Aleksandr adası — Nordenşeld arxipelaqına daxil olan 90 adadan biri. Şimal Buzlu okeana daxil olan Kara dənizinin cənub-şərqində qərarlaşır. İnzibati cəhətdən Rusiya Federasiyasının Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. 1993-cü ildən digər Nordenşeld arxipelaqına daxil olan adalar kimi Rusiyanın və bütün Asiyanın ən böyük qoruğu ərazisinə daxildir. Böyük Arktik qoruğu Arktik qurşağın qorunması məqsədilə yaradılmışdır.
Aleksandr adası | |
---|---|
rus. Остров Александра | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 13 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
76°44′39″ şm. e. 95°43′44″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
Aleksadr adası öz növbəsində Nordenşeld arrxipelaqınln tərkibinə daxil olan Paxtusov adaları qrupuna aiddir. Qrupun ən şimal adasıdır. Adadan 7,5 km şimalda, Lenin boğazının digər sahilində Sikora adası, Sofi adası, 2 km cənubda isə Paxtusov adası yerləşir. Bir qədər qərbdə bir, 1,7 km cənub-qərbdə isə iki adsız ada yerləşir. Rusiyanın materik hissəsi ilə ara məsafəsi 65 km-dir.
Ovalvarı formaya malikdir. Uzunluğu 1 km, eni isə 0,5 km təşkil edir. Mərkəzində hündürlüyü 13 metr olan qaya vardır. Qayanın ətəkləri daşlarla örtülüdür. Çay və gölə sahib deyildir. Bitki örtüyü kasıb olsa da mamır, şibyə və sərt otlara rast gəlinir.