Sikora adası

Sikora adası[1]Nordenşeld arxipelaqına daxil olan 90 adadan biri. Şimal Buzlu okeana daxil olan Kara dənizinin cənub-şərqində qərarlaşır. İnzibati cəhətdən Rusiya Federasiyasınln Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. 1993-cü ildən digər Nordenşeld arxipelaqına daxil olan adalar kimi Rusiyanın və bütün Asiyanın ən böyük qoruğu ərazisinə daxildir. Böyük Arktik qoruğu Arktik qurşağın qorunması məqsədilə yaradılmışdır.

Sikora adası
rus. Остров Сикора
Ümumi məlumatlar
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
76°47′30″ şm. e. 95°48′29″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Sikora adası xəritədə
Sikora adası
Sikora adası

Sikora adası öz növbəsində Nordenşeld arrxipelaqınln tərkibinə daxil olan Litke adaları qrupuna aiddir. Litke adaları isə Sikorada daxil olmaqla on adadan ibarətdir. Ada maksimal olaraq 350 metr uzunluğa malikdir. 900 metr şimalda Sofiya adası, şimal-şərqdə qrupun ən böyük adası olan Yermolov yerləşir. Cənubdan isə Lelin boğazı ilə Paxtusov adalarından ayrılır.

Ada vulkanik məşhəllidir. Burada vulkanik suxurların qalıqlarını müşahidə eymək olar. Ancaq aktivlik yoxdur və vulkan tam olaraq sönmüşdür. Ərazisi Arktik səhralar və Tundra zonasında yerləşir. İqlimi olduqca sərtdir. Arktik iqlimə sahibdir. Adada yaşayış yoxdur. Ada ərazisinin böyük hissəsi buzdan olur. Bitki örtüyünə gəldikdə əsasən mamır, şibyə və az miqdarda da olsa ot bikilərinə rast gəlinir. 1993-cü ildə Arktika qurşağının qorunması məqsədilə burada qoruq yaradılmışdır. Ada da həmçinin Böyük Arktik qoruğunun ərazisinə daxildir[2].

Nordenşeld arxipelaqı ilk dəfə 1740-ci ildə Böyük Şimal ekspedisiyası zamanı Nikifor Çekin tərəfindən kəşf edilmişdir. Onun qrupu Xariton Prokifeviç Laptevin Taymır dəstəsinin bir hissəsini təşkil edir. Uzun zaman adaların adı olmamışdır. 1893-cü ildə Fritof Nanses Fram gəmisində Sibir sahillərində üzərkən adaları müşahidə edir. O, adaları məmhur səyyah Nils Adilf Erik Nordenşeldin şərəfinə adlandırır

Litke adaları 1901-ci ildə Rusiya Qütb ekspedisiyası zamanı adlandırılmışdır. Zarya gəmisində təşkil edilən ekspedisiyaya rus geoloqu baron Eduard Vasileviç Toll rəhbərlik etmişdir. O, adaları rus səyyahı, qütb sraşdırmaçısı və Peterburqda yerləşən İmperator Elmlər akademiyasının prezidenti Fyodor Petroviç Litkenin şərəfinə adlandırmışdır. Qrupa daxil olan adalardan biri isə rus və çex astonomu Yozef Şikoranın çex. Josef Sýkora şərəfinə adlandırılmışdır (1870-†1944) O, Şpisbergenə təşkil ediləm Rus-İsveç ekspedisiyasında iştirak etmişdir.

  1. "Mys RUSSKIJ ZAPADNYJ [Kartografický dokument]: Topografičeskaja karta T-46-XXVIII, XXIX, XXX. Masštab 1:200 000 / Sest. GUGK při SM SSSR v r. 1988. Moskva, 1993, 1 mapa: barev". 2021-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-04.
  2. "Böyük Arktik qoruğu". 2008-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-04.