Allahverdi Allahverdiyev (ictimai-siyasi xadim)

Allahverdi Adış oğlu Allahverdiyev (7 noyabr 1927, Qaradağlı, Ağdam qəzası1 iyul 1988, Ağdam rayonu) — Azərbaycanlı elm adamı və ictimai-siyasi xadim, Sovet dövrünün tanınmış ziyalısı, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1953), Ağdam rayonu Telman adına kolxozun sədri (1964–1988).

Allahverdi Allahverdiyev
Doğum tarixi 7 noyabr 1927(1927-11-07)
Doğum yeri
Vəfat tarixi 1 iyul 1988(1988-07-01) (61 yaşında)
Vəfat yeri
Təhsili

Allahverdi Allahverdiyev 7 noyabr 1927-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1935-ci ildə Qaradağlı kənd məktəbinin birinci sinfinə daxil olub, orta təhsilini isə Ağdam şəhəri 1 nömrəli peşə məktəbində bitirib. Orta məktəb illərindən əmək fəaliyyətinə başlayıbdır (1942) .1944-cü ildə Komsomol sıralarına daxil olmuşdur.

1945-1950-ci illərdə Ernest Telman adına kolxozda ilk komsomol təşkilatının katibi seçilərək işləmişdir. Eyni zamanda Qiyabi təhsil aldığı Bakı Uçot Statistika məktəbini 1951-ci ildə bitirərək Ağdam rayonu Xanlar ve Telman adına kolxozda mühasib vəzifəsində fəaliyyətini davam etdirir. 1951-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin məntiqPsixologiya şöbəsinə qəbul olub, 1956-cı ildə oranı fərqlənmə diplomuyla bitiribdir. Universıtet illərində əlaçı tələbə olmaqla yanaşı həm də çox fəal ictimaiyyətçi olub—həm universitetin Tələbə Elmi Cəmiyyətində, həm fakültə Komsomol təşkilatına rəhbərlik etmiş, həm də fakültə komsomol bürosunun katibi, fakültə partiya bürosunun üzvü və Univeristet Komsomol Komitesinin üzvü kimi fəallıq göstərmişdir. Tələbəlik illərində (1953) Sov.İKP sıralarına üzvlüyünə qəbul olub. Universiteti bitirdikdən sonra ona Elmi işçi fəaliyyəti təklif olunsa da, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi tələbnaməsi ilə fəal məzun kimi partiya işinə göndəriş alır.

1957-ci il yanvar ayından 1964-cü il aprel ayına qədər Ağdam rayonu Partiya Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 1964-cü ildən ömrünün sonuna qədər Qaradağlı kəndində olan Telman adına Kolxozun sədri vəzifəsinə təyin olunub.

Sədr işlədiyi müddətdə Kolxozu nəinki rayonda, Azərbaycanda, hətta Sovet Sosialist Respublikaları İttifaqı miqyasında tanınan qabaqcıl bir təsərrüfata çevirmişdir. Azərbaycanda ilk kənd musiqi məktəbinin (7 illik) Qaradağlı kəndində öz təşəbbüsü və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə açmışdır (1968) . Az müddətdə Qaradağlı kənd 8-illik məktəbinin əsasinda 10-illik orta məktəb və orada rus dili bölməsi yaratmağa nail olmuşdur.

1965-ci ildən 1982-ci ilə kimi Ağdam rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdirı. 1972-ci ildə Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir.

Qiyabi yolla S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Aqronomiya fakültəsini bitirmişdir. Rəhbərlik etdiyi müddətdə qabaqcıl kolxoz Ümumittifaq Kənd təsərrüfatı Nailiyyətləri sərgisində hər il öz uğurlarıyla iştirak edib , özü isə bu illər ərzində sərginin 5 qızıl, 7 gümüş və 4 bürünc medalını almışdır.

Allahverdi Allahverdiyev Lenin ordeni (1971), "Şərəf nişanı" ordeni (1976), "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.

10-dan çox kitabda, yüzlerle qəzet və jurnal-məqalələrində, onlarla televiziyaradio verlişlərində A. Allahverdiyevin əmək və təsərrüfatçılıq fəaliyyəti işıqlandırılıb.

Allahverdi Allahverdiyev 1 iyul 1988-ci ildə (60 yaşında) həmin vəzifədə çalışarkən vəfat etmişdir.