Alexandro Codorovski (17 fevral 1929[1][2][…], Tokopilya[d][3]) — Çili əsilli fransız aktyor, komiks müəllifi, bəstəkar və kinorejissordur. Əsasən çəkmiş olduğu sürreal filmləri ilə tanınır.
Alexandro Codorovski | |
---|---|
isp. Alejandro Jodorowsky Prullansky | |
Doğum tarixi | 17 fevral 1929[1][2][…] (95 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | yazıçı, kinorejissor, dramaturq, ssenarist, montajçı[d], fantastika yazıçısı[d], filosof, şair, teatr rejissoru, aktyor, bəstəkar, komiks yazıçısı, incəsənət xadimi, kuklaçı, heykəltaraş, esseist, rəssam, boyakar[d], rejissor, film prodüseri, komiks rəssamı |
Fəaliyyət illəri | 1948-ci ildən |
Təhsili |
|
İstiqamət | sürrealizm, avanqard |
Üzvlüyü |
|
Mükafatları | |
IMDb | ID0423524 |
Vikianbarda əlaqəli mediafayllar |
Alexandr Codorovski Prulyanski ezoterik, sürrealistik filmlərin rejissoru kimi tanınır. Bundan başqa nyu-eyc və dzen cərəyanlarının tərəfdarı, Taronun dünya iqyaslı tədqiqatçılarından biridir. 1990-cı illərin sonundan erkən yaşlarda alınan psixoloji fəsadların müalicəsinə yönəlmiş psixomagiya terapevtik metodikanı işləmişdir. Dəhşət, yumor və eynizamanlıq – yaratdığı "Panika" postsürealistik hərəkatının başlanğıclarıdır. Codorovski prinsipinin əsas qayəsi – insan öz varlığını dərk etməlidir. Gürciyevin ideyaları ilə səslənən rejisorun gənaətinə görə, "insan ömür boyu yuxulu vəziyyətdə qalmaq təhlükəsindədir. Bu vəziyyətdə o planeti belə məhv edə bilər. Oyaqkən ayıq, şüurlu olaraq əlbəttə ki, insan ətraf aləmi dəyişməyi bacarmaz, lakin daxili harmoniyaya nail ola bilər". Codorovski, 2014-cü ildə verdiyi müsahibədə bildirir ki, insan özünüdərkinin əsas amili bir çox şeylərdən imtina etməkdədir. Birincisi, insan öz adından imtina etməli, "mən"i "biz"lə əvəz etməyə bacarmalıdır. Daha sonra milli faktordan imtina edib, insan dərk etməlidir ki, Yer planeti onun vətənindir. Milli identifikasiya illüziyadır. İllüziya isə "oyanışa" mane olan əsas səbəbdir.[5]