Çaykənarı (əvvəlki adları: Dəlləkkənd; Alekseyevka) — Azərbaycan Respublikasının Xaçmaz rayonu inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çaykənarı kəndi adlandırılmış, Alekseyevka kənd inzibati ərazi dairəsi Çaykənarı kənd inzibati ərazi dairəsi hesab edilmişdir.[1]
Çaykənarı | |
---|---|
41°29′22″ şm. e. 48°39′51″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 2711 |
Qusarçayın sağ sahilindən bir qədər aralı, Samur-Dəvəçi ovalığındadır.
XIX əsrdə ruslar və ukraynalıların burada məskunlaşmasına qədər kəndin adı Dəlləkkənd olmuşdur. Kəndə köçürülən slavyan (əsasən ukrayın, həmçinin rus) əhalinin əsası Ukraynanın indiki Xarkov vilayətinin Boqoduxovskiy rayonunun Şarovka kəndinin sakinlərindən ibarət idi.[2] Beləliklə, Alekseyevka kəndi (digər kənd koloniyalarından fərqli olaraq) Azərbaycanda əsası qoyulmuş ukrayın kəndi olmuşdu.
1933-cü ildə Azərbaycanda Alekseyevka adlı digər iki kənd Qazax və Lənkəran rayonlarında qeydə alınmışdır.[3]
Əhalisinin sayı 2000 nəfərdən çoxdur.[4]