360 min ton neft məhsulları istehsal olunmuşdur.[1]

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Kənd təsərrüfatı ölkə iqtisadiyyatının aparıcı sahəsidir.[1] 2003-cü ildə kənd təsərrüfatının Ümumi Daxili Məhsuldakı payı 47,6% olmuşdur.[1]

Ağac tədarükü yalnız daxili tələbatı ödəyir.[1]

1990-cı illərdən beynəlxalq turizm inkişaf etməyə başlamışdır. 2003-cü ildə xidmətlərlə birlikdə beynəlxalq turizmin Ümumi Daxili Məhsuldakı payı 47,6% olmuşdur.[1]

Əsas turizm mərkəzləri ölkənin cənub-qərbindəki Saranda kurortu, Vlyoradan Adriatik sahili boyunca Sarandayadək uzanan Güllü sahil, Durres rayonundakı çimərliklərdir. Girokastra, Kruya, Bərat şəhərlərində orta əsrlərə aid qəsr və qalalar vardır.[2]

Ümumi Daxili Məhsulun həcmi 12 milyard dollar təşkil edir. ÜDM-in 70%-i xüsusi sektora məxsusdur.[1]

Əhalinin vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Avropanın ən kasıb ölkələrindən biri olan Albaniyada ölkə əhalisinin 30%-i yoxsulluq həddindən aşağı vəziyyətdə yaşayır.[1]

Xarici iqtisadi əlaqələr

[redaktə | mənbəni redaktə et]

2002-ci ildə mal idxalı 1,5 milyard dollar, ixracı isə 340 milyon dollar olmuşdur.[2]

Albaniyaya əsasən ərzaq, geniş tələbat malları, maşın və dəzgahlar, işlənmiş avtomobillər, gübrələr və s. gətirilir. Xrom filizi, mis, nikel, bitum, tütün, çaxır ixrac edilir. Əsas ticarət partnyorları İtaliya, Yunanıstan, TürkiyəAlmaniyadır.[2]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 297. ISBN 978-9952-441-02-4.
  2. 1 2 3 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 298. ISBN 978-9952-441-02-4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]